21 Sentyabr 2018 21:37
610
SİYASƏT
A- A+
Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib

Naxçıvanda yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib


Sentyabrın 21-də Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin yeni Asfalt-Beton Zavod Kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılış tədbirində iştirak edib.

Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin direktoru Bəhruz Əsgərov çıxış edərək deyib ki, muxtar respublikada aparılan geniş tikinti-quruculuq işləri yol təsərrüfatını da əhatə edib. Müasir avadanlıqlarla təmin olunmuş yeni asfalt-beton zavodlarının, qum-çınqıl karxanaları və bitum anbarlarının istifadəyə verilməsi, yeni texnikaların alınması yol tikintisinin əhatə dairəsini xeyli genişləndirib. Naxçıvan Muxtar Respublikası Avtomobil Yolları Dövlət Agentliyinin maddi-texniki bazası möhkəmləndirilib, istehsal olunan asfaltın vaxtında yerlərə çatdırılması və asfalt-beton örtüyünün keyfiyyətlə salınması üçün yeni mexanizmlər alınıb. Yol infrastrukturu müasirləşdirilərkən diqqətdə saxlanılan əsas məsələlərdən bir də yerli tikinti materialları, xüsusilə də keyfiyyətli asfalt istehsalına nail olmaqdır. Yeni asfalt-beton zavodun istifadəyə verilməsi də məhz bu sahədə görülən işlərin davamıdır. Bəhruz Əsgərov yaradılan şəraitə görə muxtar respublikanın yol təsərrüfatı işçiləri adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muxtar respublikada yeni asfalt-beton zavod kompleksinin istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, təşkilatçılara və əməyi olanlara təşəkkürünü bildirərək deyib: Ölkəmizdə həyata keçirilən sosial-iqtisadi islahatlar bütün sahələrdə inkişafı təmin etmiş, əhalinin yaşayış səviyyəsi yaxşılaşmışdır. Bu gün Azərbaycan tranzit yükdaşımalar və turizm ölkəsinə çevrilmişdir. Bütün bunların əsasında isə hərtərəfli inkişafla yanaşı, həm də müasir yol infrastrukturu dayanır. Rahat və müasir yollar hər bir ölkənin tranzit keçid imkanlarını artırır. Eyni zamanda ölkənin yolları abaddırsa, o ölkəyə gələn qonaqların sayı da çox olur.

Ali Məclisin Sədri deyib: Ölkəmiz inkişaf etdikcə əhalinin rifah halı da yaxşılaşır. İnsanlar rahat və müasir avtomobillər alır, bütün sahələr üzrə istifadə olunan maşınların sayı artır. Avtomobillərin rahat işləməsi və uzun müddət istismar olunması isə yolların abadlığından asılıdır. Yolların abad olması üçünsə, müasir asfalt zavodları istifadəyə verilməli, keyfiyyətli məhsul istehsal olunmalıdır. Bu gün istifadəyə verilən asfalt-beton zavod kompleksi də müasir tələblər səviyyəsində qurulmuşdur. Yeni texnologiyalarla təmin olunan və kompüter sistemi ilə idarə olunan zavodda keyfiyyətli asfalt istehsal olunacaqdır.

Ali Məclisin Sədri deyib: Muxtar respublika ərazisində kifayət qədər daş və qum-çınqıl ehtiyatı vardır. Bu, keyfiyyətli asfalt istehsalında mühüm amildir. Yerli xammal əsasında işləyəcək asfalt beton zavod muxtar respublikada yol tikintisinə böyük təkan verəcəkdir. Hər il muxtar respublikada 100 kilometrlərlə yeni avtomobil yolları çəkilir. Mərkəzi yollarla yanaşı, muxtar respublikanın şəhər, rayon və kəndlərini birləşdirən avtomobil yolları da yenidən qurulur, keyfiyyətli asfalt örtük salınır. Sentyabrın 15-də Şərur rayonunda Xanlıqlar-Vərməziyar-İbadulla-Qışlaqabbas-Ərəbyengicə kənd avtomobil yolu istifadəyə verildi. Hazırda Culfa-Ordubad magistral avtomobil yolu, Babək rayonunun Cəhri-Yuxarı Buzqov və Ordubad rayonunun Dəstə kənd avtomobil yolları yenidən qurulur. Yollarda işlərin keyfiyyətlə aparılması üçün müasir asfalt-beton zavodun qurulmasına ehtiyac yaranmışdı. Çünki əvvəlki illərdə quraşdırılmış zavod öz istismar müddətini başa vurduğundan keyfiyyətli asfalt istehsal olunmurdu. Lakin yeni asfalt-beton zavodun qurulması muxtar respublikada bundan sonra da keyfiyyətli yolların çəkilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri asfalt-beton zavod kompleksinin qurulmasında göstərdikləri köməkliyə görə qardaş Türkiyə Respublikasının "Texno Asfalt” və "Aymak” şirkətlərinin nümayəndələrinə təşəkkürünü bildirib, kollektivə işlərində uğurlar arzulayıb.

