18 Yanvar 2025 19:09
529
CƏMİYYƏT
A- A+
 “Əbədi Qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib  

 “Əbədi Qəhrəmanlar” kitabının təqdimat mərasimi keçirilib  


Bugün Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatında Xətai rayonunun şəhidlərinə həsr olunmuş “Əbədi Qəhrəmanlar” adlı kitabın təqdimat mərasimi keçirilib. Tədbirdə Xətai rayonu ictimaiyyəti, İcra Hakimiyyəti, Milli Məclisin deputatları, Ağsaqqallar Şurası, şəhid ailələri və yaxınları iştirak ediblər.

Tədbiri giriş sözləri ilə açan YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev şəhidlərimizə dövlət qayğısından və onların qəhrəmanlığını əbədiləşdirəcek belə layihələrin əhəmiyyətindən söz açıb. Bu xüsusda, şəhidlərimizin fədakarlığını, onların vətən sevgisini və şücaiyyətlərini gələcək nəsillərə çatdıracaq materialların hazırlanmasını alqışlayıb.

Çıxış edən Xətai rayonu İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev Azərbaycan oğullarının şücaəti və qəhrəmanlığı və Ali Baş Komandanın uğurlu hərbi rəhbərliyi nəticəsində torpaqlarımızın işğaldan azad edildiyini bildirib və şəhidlərimizin bu fədakarlığının Azərbaycan xalqının yaddaşında əbədi qalacağını vurğulayıb.

Daha sonra çıxış edən Milli Məclisin deputatı Vüqar Rəhimzadə şəhidlərimizin əmanəti olan ailələrinə dövlət qayğısından bəhs edib. O, bildirib ki, ölkə mediası şəhidlərimizi diqqətdə saxlamaqla onların əziz xatirəsinin daim yad edilməsinə töhfə verir.

Milli Məclisin deputatı Pərvanə Vəliyeva isə kitab haqqında məlumat verərək bildirib ki, “Əbədi Qəhrəmanlar” kitabında 2016-cı il Aprel döyüşlərində, 2020-ci il Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, eləcə də 2021-ci il helikopter qəzasında, 2022-ci ildə Kəlbəcər, Xocalı rayonu ərazisində Ermənistan silahlı qüvvələrinin geniş miqyaslı təxribatının qarşısının alınmasında, 2023-cü il Anti-terror əməliyyatında qəhrəmancasına həlak olan 89 şəhid haqqında məlumatlar yer alır. 

Rayon Ağsaqqallar Şurasının sədri, şəhid atası Mürvət Əsgərov, sədr müavini, şəhid atası Meyvəddin Ramaldanov, eləcə də şəhid ailələri kitabın ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürlərini bildiriblər.

Tədbirdə iştirak edən qonaqlara “Əbədi Qəhrəmanlar” kitabı paylanıb.

Qeyd edək ki, sözügedən kitab Milli Məclisin deputatı Pərvanə Vəliyevanın təşəbbüsü ilə hazırlanmışdır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev: Nizami Gəncəvi Beynəlxalq Mərkəzi aparıcı beynəlxalq təsisatlardan biridir

10:50
12 Mart

Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir YENİLƏNƏCƏK

10:26
12 Mart

Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın Azərbaycana səfəri başa çatıb  

09:27
12 Mart

Yaxın Şərqdə qarşıdurma nəticəsində ölənlərin sayı məlum olub

09:18
12 Mart

Çempionlar Liqası: PSJ "Çelsi"yə, "Real Madrid" "Mançester Siti"yə qalib gəlib

09:17
12 Mart

Ermənistanda hökumət-kilsə gərginliyi dərinləşir

09:10
12 Mart

Qısa ömrə sığan böyük qəhrəmanlıq

09:05
12 Mart

Milli teatrımızın çətin, amma şərəfli inkişaf yolu

09:00
12 Mart

Balacalar sevinəcəklər

08:55
12 Mart

Zamanın övladı olmaqdan üstün çıxdı

08:50
12 Mart

İstedadlı yazıçı, tanınmış jurnalist 

08:45
12 Mart

İslam ölkələrinin iqtisadi potensialı: resurslar, perspektivlər, əlaqələr

08:40
12 Mart

ASF ötən il 54 rayonda 9,2 milyon manat sığorta ödənişləri edib

08:35
12 Mart

Xəzərdə də “Qarabağ"ımız var

08:30
12 Mart

Qarabağa köç davam edir

08:25
12 Mart

Qlobal fikir ayrılıqlarının, ziddiyyətlərin aradan qaldırılması vacibdir

08:20
12 Mart

Vətənə şərəfli xidmətin nümunəsi

08:15
12 Mart

Azərbaycandakı sabitliyin əsasında milli maraqlara cavab verən siyasi kurs dayanır

08:10
12 Mart

Azərbaycan-ABŞ strateji tərəfdaşlığı inkişaf mərhələsindədir 

08:05
12 Mart

CƏNUBİ QAFQAZA YENİ YANAŞMANIN QURUCUSU

08:00
12 Mart

"Diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi Qaydaları"nın və "Diplomatik xidmətə qəbul olunmaq üçün müraciət etmiş şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması Qaydası"nın təsdiq edilməsi haqqında

02:41
12 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!