08 Fevral 2024 16:39
1739
Elm və texnika
A- A+
Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib  

Naxçıvan Muxtar Respublikasının 100 illiyinə həsr olunmuş elmi konfrans keçirilib  

 

Azərbaycan Milli Elmlər Akademiyasının Tarix və Etnologiya İnstitutunun Azərbaycanın sovet dövrü tarixi şöbəsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası-100 il: uğurlar və perspektivlər” mövzusunda respublika elmi konfransı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib. Bildirilib ki, institutun direktoru professor Kərim Şükürov Naxçıvanın ölkənin tarixində rolunu diqqətə çatdırıb. O qeyd edib ki, Naxçıvan Azərbaycanın tarixində layiqli yer tutub, ictimai-siyasi və elmi-mədəni həyatında özünəməxsus rol oynayıb. Naxçıvan əsrlər boyu yetişdirdiyi görkəmli şəxsiyyətləri ilə Azərbaycan dövlətçiliyinin, mədəniyyətinin və elminin tərəqqisinə töhfələr verib.

Daha sonra professor İkram Ağasiyev “1920-1924-cu illərdə “Naxçıvan məsələsi” və Azərbaycan SSR-in tərkibində Naxçıvan MSSR-in yaradılması” mövzusunda məruzə ilə çıxış edib. Qeyd olunub ki, 1920-ci ilin iyun ayında Naxçıvan əhalisini Ermənistanın hərbi təcavüzündən qorumaq üçün bölgədə Veysəl Ünüvarın başçılığı ilə türk qoşun hissələri yerləşmişdi. Həmin ilin iyulunda XI Ordu qüvvələri Naxçıvana göndərilmiş və burada bolşevik hakimiyyəti qurulmuşdu. 1920-ci il dekabrın 2-də sovet Rusiyası ilə Ermənistan arasında bağlanmış hərbi-siyasi sazişlə Naxçıvan məsələsi yeni bir mərhələyə qədəm qoyur. Həmin sazişə əsasən, qədim Azərbaycan torpağı olan Zəngəzurun Ermənistana verilməsi ilə Naxçıvan məqsədli şəkildə Azərbaycanın əsas ərazisindən ayrı salındı. Bununla da Naxçıvanın muxtariyyət məsələsi gündəmə gəldi. Nəticədə, 1921-ci il martın 16-da Moskvada RSFSR ilə Türkiyə arasında “Dostluq və qardaşlıq haqqında” Moskva müqaviləsi imzalandı. Müqavilənin hazırlanması zamanı Türkiyə Naxçıvan məsələsinə böyük əhəmiyyət verdi. Atatürk Naxçıvanı “Türk qapısı” adlandırırdı, çünki Naxçıvan Azərbaycanla Türkiyə arasında ən yaxın məsafə idi. Moskva müqaviləsinin 3-cü maddəsinə görə, tərəflər müqaviləyə əlavədə nəzərdə tutulan sərhədlər daxilində, Azərbaycanın himayəsi altında, Naxçıvan vilayətinin muxtar ərazi olmasına razılıq verirdilər, bu şərtlə ki, Azərbaycan bu ərazini üçüncü dövlətə güzəştə getməyəcək. Beləliklə, Naxçıvan məsələsinin Azərbaycanın xeyrinə həll olunmasında Türkiyə böyük rol oynadı. Rusiya Naxçıvanı Azərbaycanın tərkib hissəsi hesab etdikdən sonra Türkiyə qoşununu Naxçıvandan çıxardı. Naxçıvan məsələsi 1921-ci il sentyabr-oktyabr aylarında Qars şəhərində Türkiyə, RSFSR, Cənubi Qafqaz respublikaları (Azərbaycan, Gürcüstan, Ermənistan) nümayəndələrinin iştirakı ilə keçirilən konfransda da müzakirə olundu və 1921-ci il oktyabrın 13-də Türkiyə, Azərbaycan SSR, Gürcüstan SSR, RSFSR və Ermənistan SSR tərəfindən bağlanmış Qars müqaviləsində yer aldı. Qars müqaviləsinin 5-ci maddəsi və 3-cü əlavəsinə əsasən, Naxçıvan Azərbaycan ərazisi kimi təsdiqləndi. Naxçıvanın sərhədləri və gələcək statusu qəti müəyyən edildi. Beləliklə, Ermənistanın Naxçıvanı özünə birləşdirmək cəhdlərinin qarşısı alındı.

Konfransda “Naxçıvan 1919-cu ilin yayında: Azərbaycanın hərbi-siyasi tarixinin dönüş mərhələsi”, “XI Qızıl Ordunun Naxçıvanı işğal etməsi və bolşevik terrorunun başlanması”, “1920-ci illərdə Naxçıvan MSSR-in Ermənistan SSR-lə sərhədləri”, “1920-1930-cu illərdə Naxçıvan MSSR-də hüquq-mühafizə orqanlarının fəaliyyətində hüquqa zidd aspektlər”, “Naxçıvan MSSR-in yaranmasının geosiyasi aspektləri”, “1945-1950-ci illərdə AMEA Naxçıvan bölməsinin fəaliyyəti”, “Naxçıvan Muxtar Respublikasında mədəniyyətin inkişafı haqqında (XX əsrin sonu – XXI əvvəllərdə)”, “Naxçıvan II Qarabağ-Vətən müharibəsində”, “1948-1953-cü illərdə Ermənistan SSR-dən deportasiya olunan azərbaycanlıların Naxçıvan MSSR-də məskunlaşdırılması”, “Naxçıvan MSSR-in II Dünya müharibəsində iştirakı məsələsi Azərbaycan sovet tarixşünaslığında” adlı məruzələr dinlənilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!