14 Fevral 2025 11:29
334
CƏMİYYƏT
A- A+
NİİM paytaxt yolları ilə bağlı məlumat yayıb

NİİM paytaxt yolları ilə bağlı məlumat yayıb


“Yollarda nəqliyyat vasitələrinin hərəkəti ilə bağlı yaranan və yarana biləcək problemlərə dərhal müdaxilə edilir, sürücülərə vəziyyətlə bağlı əvvəlcədən məlumatlar verilir. Bütün bu işlər isə Nəqliyyatı İntellektual İdarəetmə Sistemi sayəsində mümkün olur”. Bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin məlumatında bildirilib.

Məlumatda qeyd olunub ki, NİİM-in əməkdaşları tərəfindən 24 saat rejimində paytaxtda avtomobillərin daha çox istifadə etdiyi Heydər Əliyev prospekti, Aeroport, Zığ və Mərdəkan şoselərində, Buzovna-Zağulba yolunda olan sürət-məlumat portallarına günün istənilən saatında müxtəlif məlumatlar ötürülür.

Mərkəzin istifadəsində olan bir neçə portal, tablo və video-müşahidə kamerası mövcuddur. Yol-nəqliyyat hadisəsi baş verdikdə, texniki nasaz avtomobillər yolda qaldıqda, sıxlıq və tıxac yarandıqda, sürət həddi endirildikdə və təmir işləri aparıldıqda, əvvəlcə video-müşahidə kameraları vasitəsilə vizual məlumatlar əldə edilir. Yol polisi ilə məlumat mübadiləsi aparıldıqdan sonra əməkdaşlar tərəfindən müvafik olaraq portallarda “qəza”, “tıxac”, “təmir işləri” və “digər təhlükə” işarələri qeyd olunur. Daha sonra isə sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə yollarda zolaqlar üzrə sürət həddinin endirilməsi və məhdudlaşdırılması ilə bağlı portallarda məlumatlar əks olunur.

Ən maraqlı məqam isə, yağışlı, küləkli və qarlı havalarda bəzi yollarda sürət həddinin endirilməsi ilə bağlıdır. Belə ki, yolda olan 3 meteoroloji stansiyalardan alınan məlumatlar (küləyin sürəti, havanın və asfalt örtüyünün temperaturu) əsasında bəzi şose və prospektlərdə sürət həddi 20-40 km/saat endirilməklə yanaşı, portallarda “sürüşkən yol” və sürət həddinin endirilməsi ilə bağlı məlumat verilir. Beləliklə sürücülər yollardakı vəziyyət haqqında öncədən məlumatlı olurlar və buna uyğun hərəkət edirlər. Qeyd edək ki, sürət-məlumat tablolarının yenilənməsi istiqamətində işlərin görülməsi də nəzərdə tutulub.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!