25 Noyabr 2026 12:42
112
SİYASƏT
A- A+
Kəlbəcərdəki quruculuq “Böyük Qayıdış”ın uğurla reallaşmasından xəbər verir  

Kəlbəcərdəki quruculuq “Böyük Qayıdış”ın uğurla reallaşmasından xəbər verir  


“Altı il əvvəl sentyabrın 27-də başlanan Vətən müharibəsi nəticəsində rəşadətli ordumuz torpaqlarımızı erməni işğalçılarından azad etdi. 30 ilə yaxın işğal atında olan torpaqlar Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə düşməndən təmizlənərək əzəli sahibinə qaytarıldı. Ordumuzun qazandığı şanlı zəfər Ermənistanı kapitulyasiya aktını imzalamağa, Ağdam rayonundan beş gün sonra noyabrın 25-də Kəlbəcər rayonunu da boşaltmağa məcbur etdi. Beləliklə, daha bir rayon – Kəlbəcər bir güllə atılmadan Azərbaycana təhvil verildi. Üçtərəfli Bəyanata əsasən, 2020-ci il noyabrın 25-də Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi dinc yolla işğaldan azad edildi”. 

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib.

Onun sözlərinə görə, həmin gün Azərbaycan tarixinə Kəlbəcərin erməni işğalından azad edildiyi gün kimi yazılıb. Prezident İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən, bu tarix Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur.

Deputat xatırladıb ki, Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu. Həmin dövrdə hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün yarıtmaz siyasəti nəticəsində alınmaz qala olan Kəlbəcər Ermənistan tərəfindən işğal olundu.  BMT Təhlükəsizlik Şurası isə  30 aprel 1993-cü ildə Kəlbəcərin işğalı ilə əlaqədar 822 saylı Qətnamə qəbul etdi. Qətnamədə işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. İşğal nəticəsində 53 min 340 sakin öz dədə-baba yurdundan qovulub, 511 dinc sakin öldürülüb, 321 nəfər əsir və itkin düşüb. Rayonun 484 nəfər şəhidi var. Onların 258-i hərbçi, 226-sı mülki şəxsdir. Vətən müharibəsində rayonun 37 sakini şəhid olub. Kəlbəcərdən olan 3 döyüşçü Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. BMT TŞ-nın məlum qətnaməsi 2020-ci ilin noyabrında Azərbaycanın gücü hesabına icra olundu.

Millət vəkilinin sözlərinə görə, Kəlbəcərdə erməni vəhşiliyinin izləri hər addımda görünür. Dağıntı və talanlar həm işğal dövründə, həm də 2020-ci ildə ermənilər rayondan çıxarkən davam etdirilib. Dağlar qoynunda yerləşən Kəlbəcər başdan-başa canlı təbiət muzeyini xatırladır. Təkcə bir faktı göstərmək kifayətdir ki, rayon ərazisində 30 mindən artıq bulaq var, 4 mindən artıq bitki növü bitir və onlardan 200-ü dərman bitkisidir. Kəlbəcərdə həzm sistemi xəstəliklərinin əvəzsiz müalicəsi hesab olunan zəngin mineral tərkibə malik olan İstisu müalicə ocağı yerləşir. Yuxarı İstisu, Aşağı İstisu, Keşdək, Qarasu, Mozçay, Bağırsaq, Qotursu kimi çox böyük müalicə - balneoloji təsirə malik mineral su yataqları Kəlbəcərə dünya şöhrəti qazandırıb. “İstisu” İstirahət-müalicə kompleksinin 34 hektar ərazidə salınması və gündəlik 300 nəfəri qəbul etməsi üçün inşaat işləri gedir. Eyni zamanda, qədim tarixə malik Kəlbəcər ərazisində alban dövrünə aid çoxlu abidə var. Əlverişli relyefi, saf dağ iqlimi, mineral suları ilə böyük turizm potensialından xəbər verən Kəlbəcərdə 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr  Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərin yadigarlarıdır.

