17 Aprel 2026 19:15
509
İQTİSADİYYAT
A- A+
Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

Laçında Aqrar Biznes Festivalı - İşğaldan azad edilmiş ərazilərdə aqrar innovasiyalar nümayiş olunub  

Kənd təsərrüfatında innovasiyaların tətbiqi və təşviqi, fermerlər və sahibkarlar arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də müasir texnologiyalara çıxış imkanlarının genişləndirilməsi məqsədilə təşkil olunan növbəti Aqrar Biznes Festivalı Laçın rayonunda keçirilib.

Tədbir Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi və Azərbaycan Respublikası Prezidentinin Laçın rayonunda Xüsusi Nümayəndəliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, festivalın açılış hissəsində çıxış edən Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov rayonun zəngin təbii-coğrafi potensialından danışaraq, xüsusilə heyvandarlıq sahəsi üzrə ixtisaslaşma imkanlarını qeyd edib. O, işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən tədbirlər, eləcə də sahibkarlar üçün yaradılan əlverişli şərait barədə məlumat verib.

Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova işğaldan azad olunmuş ərazilərdə nazirlik tərəfindən həyata keçirilən fəaliyyətlərdən bəhs edib. O, həmin ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların parsel əsaslı bölgüsü, torpaq ehtiyatlarından səmərəli istifadə və aqrar fəaliyyətin bərpası istiqamətində görülən işlər barədə danışıb.

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov bölgələrdə keçirilən aqrar festivalların əhəmiyyətindən söz açıb. Bildirib ki, artıq 92 bölgədə bu formatda festivallar təşkil olunub və bu təşəbbüs aqrar sahənin inkişafına, regionlarda iqtisadi fəallığın artırılmasına və yerli istehsalçıların dəstəklənməsinə əhəmiyyətli töhfə verir.

Azərbaycan Biznesinin İnkişafı Fondunun İdarə Heyətinin sədrinin müşaviri Namiq Zeynalov sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, dövlət dəstəyi mexanizmləri və güzəştli kredit alətləri barədə məlumat verib, aqrar sahədə fəaliyyət göstərən biznes subyektlərinin inkişafının stimullaşdırılmasının vacibliyini vurğulayıb.

Tədbirdə 20-dən artıq dövlət və özəl müəssisə öz xidmət və məhsulları ilə təmsil olunub. Kənd Təsərrüfatı Nazirliyinin müvafiq qurumları tərəfindən fermerlərə təqdim olunan subsidiya, kredit və aqrar sığorta mexanizmləri barədə ətraflı məlumat verilib, özəl sektor nümayəndələri tərəfindən yerli kənd təsərrüfatı məhsulları, toxum və ting materialları, yeni gübrə və pestisidlər, iqlimə davamlı sortlar və digər qabaqcıl məhsullar nümayiş olunub.

Festivalda aqrar xidmətlər, təchizat və təminat sahəsində fəaliyyət göstərən qurumlar öz xidmət və imkanlarını təqdim ediblər.

Rayonun aqrar potensialı nəzərə alınaraq festivalda heyvandarlıq sahəsinin inkişafı xüsusi diqqət mərkəzində olub. Bu istiqamətdə Heyvandarlıq və Baytarlıq elmi-tədqiqat institutları, eləcə də heyvandarlıq və balıqçılıq sahəsində fəaliyyət göstərən müəssisələr, həmçinin yem və baytarlıq preparatları istehsalçıları fəal iştirak edib, sahənin inkişafına yönəlmiş müasir yanaşmalar təqdim olunub.

Həmçinin peşə təhsili sahəsində fəaliyyət göstərən müəssisələr də festivalda təmsil olunublar.

Festivalda işğaldan azad olunmuş rayonlarda fəaliyyət göstərən yerli şirkətlər də iştirak edib, regionlarda həyata keçirilən aqrar fəaliyyətlər, istehsal imkanları və yeni təşəbbüslər barədə məlumat veriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

BTQ layihəsi Gürcüstan, Azərbaycan və Türkiyənin regional logistika və nəqliyyat mərkəzləri kimi rolunu gücləndirir  

22:29
18 May

WUF13: MINURVI sessiyasında şəhərsalma, mənzil siyasəti və dayanıqlı inkişaf vurğulanıb  

21:54
18 May

Bakıda WUF13 çərçivəsində Liderlər Sammiti keçirilib

21:13
18 May

ABŞ rəsmisi: İran mövqeyini dəyişməsə, Birləşmiş Ştatlar danışıqları bombalar vasitəsilə davam etdirməli olacaq  

20:48
18 May

WUF13-ün suriyalı və ruandalı iştirakçıları “ASAN xidmət”də  

20:18
18 May

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında WUF13-ün açılış mərasimində Azərbaycanla bağlı nümayiş etdirilən videoçarx paylaşılıb VİDEO

20:16
18 May

Meksika səfiri: Bakıda əldə olunan təcrübəni gələcək fəaliyyətlərimizdə nəzərə alacağıq  

20:13
18 May

Tokayev: Orta Dəhliz Avrasiya logistikasının strateji elementinə çevrilir  

20:03
18 May

Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqlənib  

19:51
18 May

Qazaxıstan rəsmiləri WUF13 çərçivəsində “Urban Expo” sərgisi ilə tanış olublar  

19:45
18 May

“Vindzor Kral Atçılıq Şousu - 2026” başa çatıb  

19:41
18 May

İrakli Kobaxidze: Bakı-Tbilisi-Qars dəmir yolu ilə bağlı bütün detallar razılaşdırılıb

19:17
18 May

Daxili işlər naziri Vilayət Eyvazov gürcüstanlı həmkarı ilə görüşüb

19:15
18 May

Azərbaycanla Dünya İrs Mərkəzi arasında əməkdaşlıq məsələləri müzakirə olunub

19:14
18 May

Deryageldi Orazov: Bu gün şəhərlər sürətlə dəyişən qlobal iqtisadiyyatın əsas mərkəzləridir  

19:13
18 May

Kənd təsərrüfatı naziri Qarabağda təsərrüfatlara baş çəkib, fermerin müraciətlərini dinləyib

19:12
18 May

İoane Navaikula: Biz WUF13-də əldə etdiyimiz pozitiv təcrübələri öz ölkələrimizdə tətbiq etməliyik

19:11
18 May

  ABB-nin yeni sövdələşməsi “Davr-Bank”ın reytinqinə təsir edəcək

19:11
18 May

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 300-800 metrədək məhdudlaşacaq

19:10
18 May

Dünya mediası Bakıda keçirilən WUF13-ü diqqət mərkəzində saxlamaqda davam edir 

19:09
18 May

Ukrayna Baş nazirinin müavini: WUF13 müzakirələrinin Bakıda aparılması bizim üçün önəmlidir

19:08
18 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!