Zavodda işlə təmin olunmuş gənc mütəxəssis Qənbər Əliyev minnətdarlıq edərək deyib: Muxtar respublikada yeni istehsal müəssisələrinin fəaliyyətə başlaması gənc mütəxəssislərin işlə təminatında mühüm rol oynayır. Bu gün hər birimizin həyatında unudulmaz gündür. Çünki müasir şəraiti olan zavodda işlə təmin olunmuşuq. Fəaliyyətimiz üçün lazımi şərait yaradılıb. Çalışacağıq ki, qarşımıza qoyulmuş tapşırıqların öhdəsindən layiqincə gələk.

Türkiyənin "Texno Asfalt” şirkətinin servis müdiri Osman Şahin və satış müdiri Sultan Şahin əməkdaşlığa, fəaliyyətlərinə verilən qiymətə və göstərilən diqqətə görə minnətdarlıq ediblər. Sultan Şahin deyib ki, Azərbaycan-Türkiyə bir millət, iki dövlətdir. Bu, əlaqələrin inkişafında özünü göstərir. Naxçıvanda yeni asfalt-beton zavodun qurulmasında Türkiyə şirkətlərinin iştirak etməsi də qarşılıqlı əməkdaşlığın nəticəsidir.

Sonra xatirə şəkli çəkdirilib.

Ali Məclisin Sədri idarəetmə otağında zavodu işə salıb.

Məlumat verilib ki, 3 hektar sahəni əhatə edən zavodda Almaniya istehsalı avadanlıqlar quraşdırılıb. İstehsal müəssisəsi asfalt istehsalı sahəsindən və qum-çınqıl karxanasından ibarətdir. Avtomatik idarə olunan zavodda istehsal olunan məhsullar öz keyfiyyəti ilə seçilir. Zavodda enerji sərfiyyatı istehsal olunan asfaltın miqdarına uyğun tənzimlənir və əlavə enerji itkisinə yol verilmir. "Benninghoven” markalı yeni asfalt-beton zavod saatda 240 ton asfalt-beton, ölçüsü 25 millimetrədək olan 5 növdə 210-230 ton fraksiya istehsal etmək gücünə malikdir. Daşqırıcının istehsal gücü saatda 100-110 tondur. Zavodda tutumu 300 ton olan bitum ehtiyatı anbarı yaradılıb, hər birinin tutumu 50 ton olan 6 bitum çəni quraşdırılıb. 4 bitum çəninin quraşdırılması və əlavə 200 tonluq anbarın yaradılması istiqamətində isə işlər davam etdirilir.

Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında bağlanmış Qrant müqaviləsinə əsasən alınmış Çin istehsalı 1 "DONGFENG” markalı özüboşaldan yük maşını, 1 "XCMGXC-760K” markalı kiçikhəcmli yükləyici və Belarus istehsalı 1 "AMKODOR-342B” markalı irihəcmli yükləyici Naxçıvan Muxtar Respublikasının Avtomobil Yolları Dövlət Agentliyinə verilib.

Ali Məclisin Sədri texnikaların açarlarını təqdim edib.

Zavodun həyətində ehtiyat hissələri üçün anbar və yardımçı bina tikilib, avtomobil dayanacağı istifadəyə verilib. Yardımçı binada mətbəx-yeməkxana, çilingər və digər xidməti otaqlar vardır.

Zavodun kollektivi ilə görüşən Ali Məclisin Sədri deyib: Burada rahat və sağlam iş şəraiti yaradılmışdır. Kollektiv yeni avadanlıqlardan istifadə qaydalarını öyrənməli, onlara vaxtında texniki qulluq göstərməli və keyfiyyətli məhsul istehsalına nail olmalıdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!