08 May 2024 16:16
196
CƏMİYYƏT
A- A+

Nazir müavini: Naxçıvanda cari ilin üç ayında nağdsız ödənişlər 2 dəfədən çox artıb  

 

Naxçıvanda hazırda iqtisadi aktivlik sahibkarlıq subyektlərinin artımı ilə müşayiət olunur. ƏDV ödəyicilərinin sayı cari ilin yanvar-aprel ayları ərzində ötən ilin eyni dövrü ilə müqayisədə 55,2 faiz artıb, 1 may 2024-cü il tarixə quraşdırılan kassa aparatlarının sayı isə ilin əvvəli ilə müqayisədə 20,4 faiz çoxdur.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu sözləri mayın 8-də Naxçıvan Biznes Mərkəzində keçirilən “Naxçıvanda dövlət-özəl tərəfdaşlığına həsr edilmiş Sahibkarlara Dəstək Konfransında Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, nazir vəzifəsini icra edən Abbas İsmayılov deyib.

Nazir müavini qeyd edib ki, iqtisadi inkişafa və şəffaflığa xidmət edən nağdsız ödənişlər 2023-cü ildə 617,6 milyon manat təşkil edib ki, bu da bir il öncəki göstəricidən 3 dəfə çoxdur. Bu tendensiya 2024-cü ilin 3 ayında da davam edərək ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çox, 216,1 milyon manat olub. 2024-cü ilin ilk 4 ayında Naxçıvanda yeni qeydiyyatdan keçmiş vergi ödəyicilərinin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 11,5 faiz artıb.

Bildirilib ki, ötən il Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu və Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən ümumilikdə, sahibkarların 67 investisiya layihəsinin maliyyələşdirilməsinə 8,4 milyon manat güzəştli kredit

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video