02 İyun 2024 03:03
426
CƏMİYYƏT
A- A+
Naxçıvanda uşaqların bayramı qeyd edilib

Naxçıvanda uşaqların bayramı qeyd edilib

 

Naxçıvanda Azərbaycan Prezidentinin səlahiyyətli nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyəti və muxtar respublikanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş "Uşaqların rəngli dünyası" adlı bayram tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, 300-ə yaxın uşaq "Böyük bağ" adlanan ərazinin qarşısından tədbirin təşkil olunduğu Əcəmi seyrəngahına yürüş edib.
Bayram tədbirində əvvəlcə uşaqlara daim böyük qayğı göstərən Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi birdəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib. Qeyd olunub ki, ölkəmizdə uşaqlara qayğının dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşməsi Ulu Öndərin adı ilə bağlıdır. Bu gün dövlət uşaq siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Ölkəmizdə, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında uşaqların, o cümlədən xüsusi qayğıya ehtiyacı olan uşaqların hüquqlarının və sağlamlıqlarının qorunması, təhsili, asudə vaxtının səmərəli təşkili, həmçinin istedadlarının üzə çıxarılması ilə bağlı tədbirlər görülür. Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə belə möhtəşəm tədbirin keçirilməsi də uşaqlara göstərilən yüksək qayğının bariz nümunəsidir. Bugünkü bayram tədbiri həm də ay ərzində muxtar respublikanın bütün rayonlarında keçirilən uşaqlarla bağlı maarifləndirici tədbirlərin yekunudur.
Sonra Naxçıvan şəhərində fəaliyyət göstərən uşaq bağçalarının balaca fidanları şeirlər səsləndirib, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin, uşaq musiqi məktəblərinin yaradıcı kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nümunələri ilə çıxış ediblər.
Bayram tədbiri çərçivəsində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu ("YAŞAT" Fondu), Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurası, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən şəhid, qazi ailələrinin uşaqlarına, sağlamlıq imkanları məhdud balacalara, Ordubad rayon internat tam orta məktəbinin şagirdlərinə hədiyyələr təqdim olunub. Yeniyetmə və gənclər üçün nəşr olunan "Məktəbli" qəzetinin nömrələri, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin və digər yaradıcı şəxslərin, kollektivlərin əl işləri, rəngarəng stendlər uşaqlarda böyük maraq yaradıb. Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Modern Psixoloji Mərkəz əyləncəli oyunlar, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyi müxtəlif müayinələr təşkil edib. Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi, Təhsil, Mədəniyyət nazirliklərinin kollektivləri də öz fəaliyyətləri ilə tədbirə töhfə veriblər. Eyni zamanda iştirakçıların asudə vaxtının, mədəni istirahətinin təmini üçün ərazidə iaşə xidmətləri də təşkil olunub.
Tədbir uşaq musiqi məktəbləri kollektivlərinin bədii kompozisiyası ilə davam edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!