16 Yanvar 2026 09:39
382
İQTİSADİYYAT
A- A+
Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  

Nazir: Türkiyə Azərbaycanla birgə Suriyanın bərpasına töhfə verməyə çalışır  


Türkiyə enerji resurslarını münaqişə və ziddiyyət mənbəyi kimi deyil, sülhə və qarşılıqlı rifahın artmasına aparan körpü kimi dəyərləndirir.

AZƏRTAC xəbər verir ki, bunu Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ölkənin şimal-şərqində yerləşən Rizə vilayətində keçirilən “Ayder” Beynəlxalq Enerji Forumunda çıxışı zamanı bildirib.

Nazir qonşu Suriya nümunəsini xatırladaraq qeyd edib ki, uzun illər davam edən qanlı münaqişə dövründən sonra bu ölkədə bərpa və normallaşma prosesi başlayıb. “Bu gün Türkiyə Azərbaycanla birgə Suriyanın yenidən inkişafı məqsədilə bu ölkəyə qaz nəql edir. Eyni zamanda, suriyalılara elektrik enerjisi veririk, müxtəlif sahələrdə çoxsaylı layihələr həyata keçiririk. Bununla da enerji resurslarından sülh və inkişaf naminə istifadə edirik”, – deyə nazir vurğulayıb və “qarşılıqlı fayda” prinsipinə xüsusi diqqət çəkib.

Energetika naziri Türkiyənin xarici mənbələrdən enerji asılılığını minimuma endirməyə çalışdığını, bununla paralel olaraq xaricdə birgə təşəbbüslər reallaşdırdığını bildirib.

“Son 20 il ərzində Türkiyə iqtisadiyyatının elektrik enerjisi və təbii qaza olan tələbatı üç dəfə artıb. Proqnozlara əsasən, qarşıdakı 30 ildə ölkəmizdə elektrik enerjisi istehlakı daha üç dəfə artacaq”, – deyə A.Bayraktar bildirib və müəyyən illərdə Ankaranın enerji resurslarının idxalına çəkdiyi xərclərin 60–70 milyard dollaradək çatdığını qeyd edib.

Nazir əlavə edib ki, Türkiyənin enerji şirkətləri Afrikadan və Yaxın Şərqdən Mərkəzi Asiyaya qədər dünyanın müxtəlif bölgələrində layihələr həyata keçirir.

A.Bayraktar atom enerjisinin inkişafının əhəmiyyətinə də toxunaraq, “Akkuyu” Atom Elektrik Stansiyasını “Türkiyə xalqının 70 illik arzusunun təcəssümü” adlandırıb. “Mersin vilayətində yerləşən AES-də elektrik enerjisinin istehsalına bu il artıq başlanılacaq. “Akkuyu”nun dörd reaktorundan birincisi istismara veriləcək. Türkiyənin ilk atom elektrik stansiyası ölkənin ümumi elektrik enerjisi istehsalının 10 faizini təmin edəcək”, – deyə nazir bildirib və Sinop və Trakiyada yeni AES-lərin tikintisinə hazır olduqlarını vurğulayıb.

“Bu AES-lər, eləcə də modul tipli atom stansiyaları sayəsində 2050-ci ilə qədər Türkiyə 20 min meqavatadək elektrik enerjisi istehsal edəcək. Biz bu məqsədə çatmaqda qətiyyətliyik”, – deyə A.Bayraktar qeyd edib.

Eyni zamanda, energetika naziri Ankaranın qonşu ölkələrlə əməkdaşlığın inkişafına, o cümlədən Avropa ölkələrinin enerji tələbatının ödənilməsinə töhfə verməyə hazır olduğunu bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın müdafiə naziri MDB Müdafiə Nazirləri Şurasının növbəti iclasında iştirak edib  

07:07
03 Aprel

Paytaxtın bir sıra obyektləri və memarlıq abidələri mavi rəngə bürünüb  

22:59
02 Aprel

Azərbaycan və Gürcüstan Vəkillər Kollegiyaları arasında əməkdaşlıq memorandumu imzalanıb  

21:13
02 Aprel

“Reuters”: Dron hücumları səbəbindən Rusiyada neft hasilatının azalması qaçılmazdır

20:58
02 Aprel

Prezidentin Mətbuat Xidmətinin məlumatı

20:42
02 Aprel

40 ölkə Hörmüz boğazının fəaliyyətinin bərpasını müzakirə edir

19:59
02 Aprel

Elm, texnologiya, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət mükafatlarına təqdim edilən əsərlərin adları açıqlanıb 

19:42
02 Aprel

Benefisiar mülkiyyətçi məlumatlarına dair mərkəzləşdirilmiş reyestrin fəaliyyətinin təmin olunması ilə bağlı görülməli tədbirlər müəyyənləşdirilib  

18:49
02 Aprel

Baş nazir Əli Əsədov Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla görüşüb

18:49
02 Aprel

Azərbaycan və Tacikistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri olub

18:48
02 Aprel

Cevdet Yılmaz: Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər xüsusi xarakter daşıyır  

18:46
02 Aprel

Xarici qərarların tanınmasında Ali Məhkəmə tərəfindən şəffaflıq və tam neytrallıq təmin olunur  

18:31
02 Aprel

Türkiyənin Vitse-prezidenti: Türk dövlətləri arasında ticarət dövriyyəsini artırmaq əsas hədəflərdən biridir  

18:22
02 Aprel

Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində ən çox müraciət edilən ölkələrin adları açıqlanıb  

18:01
02 Aprel

BMT Azərbaycanın təşəbbüskarı olduğu qətnaməni qəbul edib  

17:57
02 Aprel

Rəcəb Tayyib Ərdoğan: Türkiyə “su stresi” yaşayan ölkələrdən biridir  

17:48
02 Aprel

Soner Kılıç: Azərbaycan Türk dünyasında dayanıqlı turizmin strateji mərkəzinə çevrilmək potensialına malikdir  

17:41
02 Aprel

Azərbaycan və Çili qida təhlükəsizliyi, bitki və heyvan sağlamlığı sahələrində əməkdaşlığı inkişaf etdirəcək  

17:34
02 Aprel

Bakıda və rayonlarda intensiv yağış, bəzi dağlıq ərazilərdə qar yağacaq – XƏBƏRDARLIQ

17:31
02 Aprel

AZƏRTAC-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib 

17:26
02 Aprel

Azərbaycan idmançıları mart ayında 118 medal qazanıblar  

17:19
02 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!