11 Fevral 2021 00:31
1865
Mədəniyyət
A- A+
Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq

Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq

 

Azərbaycan Milli Elmlər Akademiyası Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu və Özbəkistan Respublikasının Azərbaycandakı səfirliyi “Nizami Gəncəvi və Əlişir Nəvai: ənənə və novatorluq” onlayn beynəlxalq elmi konfrans keçirib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyinə və dahi özbək şairi Əlişir Nəvainin anadan olmasının 580 illiyinə həsr olunmuş konfrans Əlişir Nəvainin və Nizami Gəncəvinin Bakıdakı heykəllərinin ziyarəti ilə başlayıb.

Onlayn konfransı giriş sözü ilə açan Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Prezident İlham Əliyevin 5 yanvar 2021-ci il Sərəncamı ilə 2021-ci ilin Azərbaycan Respublikasında “Nizami Gəncəvi ili” elan edilməsini bildirib. Həmçinin 19 oktyabr 2020-ci ildə Özbəkistan Respublikası Prezidentinin Əlişir Nəvainin anadan olmasının 580 illiyinin keçirilməsinə aid sərəncam imzaladığını diqqətə çatdırıb.

Akademik hər iki şairin yaradıcılığı haqqında danışaraq bildirib ki, böyük Azərbaycan şairi Nizami Gəncəvi dünyada ilk “Xəmsə” yaratmış qüdrətli sənətkardır və “Xəmsə”nin Şərq dünyasında böyük təsiri olub. Nizami ortaq mədəniyyətimizin zirvələrində dayanır, onun ardıcıllarından biri də Əlişir Nəvaidir. “Xəmsə” yaradıcılığında hər iki birincilik Azərbaycan və Özbəkistana məxsusdur. Əlişir Nəvai “Xəmsə” yaratmaqla bütün türk dünyasına böyük xidmət göstərmiş, türk dilinin “Xəmsə” yaratmaq qüdrətinə malik olduğunu sübut etmişdir. Əlişir Nəvai dövlət xadimi olmuş, özbək türkcəsi haqqında elmi əsər yazmış, ədəbiyyat ensiklopediyası yaratmışdır.

Əlaqələrin müasir inkişaf yolundan danışan akademik əlavə edib ki, İnstitutun Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələri şöbəsinin müdiri Almaz Binnətovanın “Sənətkarın elmi pasportu” seriyasında “Əlişir Nəvainin əsri və nəsri” adlı kitabı çap olunub. 2020-ci ildə İnstitutun “Müqayisəli ədəbiyyatşünaslıq” Beynəlxalq elmi jurnalının Azərbaycan-özbək ədəbi əlaqələrinə həsr olunmuş 352 səhifədən ibarət xüsusi buraxılışı işıq üzü görüb. Ədəbiyyat İnstitutu ilə Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universiteti arasında imzalanmış müqaviləyə əsasən, Azərbaycan-Türkmənistan-Özbəkistan ədəbi əlaqələr şöbəsinin nəzdində Əlişir Nəvai adına Ədəbiyyatşünaslıq Mərkəzi yaradılıb. BDU-nun professoru, filologiya elmləri doktoru Ramiz Əskər “Xəmsə”ni bütövlükdə Azərbaycan dilinə çevirib. Bununla yanaşı, yubileylərlə bağlı ortaq tədbirlərin il ərzində davamlı olacağını qeyd edib.

Sonra Özbəkistan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Bəhram Əşrəfxanov hər iki şairin türk dünyasında önəmli mövqe tutduğunu bildirib. 2008-ci ildə Bakıda Nəvainin heykəlinin açılışını, Daşkənddə isə Nizami Gəncəvinin heykəlinin ucaldılmasını birlik və qardaşlığa ərməğan adlandırıb.

Onlayn konfransda Əfqanıstan İslam Respublikasının Azərbaycandakı səfiri Amanulla Ceyhun və Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid də nitq söyləyiblər. Konfransın davamında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, Müqumi adına Kokand Dövlət Pedaqoji Universitetinin fəxri professoru Almaz Ülvi, Özbəkistan Yazıçılar İttifaqının üzvü Mirzə Gəncəbəy, Özbəkistan Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin prorektoru, professor Olimjan Dusyenbayev, Özbəkistan Yazıçılar Birliyinin şöbə müdiri Ədhəmbəy Alimbəyov, Nizami Gəncəbi adına Ədəbiyyat İnstitutunun direktor müavini, dosent Aygün Bağırlı, Özbəkistan Respublikası Dil, Ədəbiyyat və Folklor İnstitutunun əməkdaşı, nəvaişünas Erqaş Oçilov Nizami və Nəvai yaradıcılığına aid məruzələrlə çıxış ediblər. Bunlardan əlavə, Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək dili və ədəbiyyatı Universitetinin şöbə müdiri, professor Nurbay Cabbarov, Özbəkistan Yazıçılar Birliyinin üzvü, filologiya elmləri doktoru Nüsrətulla Cumayeva, Nizamişünaslıq şöbəsinin aparıcı elmi işçisi Təhminə Bədəlova, Əlyazmalar İnstitutunun elmi katibi Əzizağa Nəcəfov, Karakalpak Berdax adına Nukus Dövlət Universitetinin Filologiya kafedrasının müdiri İlhambəy Qurbanbayev, Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun kiçik elmi işçisi Aysara Məmmədəliyeva, özbək ziyalı Şaira Daniyarova konfransın mövzusuna uyğun məruzələrlə çıxış ediblər.

 

Xəyalə MURADLI,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!