08 Dekabr 2025 17:35
282
CƏMİYYƏT
A- A+
Nazir müavini: Azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları tamamən SCADA sisteminə qoşulub  

Nazir müavini: Azad edilmiş ərazilərdəki kiçik su elektrik stansiyaları tamamən SCADA sisteminə qoşulub  


Kommunal xidmətlərin vahid informasiya sisteminin qurulması ilə bağlı ilkin layihə hazırdır və hədəf modelin 2029-cu ildə həyata keçirilməsidir. Vahid elektrik doldurma xidməti platforması da demək olar ki, 2025-ci ildə yaradılıb.

AZƏRTAC xəbər verir ki, bunu energetika nazirinin müavini Elnur Soltanov Milli Məclisdə keçirilən "İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin perspektivləri" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, digər bir məsələ "Azərişıq" çərçivəsində iş axınlarının rəqəmsallaşdırılması və bundan əlavə bəzi iş axınlarının artıq vizuallaşdırılmasıdır ki, bu da rəqəmsallaşmanın xüsusi bir mərhələsi olaraq qeyd edilə bilər.

“Azərenerji”də artıq 143 obyekt SCADA rəqəmsal sisteminə qoşulub. Bunun 24-ü stansiya, 36-sı kiçik su elektrik stansiyası, biri Günəş elektrik stansiyası, digərləri isə 110, 220, 330 və 500 kilovoltluq yarımstansiyalardır. Eyni zamanda, burada 40-a yaxın sistemdə mikro-SCADA yaradılıb və ana sistemə, makro-SCADA-ya qoşulub ki, nəticə etibarilə son beş il ərzində fiber-optik kabel məsafəsi 850 kilometrdən 5000 kilometrə qədər artırılıb. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, işğaldan azad edilmiş ərazilərdə olan kiçik su elektrik stansiyaları demək olar ki, tamamən SCADA sisteminə qoşulub”, - deyə nazir müavini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ gərginliyin azaldılması yolu ilə Rusiya ilə Avropa arasında etimadı gücləndirməyi planlaşdırır  

11:24
25 Yanvar

Tramp: Çinlə razılaşma əldə olunarsa, ABŞ Kanadaya 100 faiz tarif tətbiq edəcək  

11:10
25 Yanvar

Antimilli qüvvələr dezinformasiya kampaniyalarında alət kimi istifadə olunur

11:01
25 Yanvar

Uitkoff gələn həftə BƏƏ-də danışıqların davam etdiriləcəyini təsdiqləyib  

10:59
25 Yanvar

ABŞ Putin və Zelenski arasında görüşün tezliklə baş tuta biləcəyinə inanır  

10:56
25 Yanvar

Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığına səfər edib  

10:27
25 Yanvar

Liviya Enerji və İqtisadiyyat Sammiti çərçivəsində xarici şirkətlərlə müqavilələr imzalanıb  

23:11
24 Yanvar

İraq Suriya ilə sərhəd boyunca beton divarın tikintisini yekunlaşdırır  

22:08
24 Yanvar

Laçının sağlamlıq keşikçiləri: doğma yurda qayıdışla başlayan məsuliyyətli xidmət  

20:00
24 Yanvar

Zelenski Əbu-Dabi danışıqlarını konstruktiv adlandırıb  

19:23
24 Yanvar

Misli Premyer Liqası: "Kəpəz" "Qarabağ"ı məğlub edib

18:56
24 Yanvar

“Həm evimiz var, həm işimiz” - Kəlbəcər sakininin qayıdış sevinci 

18:47
24 Yanvar

NATO Baş katibinin müavini: Azərbaycanla qarşılıqlı faydalı olan sahələrdə əməkdaşlığı davam etdirməyi planlaşdırırıq

18:09
24 Yanvar

Ötən il DOST mərkəzlərində 887 min vətəndaşa xidmət göstərilib  

17:57
24 Yanvar

Danimarkanın Baş naziri Trampın NATO-nun Əfqanıstan missiyası barədə sözlərini pisləyib  

17:32
24 Yanvar

Misli Premyer Liqasında XVII turun daha bir oyunu keçirilib

16:10
24 Yanvar

Ali Məhkəmə Plenumunun 2025-ci ilin yekunlarına həsr olunmuş iclası keçirilib

16:01
24 Yanvar

İraq İŞİD-dən olan əcnəbi məhbusları ölkələrinə təhvil verməyə başlayır

15:53
24 Yanvar

Braziliya Çin vətəndaşları üçün vizanı ləğv edir

15:39
24 Yanvar

Əbu-Dabidə Rusiya, ABŞ və Ukraynanın iştirakı ilə danışıqlar davam edir

14:52
24 Yanvar

Astanada Konstitusiya islahatları komissiyasının ilk iclası keçirilir

13:49
24 Yanvar

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!