Samir Vəliyev qeyd edib ki, işğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Kəlbəcərdə də genişmiqyaslı bərpa-quruculuq işləri aparılır. 2025-ci il avqustun 21-də Böyük Qayıdış prosesinin növbəti əlamətdar hadisəsi kimi, Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə köçən sakinlərlə görüşüb, onlara yeni mənzillərin açarlarını təqdim ediblər. Həmin mərasim zamanı Prezident İlham Əliyev deyib: “Bu gün, o cümlədən ona görə tarixi bir gündür ki, ölkəmizin ən böyük rayonu olan Kəlbəcər və onun şəhəri artıq canlanır, buraya həyat qayıdır və əminəm ki, siz burada rahat yaşayacaqsınız. Siz buna layiqsiniz. Uzun illər ərzində ağır şəraitdə - çadırlarda, uyğunlaşdırılmış binalarda, uşaq bağçalarında, yataqxanalarda - müxtəlif yerlərdə yaşamısınız, həyatınız çox ağır olub”. Bu il noyabrın 6-a olan məlumata görə, Kəlbəcərdə 162 ailə olmaqla 681 nəfər məskunlaşıb.

“Kəlbəcərdə aparılan nəhəng quruculuq işləri dağlar diyarının gözəl gələcəyindən, azad olunmuş ərazilərə “Böyük Qayıdış”ın uğurlu perspektivindən xəbər verir. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən sonra işğaldan azad edilmiş regionların iqtisadiyyata reinteqrasiyası ölkəmizin inklüziv və dayanıqlı inkişafı üçün yeni üfüqlər açır” – deyə, deputat vurğulayıb.

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Keçmişin yaralarını sağaldan, gələcəyə ümid bəxş edən “Ümid Yeri”  

12:58
25 Noyabr

Nazir: Qlobal enerji sisteminin gələcəyi etibarlı transsərhəd bağlantılardan və uzunmüddətli tərəfdaşlıqlardan asılıdır  

12:51
25 Noyabr

Rusiyanın Samara vilayətinə dron hücumu zamanı bir nəfər ölüb

12:47
25 Noyabr

Kəlbəcərdəki quruculuq “Böyük Qayıdış”ın uğurla reallaşmasından xəbər verir  

12:42
25 Noyabr

Sahibə Qafarova: Azərbaycan-Özbəkistan münasibətləri sistemində parlament ölçüsü mühüm yer tutur  

12:41
25 Noyabr

Prezident İlham Əliyev Litvanın xarici işlər nazirini qəbul edib  

12:34
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Fəxri xiyabanı ziyarət edib

12:27
25 Noyabr

Sabah ölkə ərazisində hava əsasən yağmursuz keçəcək

12:24
25 Noyabr

Özbəkistan parlament nümayəndə heyəti Zəfər parkını ziyarət edib

12:19
25 Noyabr

Astronomlar Günəşdən 500 trilyon dəfədən çox parlaq kvazar aşkar ediblər

12:13
25 Noyabr

“ASAN xidmət”in Pakistanda tətbiqi coğrafiyası genişləndirilir

12:06
25 Noyabr

Azərbaycan və Litva arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalanıb  

12:01
25 Noyabr

Milli Məclisdə İkinci Azərbaycan-Özbəkistan Parlamentlərarası Forumu keçirilir

11:44
25 Noyabr

Özbəkistan Ali Məclisi Senatının nümayəndə heyəti Azərbaycana səfərə gəlib

11:34
25 Noyabr

Litvanın xarici işlər naziri Bakıda Şəhidlər xiyabanını ziyarət edib

11:27
25 Noyabr

Dörd yüz tondan artıq təhlükəli toyuq əti məhsulunun dövriyyəsi ilə bağlı üç nəfər məsuliyyətə cəlb olunub

10:51
25 Noyabr

Ombudsman: Qadınlara və qızlara qarşı zorakılığın heç bir formasına bəraət qazandırıla bilməz  

10:47
25 Noyabr

Kəlbəcər Şəhəri Günü: tarixi Zəfər və yeni inkişaf mərhələsi  

10:43
25 Noyabr

Azərbaycan beynəlxalq seçki forumunda təmsil olunur

10:42
25 Noyabr

Azərbaycan Rusiya ilə ticarət sahələrində əməkdaşlıq imkanlarını dəyərləndirib

10:21
25 Noyabr

Qızıl və gümüş ucuzlaşıb

10:20
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!