08 İyul 2025 09:40
543
DÜNYA
A- A+
Nyu Yorkun növbəti meri kim olacaq 

Nyu Yorkun növbəti meri kim olacaq 


Demokratlar Partiyasının yeni siması önə çıxır


Nyu Yorkda Demokratlar Partiyasının praymerizində qalib gələn Zohran Mamdaninin meqapolisin növbəti meri olmaq ehtimalı yüksəkdir. Bu xəbər Amerikada xeyli hiddət, heyranlıq, qorxu və fərziyyələrə səbəb olub. 

Söhbət təkcə 33 yaşlı Mamdaninin mənşəyi deyil, həm də onun təbliğ etdiyi siyasətdən gedir. O, Uqandada anadan olub, islamı qəbul edib, orta təbəqə üçün müavinətlər və bonuslar vəd edir, habelə Fələstinin tərəfdarıdır. Belə bir namizədin qələbəsi son illər mövqelərini əhəmiyyətli dərəcədə itirməkdə olan ABŞ Demokratik Partiyası üçün yeni dövr ola bilər. 

Bəs bir solçu siyasətçi ABŞ siyasi sistemində nəyisə dəyişə biləcəkmi? Zohran Mamdani ziyalı ailəsində anadan olub. Atası müstəmləkəşünaslıq üzrə professor, anası  kino rejissorudur. Valideynlərinin Hindistan, Uqanda və Amerika kökləri var. Solçu baxışların tərəfdarı olan gənc siyasətçi karyerasına "Amerika Demokratik Sosialistləri" təşkilatının dəstəyi ilə başlayıb. 2020-ci ildə Nyu York Dövlət Assambleyasında post  üçün Demokratlar Partiyasının ilkin seçkilərində qalib gəlib. Onun ən diqqətəlayiq nailiyyəti 2024-cü ildə Nyu Yorkda pulsuz avtobuslar pilot proqramını işə salmasıdır.

Merlik kampaniyasına da Mamdani  sosialist gündəmi ilə başlayıb. Onun əsas təkliflərinə pulsuz ictimai nəqliyyatın genişləndirilməsi, minimum əməkhaqqının tədricən saatda 16 dollardan 30 dollara qaldırılması, uşaqlı ailələrə dəstək və ucuz məhsullarla şəhər mağazalar şəbəkəsinin yaradılması daxildir. Lakin əleyhdarlarını xüsusilə qəzəbləndirən odur ki, Mamdani ildə 1 milyon dollardan çox qazanan şirkətlər və fiziki şəxslər üçün vergiləri qaldırmağı, eləcə də şəhərdə kirayə mənzillərin əlçatanlığını artırmaq üçün müəyyən mülklər üzrə icarə haqqı artımlarını dondurmağı planlaşdırır.

Mamdaninin əsas rəqibi Demokratlar Partiyasının siyasi ağırçəkili fiquru  Endryu Kuomodur. O, 2011-ci ildən 2021-ci ilə qədər Nyu York qubernatoru vəzifəsində çalışıb və 11 qadın onu iş yerində cinsi təcavüzdə ittiham etdikdən sonra vəzifəsini tərk edib. Beləliklə, liberal Amerikanın ulduzu olan E.Kiomo təcavüzdə və COVID-19 ölümləri ilə bağlı məlumatları gizlətməkdə ittiham olunur. Buna baxmayaraq, Kuomo isteblişmentlə əlaqələri, partiya aparatını manipulyasiya etmək bacarığı və sərt idarəetmə tərzinə görə Demokratik Partiyasında uzun müddətdir yüksək nüfuza malikdir. Meriya başçısı kampaniyası zamanı Kuomo özünü təcrübəli və effektiv menecer kimi göstərib və mötədil mövqelərdən çıxış edib. Onun Nyu York merliyinə namizədliyi siyasətə qayıdışı ola bilərdi.

Məhz buna görə də Mamdaninin praymerizdə qələbəsi belə böyük və gözlənilməz bir xəbər olub - yeni gələn sosialist təcrübəli ağırçəkiliyə qalib gələrək demokratların namizədliyini qazanıb. Ümumilikdə Mamdani 56, Kuomo isə 44 faiz səs qazanıblar. 

Məğlubiyyətə baxmayaraq, Kuomo hələ də seçki bülletenində müstəqil namizəd olaraq görünəcək. Lakin onun fəal şəkildə kampaniya aparıb-aparmayacağı hələ məlum deyil. Hazırkı mer Erik Adams da müstəqil namizəd kimi seçkilərdə iştirak edəcək.

Zohran Mamdanini isteblişment siyasətçilərindən fərqləndirən mühüm xüsusiyyət onun nisbətən ucuz - 8 milyon dollarlıq kampaniya ilə qalib gəlməsidir. Kuomonun isə təxminən 25 milyon dolları var idi. Kuomo büdcənin böyük hissəsini milyarder Maykl Blumberq də daxil olmaqla əsas donorlardan alıb. Mamdani bildirib ki, onun kampaniyası şəhər sakinlərinin özləri tərəfindən maliyyələşdirilib və orta ianə 84 dollar təşkil edib.

Amma ötən praymerizlərin göstərdiyi kimi, kampaniyanın büdcəsi o qədər də vacib deyil. Aparıcı mediadan, televiziyadakı adi reklamlardan və şəhər bannerlərindən, demək olar ki, heç bir dəstəyi olmayan Mamdani sosial şəbəkələrə, könüllülər hərəkatına və şəhər sakinləri ilə şəxsi təmaslara arxalanıb. Onun tərəfdarları həmçinin konsert məkanları və barların yaxınlığında çadırlar qurub, ədəbiyyat paylayıblar. Mamdaninin özü də şəxsən qapı-qapı gəzib və insanlarla danışmaq üçün metroya enib. Praymerizdən əvvəl hətta Manhetteni də piyada gəzib.

Mamdani sərvətin yenidən bölüşdürülməsindən danışıb, sosial təminatlar, şəhər xidmətlərinin əlçatanlığını vəd edib və şəhərdə yaşayış xərclərini azalda biləcəyini bildirib. Nəticədə o, təkcə gənclərin deyil, həm də orta təbəqənin, fəhlələrin, Asiya və ispandilli əhalinin dəstəyini qazana bilib.  Bu da ona nominasiyada qalib gəlməyə kömək edib. 

Mamdaninin kampaniyası Çin, benqal, Nepal və ispan dillərində də aparılıb və onun könüllüləri məscidlərə və Asiya məhəllələrinə gediblər. Nüfuzlu solçu "Æacobin" nəşri yazır ki, Mamdaninin kampaniyası fəhlə sinfi tərəfindən fəhlə sinfi üçün yaradılıb. Nəşr həmçinin vurğulayır ki, bir çox şəhər sakinləri Nyu Yorkda mənzil xərclərinin sürətlə artmasından yorulublar və o üzdən Mamdaninin kampaniyası məhz buna yönəlib.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!