23 Avqust 2025 15:36
429
SİYASƏT
A- A+
      "Qədim Azərbaycan yurdu olan Kəlbəcərin yeni inkişaf dövrü başlayır"   

      "Qədim Azərbaycan yurdu olan Kəlbəcərin yeni inkişaf dövrü başlayır"   

  

"Azərbaycanın işğaldan azad olunan hər bir guşəsi kimi, Kəlbəcər də öz doğma sakinlərini qarşıladı. Bu həftə şəhərə ilk köç baş tutdu, həmçinin Prezident İlham Əliyev burada bir neçə yeni yaşayış məntəqəsinin təməlini qoydu. Beləliklə, birinci mərhələdə "Böyük qayıdış" proqramı çərçivəsində Kəlbəcər şəhərində dörd yaşayış kompleksinin inşası nəzərdə tutulur və bu binalarda 10 mindən çox insan yaşayacaq. Kəlbəcərə artıq yeni həyat qayıdır, burada yeni inkişaf dövrü başlayır".

   

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva söyləyib.

Kəlbəcərin işğalından sonra BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnamə qəbul etdiyini xatırladan K.Nurullayeva deyib: "Qətnamə Ermənistan silahlı qüvvələrinin Azərbaycanın tarixi ərazisi olan Kəlbəcər rayonunu işğal etməsindən sonra 1993-cü il aprelin 30-da qəbul olunmuşdu. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın işğal olunmuş digər rayonlarından dərhal çıxarılması tələb edilirdi. Lakin 27 il ərzində bu sənədin icrası ilə bağlı mexanizm işləmədi. Əksinə, Ermənistanı silahlandıraraq işğalçını daha da stimullaşdırırdılar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin də söylədiyi kimi, münaqişəni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər. Lakin Azərbaycan öz məsələsini özü həll etdi. Belə ki, Azərbaycan öz gücü hesabına, təkbaşına BMT qətnamələrinin icrasına nail oldu, ərazi bütövlüyünü bərpa etdi, Kəlbəcər bir güllə atılmadan qaytarıldı".

Deputat bildirib ki, ermənilər Kəlbəcəri tərk edən zaman azərbaycanlılara daha böyük ziyan vurmaq üçün əraziləri, mülki obyektləri yenidən minalayıb evləri, meşələri yandırıblar. Dünya bu vandalizmin şahidi oldu. Dövlətimizin başçısı bu vandallığı yada salaraq, Kəlbəcər şəhərində bir salamat binanın qalmadığını vurğulayaraq deyib: "O, vəhşilik idi. O, insanlığa sığmayan hərəkət idi və bunu bir nəfər yox, on nəfər yox, kütləvi surətdə edirdilər". Təbii ki, Azərbaycan xalqı bu baş verənləri heç vaxt unutmayacaq.

"Prezident İlham Əliyev çıxışında növbəti dəfə sülh mesajı verdi. "Biz istəmirik ki, müharibə olsun" deyən dövlətimizin başçısı bir daha bəyan etdi ki, bununla belə "heç vaxt o qanlı tarix yaddaşımızdan silinməməlidir, heç vaxt şirin sözlərə aldanmamalıyıq, ayıq olmalıyıq".

Azərbaycan müharibədən sonra daha da güclənib. Biz öz sərhədlərimizdə möhkəmlənmişik və istənilən təhdidin qarşısını almağa hazırıq. Təsadüfi deyil ki, Kəlbəcər strateji baxımdan olduqca əhəmiyyətli bölgə olduğundan burada da komando hərbi birləşmələri yaradılıb.

Azərbaycanın güclü liderə, güclü iqtisadiyyata, müasir və güclü orduya malik olması bərpa işlərinin sürətlə həyata keçirilməsi, sərhədlərimizin etibarlı qorunması və ölkəmizin maraqlarının müdafiəsində əsas faktordur", - deyə Könül Nurullayeva fikirlərini yekunlaşdırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!