27 Sentyabr 2023 16:39
378
Elm və texnika
A- A+
“Nothing” yeni məhsullarını nümayiş etdirib

“Nothing” yeni məhsullarını nümayiş etdirib

 

“Nothing” yeni cihazlarını təqdim edib. Şirkətin “CMF” adlı subbrendi ilk smart saatı olan “CMF Watch Pro”nu nümayiş etdirib. “Nothing Phone” smartfonlarında olduğu kimi, “CMF Watch Pro”da da əsas diqqət smart saatın xarici görünüşünə ayrılıb. O, qeyri-adi dizayna sahibdir. Kvadrat formalı gövdəyə və metal materialdan hazırlanmış saatın gövdəsi sudan qorunma özəlliyinə sahibdir. AMOLED ekranla təchiz olunan smartfonun maksimal parlaqlıq səviyyəsi 600 nit təşkil edir və o, “Always-on-Display” funksiyasını dəstəkləyir.
“CMF Watch Pro” 100-dən çox idman rejiminin dəstəyinə sahibdir. İstifadəçi səhhətinin monitorinqi məsələsinə gəldikdə isə saat 24 saat ərzində ürək döyüntüləri ritmini, qandakı oksigen miqdarını, stress səviyyəsini, yuxu keyfiyyətini, yandırılmış kaloriləri və s. ölçə bilir. Bundan əlavə olaraq sözügedən cihaz vasitəsilə smartfonda işə salınmış musiqini idarə etmək, zəngli saatı qurmaq və telefon zənglərinə cavab vermək olar. 340 mAh enerji tutumlu batareya ilə təchiz olunan “CMF Watch Pro” adi rejim çərçivəsində 13 gün ərzində çalışa bilir. Smart saat tünd boz və boz metallik rənglərdə satışa çıxıb.
“Nothing” smart saatı ilə yanaşı, “CMF Buds Pro” naqilsiz qulaqcığını və “CMF Power şarj” adapterini də təqdim edib. Qulaqcıq ətraf səs-küyün aktiv boğulması funksiyası və bir dəfə şarj olunandan sonra uzun müddət ərzində çalışma özəlliyi ilə seçilir. Cihaz “Ultra Bass” texnologiyasını dəstəkləyir. Bundan əlavə olaraq hər bir qulaqcıq 3 ədəd mikrofona sahibdir. Məhz həmin mikrofonlar ətraf səs-küyün aktiv boğulması funksiyasından cavabdehdirlər. Onların sayəsində qulaqcıqlar ətraf səs-küyü 45 desibelə kimi boğurlar. “CMF Buds Pro” şəffaf rejim dəstəyinə də sahibdir. Bu rejim sayəsində ətrafda baş verənləri rahat şəkildə eşitmək mümkündür. Ətraf səs-küyün aktiv boğulması funksiyasının aktivləşdirildiyi halda qulaqcıqlar 6.5 saat ərzində, aktiv olmadığı halda isə 11 saat ərzində çalışa bilirlər. Şarj keysi sayəsində bu göstəricilər 22 saat və 39 saat təşkil edir. “CMF Buds Pro” həmçinin sürətli şarj texnologiyasının dəstəyinə sahibdir. 10 dəqiqəlik şarj prosesi sayəsində qulaqcıqlar 5 saat ərzində çalışa bilirlər.
“CMF Power” aksesuarına gəldikdə isə bu sadəcə adi şarj adapteridir. O, iki ədəd USB-C və bir ədəd USB-A girişinə sahibdir. Hər bir USB-C girişi 65 vatt çıxış gücünü, USB-A girişi isə 36 vatt çıxış gücünü dəstəkləyir.

Ülkər XASPOLADOVA,
“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!