09 Dekabr 2025 18:07
247
İQTİSADİYYAT
A- A+
Nazirlik: Bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədir  

Nazirlik: Bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədir  


Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) çoxmənzilli yaşayış komplekslərində (MTK) “İnternet xidmətlərinin göstərilməsi və rəqabət mühitinin gücləndirilməsi” mövzusunda telekommunikasiya operatoru və provayderləri ilə növbəti görüş keçirilib.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, agentliyin əməkdaşları çoxmənzilli binalarda abonentlərin seçim imkanlarının artırılması, ədalətli rəqabətə şərait yaradılması və vətəndaş müraciətlərinin operativ həlli istiqamətində gördüyü işlər barədə məlumat veriblər.

Qeyd olunub ki, telekommunikasiya operatoru və provayderləri tərəfindən yaşayış komplekslərində telekommunikasiya xidmətlərinin təqdim edilməsinə dair icazələrin verilməsi ilə bağlı İKTA-ya mütəmadi olaraq müraciətlər daxil olur. Daxil olan müraciətlər əsasında agentlik tərəfindən müvafiq mənzil-tikinti kooperativlərinə, cəmiyyətlərə və digər idarəedici təşkilatlara telekommunikasiya fəaliyyətinin həyata keçirilməsinə şərait yaradılması barədə rəsmi müraciətlər ünvanlanır.

Görüşdə xüsusilə vurğulanıb ki, çoxmənzilli binalarda ən azı 3 fərqli provayderin xidmət göstərməsi abonentlərin seçim hüququnun təmin edilməsi və rəqabətin formalaşması baxımından zəruri hesab olunur. Bildirilib ki, agentlik tərəfindən aparılan araşdırmalar nəticəsində əgər hər hansı binada artıq 3 provayder fəaliyyət göstərirsə, həmin ünvanda minimal rəqabət mühitinin mövcud olduğu qənaətinə gəlinir.

İştirakçılara MTK-lara göstərilən xidmətlərlə bağlı statistik məlumatlar təqdim olunub. Qeyd edilib ki, daxil olmuş müraciətlər əsasında 50-yə yaxın MTK-da alternativ internet telekommunikasiya xidmətlərinin göstərilməsi təmin edilib, daha bir neçə binada isə kabelləşmə işləri icra mərhələsindədir. Bu göstəricilər rəqəmsal infrastruktura çıxışın genişləndirilməsi istiqamətində işlərin davamlı xarakter daşıdığını göstərir.

Görüşdə MTK-lar tərəfindən bəzi hallarda yaradılan süni çətinliklər də müzakirə olunub. Bildirilib ki, MTK rəhbərliyi ilə razılıq əldə olunduqdan sonra belə, bəzi MTK nümayəndələri telekommunikasiya fəaliyyəti üçün zəruri şərait yaradılmasına əsassız maneələr törədirlər. Belə ki, bəzi hallarda MTK-ya xidmət haqlarının gecikməsi zamanı elektrik enerjisinin kəsilməsi və ya ödəniş məbləğinin əsassız şəkildə artırılması kimi praktikalara yol verilir.

Rəqabətli mühitin formalaşmasına dair müsbət nümunələr də diqqətə çatdırılıb. Qeyd olunub ki, Mənzil İnşaatı Dövlət Agentliyinə (MİDA) məxsus yaşayış komplekslərində alternativ internet xidmətlərinin göstərilməsi ilə bağlı işlərə başlanılıb. Bu, gələcəkdə həmin komplekslərin sakinlərinə bir neçə provayder arasında sərbəst seçim imkanı yaradılacağını göstərir.

Tədbir çərçivəsində İSP-lərdən göstərdikləri əlavə xidmətlərə dair məlumatlar da tələb olunub. “Aztelekom” MMC tərəfindən bildirilib ki, yeni şirkətlərlə əməkdaşlıq çərçivəsində “Aztelekom” abunəçiləri gələcəkdə “Ağıllı ev” prinsipi əsasında kompleks xidmətlərdən yararlana biləcəklər. Həmçinin yeni nəsil “Mesh” sistemlərinin quraşdırılmasının yaxın vaxtlarda təmin ediləcəyi vurğulanıb ki, bu da ev daxilində internetin keyfiyyətini və sabitliyini daha da artıracaq.

Görüşün sonunda vurğulanıb ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi MTK-larda internet xidmətlərinə çıxışın genişləndirilməsi, rəqabət mühitinin gücləndirilməsi və vətəndaşların seçim imkanlarının artırılması istiqamətində telekommunikasiya operatoru və provayderləri və MTK-larla əməkdaşlığı davam etdirəcək, aşkarlanan problemlərin aradan qaldırılması üçün zəruri hüquqi və təşkilati tədbirlərin görülməsini diqqətdə saxlayacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya Azərbaycanın qeyri-neft məhsullarının ən böyük alıcısına çevrilib

10:19
10 Dekabr

 Mərakeşli dizayner: Fərqli mədəniyyətlərin nümayəndələri ilə yanaşı “Azerbaijan Fashion Week”də iştirak etmək xüsusi ilham verir  

10:17
10 Dekabr

Bakıda “Azerbaijan Fashion Week”in 19-cu mövsümü keçirilib  

10:14
10 Dekabr

Azərbaycan Konstitusiyasının yubileyi İtaliya Parlametində qeyd olunub  

10:07
10 Dekabr

Çempionlar Liqası: “Qalatasaray” məğlub olub, “Liverpul” qalib gəlib  

09:59
10 Dekabr

Heydər Əliyev Fondu ilə Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondu arasında anlaşma memorandumu imzalanıb  

09:58
10 Dekabr

Qubada zəlzələ baş verib  

09:54
10 Dekabr

Beynəlxalq axtarışda olan şəxs Almaniyada tutularaq Azərbaycana ekstradisiya edilib  

09:52
10 Dekabr

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib  

09:50
10 Dekabr

Çempionlar Liqası: "Qarabağ" "Ayaks"la qarşılaşacaq  

09:48
10 Dekabr

Balıq ətri, kulinariya şousu və su macərası

09:10
10 Dekabr

ADAU-nun tərkibində İnnovasiya Mərkəzi fəaliyyətə başlayıb

09:05
10 Dekabr

Göygöl melioratorları növbəti mövsümə hazırlaşırlar

09:00
10 Dekabr

Artıq "Sona bülbül" fəryad çəkmir, aşiq də "Neyçün gəlməz" deyib ah-nalə etmir

08:55
10 Dekabr

"Polşa Azərbaycan rəssamlarının gözü ilə" Gəncədə sərgiləndi

08:50
10 Dekabr

Ombudsman təsisatlarının müstəqilliyinin institusional əsasları

08:45
10 Dekabr

Türk dövlətləri əmək və sosial sahədə də birgə addımlar atacaqlar

08:40
10 Dekabr

Qlobal nüfuzun təzahürü

08:35
10 Dekabr

Azərbaycanın təklif etdiyi əməkdaşlıq formatları bütün tərəflərə uğur gətirir

08:30
10 Dekabr

Orta dəhlizdə strateji hədəflərə çatmaq üçün beynəlxalq maliyyə qurumları ilə əməkdaşlıq genişlənir

08:25
10 Dekabr

İlham Əliyev diplomatiyasının daha bir uğuru

08:20
10 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!