Naxçıvanda Novruz yarmarkası açılıb
Naxçıvan şəhərindəki Mərkəzi bazarda Novruz bayramı münasibətilə yarmarka təşkil olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, yarmarkaya muxtar respublikada fəaliyyət göstərən 32 istehsal müəssisəsi tərəfindən 117 adda 195 çeşiddə məhsul çıxarılıb. Eyni zamanda, 262 ailə təsərrüfatı subyekti tərəfindən 168 adda məhsulun satışı təşkil olunub.
Yarmarkada həmsöhbət olduğumuz Naxçıvan şəhər sakini Pərvanə Quliyeva deyib: "Bayram üçün almaq istədiyim məhsulların hamısına burada rast gəlmək olar. Qiymətlər də münasibdir. Sevindirici haldır ki, belə keyfiyyətli məhsulların hamısı yerli istehsaldır. Builki Novruz bayramında da süfrələrimizi öz məhsullarımız bəzəyəcək”.
Digər həmsöhbətimiz, Şərur rayonunun Cəlilkənd sakini, 27 yaşlı ailə təsərrüfatçısı Sənan Qasımzadə yarmarkaya mürəbbələr, turşular, müxtəlif çeşiddə məhsullar çıxarıb. O, gətirdiyi məhsullara alıcılar tərəfindən böyük maraq göstərildiyini deyir.
Bir-birindən ləziz görünən, səliqə ilə qablaşdırılmış şirniyyatları piştaxta üzərinə düzən Sədərək rayon sakini, 19 yaşlı gənc təsərrüfatçı Jalə Abbasova bildirib ki, bayram yarmarkasının təşkili həm biz torpaq mülkiyyətçilərinə, həm də alıcılara əlverişli şərait yaradır. Belə şəraitə görə dövlətimizə minnətdarlığımı bildirirəm. Alıcılardan biri, şəhər sakini, təqaüdçü-müəllim Zahirə Cəfərova dedi ki, ötən illə müqayisədə qiymətlərdə artım yoxdur. Bazarda təklifi artırmaqla və tələbi daha dolğun ödəməklə qiymətlərin aşağı salınmasına nail olunub. Daha doğrusu, qiymətlər bazarlarda yaradılan bolluğa uyğun formalaşıb.
Qeyd edək ki, şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması, süni qiymət artımının qarşısının alınması məqsədilə Naxçıvan şəhərindəki Mərkəzi bazarda Novruz bayramı münasibətilə keçirilən bayram yarmarkası mart ayının 24-dək davam edəcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!