Neftçilər iqtisadiyyatın inkişafına töhfələrindən danışdılar
"Bahar" Enerji Əməliyyat Şirkətində Azərbaycanın müstəqilliyinin bərpasının 20 illiyi münasibətilə tədbir keçirildi. Tədbiri sözügedən şirkət və ARDNŞ-in Kompleks Qazma İşləri Trestinin Qazma-Servis və Loqistika İdarəsi birgə təşkil etmişdilər.
Tədbirdə "Bahar" Enerji Əməliyyat Şirkətinin vitse-prezidenti Elşad Həsənov çıxış edərək Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlərdən danışdı. O, ulu öndər Heydər Əliyevin yeni neft strategiyası mövzusuna xüsusi toxunaraq qeyd etdi ki, Azərbaycanın bugünkü nailiyyətləri "Əsrin müqaviləsi"ndən qaynaqlanır. Neftdən əldə olunan gəlirlər insanların rifahına yönəldilir. Prezident İlham Əliyev tərəfindən ulu öndərin siyasi kursunun uğurla davam etdirilməsi nəticəsində iqtisadiyyat möhkəmlənir, yeni iş yerləri açılır, yoxsulluğun səviyyəsi isə dəfələrlə aşağı düşmüşdür.
Qazma-Servis və Loqistika İdarəsinin rəisi Hikmət Həsənov öz çıxışında Azərbaycanın çoxminli neftçilər ordusunun ölkənin inkişafına verdiyi töhfələrdən söhbət açdı. O dedi: "Bu gün Azərbaycan ildə 51 milyon ton neft hasil etməyə nail olub. Bu, ulu öndər Heydər Əliyevin qoruyub saxladığı müstəqilliyimiz nəticəsində baş verib. "Bahar Enerji"nin kirayə-təmir sexinin rəisi Məhəmməd Məmmədov da çıxış etdi. O, neft sənayesinin inkişafına, neftçilərin sosial rifahının daha da yaxşılaşdırılmasına görə Azərbaycan dövlətinə, dövlət başçısı İlham Əliyevə öz həmkarları adından minnətdarlığını bildirdi.
Şəhid anası, neftçi Lalə Rəhimova çıxışında Azərbaycanın bugünkü inkişafından danışdı və mənfur qonşularımızın bunu gördükcə həsəd çəkdiyini vurğuladı. O, əmin olduğunu bildirdi ki, uğurlarımız getdikcə daha da artacaq, düşmən tapdağında olan torpaqlarımız geri qaytarılacaq. Müstəqilliyimizin növbəti ildönümlərinin şəhidlərimizin qanı axmış Qarabağ torpağında da qeyd olunmasını dilədi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!