06 May 2024 22:29
412
İDMAN
A- A+

"Neftçi" medala layiq deyil - Ağasəlim Mircavadov

 

Mən “Neftçi”liyəm. Orda doğulmuşam, orda böyümüşəm, orda işləmişəm. “Neftçi” əzizimiz sayılır. Onların belə oyunu ürəyimizi ağrıdır. İdman.biz xəbər verir ki, bunu redaksiyanın qonağı olan AFFA Məşqçilər Komitəsinin üzvü Ağasəlim Mircavadov deyib.

“Neftçi”nin sabiq baş məşqçisi “ağ-qaralar”ın hazırkı durumunu dəyərləndirib. O bildirib ki, komandada əsas problemlərdən biri baş məşqçisini tez-tez dəyişməsidir: “Sabiq futbolçularla bu barədə çox danışırıq, hətta bu gün Məşqçilər Komitəsinin üzvləri bundan danışdıq. Hər 3, 6 aydan bir məşqçi dəyişikliyi olmaz. Baş məşqçi seçimi çox vacib amildir.

Heç olmasa 2-3 il vaxt verilməlidir. Elə məşqçi seçilməlidir ki, o, ailə yarada bilsin. Komanda bir ailədir. Onun böyüyü baş məşqçidir. Çalışdırıcının da böyüyü klub prezidentidir. Rəhbərlə baş məşqçi arasında münasibətlər sıx olmalıdır. Klubda futbola aid nə varsa baş məşqçi etməlidir. Bizdə əvvəllər futbolçu məşqçiyə görə oynayırdı. Amma indiki “Neftçi”də bu yoxdur.

Oyunlarda ürək qoymurlar, istək yoxdur. Arada matçlarına baxanda deyirəm ki, görəsən bunlar məhəllə futbolu oynayıblar? Məhəllədə yaş uyğunluğu olmasa da, istək olur. Adil Şükürov “Kəpəz”ə gələndən sonra onlar istəkli oynayırlar. Onu mən “Neftçi”də görmürəm”.

Mircavadovun sözlərinə görə, “Neftçi”nin “Qarabağ”dan xal ala bilməməsi üzücü haldır: “8 klub “Qarabağ”dan xal alıb. Təkcə “Neftçi” bunu bacarmayıb. Onlar ağdamlılara qarşı 2-si kubokda olmaqla 6 oyun oynayıblar. Bu, biabırçılıqdır. Söhbət nəticədən getmir. Söhbət oyunun mahiyyətindən, futbolçuların istəyindən, komandanın durumundan gedir. Həddindən artıq qəribə vəziyyətdir. “Neftçi” oyunu ilə medal qazanmağa layiq deyil. Rəhbərlik böyük iş görməlidir”.

Qeyd edək ki, “Neftçi” Azərbaycan Premyer Liqasında 33 turdan sonra topladığı 50 xalla 5-cidir.

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video