16 Noyabr 2026 12:41
195
İQTİSADİYYAT
A- A+
Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq  

Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq  


İqtisadiyyatın diversifikasiyası və qeyri-neft istehsalının stimullaşdırılmasının nəticəsi olaraq növbəti ildə də neftdən asılılığın azalması tendensiyası qorunur. Belə ki, 2027-ci il üçün icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-ə nisbət göstəricisi cari illə müqayisədə 1,7 faiz bəndi az olmaqla, 17,1 faiz proqnozlaşdırılır. Bu, fiskal qayda tətbiq ediləndən bəri ən yaxşı göstəricidir. Növbəti ortamüddətli dövr üçün, yəni 2029-cu ilə bu göstəricinin 13 faizə, 2030-cu ilə isə 12 faizə endirilməsi əsas hədəflərimizdəndir.

Bunu maliyyə naziri Sahil Babayev "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı bildirib.

Nazir qeyd edib ki, 2027-ci ildə icmal büdcədə qeyri-neft gəlirlərinin payı 64,5 faizə, dövlət büdcəsində payı isə 60,6 faizə çatacaq.

“Bu, cari illə müqayisədə müvafiq olaraq 1,5 və 3,2 faiz-bənd çoxdur. Büdcədə qeyri-neft gəlirlərinin payının artması cari xərclərin qeyri-neft gəlirləri ilə örtülmə nisbətinə öz müsbət təsirini göstərir. Belə ki, növbəti il üçün bu göstərici 90,1 faizə bərabər olacaq. Ortamüddətli dövrün sonuna cari xərclərin tam şəkildə qeyri-neft gəlirləri hesabına örtülməsi nəzərdə tutulur. 2027-ci il üçün dövlət büdcəsi investisiyayönümlülüyü ilə də diqqəti cəlb edir. Belə ki, 2027-ci il üzrə dövlət büdcəsinin əsaslı xərcləri büdcə xərclərinin 32,5 faizinə bərabərdir. Bu isə region ölkələrini xeyli qabaqlayır. Həmçinin sevindirici haldır ki, növbəti ildə bütün rayonlarımız öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq. Beləliklə ilk dəfə olaraq dotasiyadan asılı hər hansısa bir rayonumuz qalmayacaq. Naxçıvan Muxtar Respublikasının isə öz gəlirlərinin daha da artması növbəti ildə Muxtar Respublikaya veriləcək dotasiyanın 6,4 faiz azalmasına imkan yaradacaq”, - deyə maliyyə naziri bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Sabah" - "Barselona" oyununa satılmış biletlərin sayı açıqlanıb

13:01
16 Noyabr

2018-ci ildən bəri aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artıb

12:58
16 Noyabr

Neftin qiyməti hələ ki, yüksək səviyyədə qalmaqda davam edir  

12:53
16 Noyabr

İqtisadiyyat naziri: Dövlət şirkətləri büdcə üçün gəlir mənbəyinə çevrilir  

12:49
16 Noyabr

Nazir: Növbəti ildə bütün rayonlar öz gəlirləri hesabına xərclərini tam qarşılayacaq  

12:41
16 Noyabr

Mikayıl Cabbarov: Azərbaycan şirkətləri beynəlxalq bazarlara çıxır, gəlir bazası şaxələnir  

12:38
16 Noyabr

Gələn il işğaldan azad edilmiş ərazilərimizdə yenidənqurma işlərinin maliyyə təminatı tam təmin olunacaq  

12:34
16 Noyabr

2027-ci il dövlət büdcəsinin gəlirlərində qeyri-neft sektorunun payı 60,6 faiz olacaq  

12:29
16 Noyabr

Bu ilin yanvar-sentyabr aylarında nəqliyyat dəhlizləri ilə 32 milyon tonadək yük daşınıb  

12:23
16 Noyabr

Sahil Babayev: Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir  

12:16
16 Noyabr

Sahil Babayev: 2027-ci ilin dövlət büdcəsi ölkənin inkişaf prioritetləri nəzərə alınmaqla hazırlanıb  

12:11
16 Noyabr

Gəncədə media nümayəndələri ilə görüş keçirilib  

12:07
16 Noyabr

Rusiya Müdafiə Nazirliyi gecə saatlarında 1336 dronun məhv edildiyini bildirib  

12:01
16 Noyabr

Sahibə Qafarova: Əhalinin gəlirlərinin artırılması üçün tədbirlər görülür  

11:59
16 Noyabr

Autoimmun xəstəlikləri olan qadınlara daha çox yalnış diaqnoz qoyulur – Səbəbləri  

11:53
16 Noyabr

Azad edilmiş ərazilərdə daha 1459,5 hektar sahə minalardan təmizlənib

11:42
16 Noyabr

Milli Məclisdə 2027-cı ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb

11:28
16 Noyabr

Diş itkisi demensiyadan xəbər verə bilər

11:05
16 Noyabr

Həftəsonu ölkə ərazisində 59 cinayətin açılması təmin olunub

11:02
16 Noyabr

Ombudsman beynəlxalq ictimaiyyəti Azərbaycanda humanitar minatəmizləmə fəaliyyətinə dəstəyi gücləndirməyə çağırıb  

11:00
16 Noyabr

Şahdağda qar örtüyünün hündürlüyü 20 santimetrdir - FAKTİKİ HAVA

10:53
16 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!