Naxçıvanda “Hüseyn xan Naxçıvanski. Qayıdış” filmi nümayiş olunub
Naxçıvan şəhərindəki “Gənclik” Mərkəzində “Salnamə” Sənədli Filmlər Studiyası və Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyası tərəfindən çəkilən, Rusiya imperiyasında böyük nüfuz sahibi olmuş görkəmli azərbaycanlı sərkərdə, tam süvari qoşunları generalı, II Nikolayın general-adyutantı olmuş Hüseyn xan Naxçıvanski haqqında tammetrajlı sənədli filmin təqdimatı olub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov, “Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Anton Smirnov, “Salnamə” Sənədli Filmlər Studiyasının direktoru Nazim Hüseynov çıxış ediblər.
Qeyd olunub ki, Azərbaycanın qədim Naxçıvan torpağı görkəmli şəxsiyyətlər, sərkərdələr yetirib. Dövlətin diqqət və qayğısı sayəsində bu şəxsiyyətlərin yubileyləri keçirilir, edilir, onlar haqqında sənədli filmlər hazırlanır, kitablar nəşr olunur. Belə şəxsiyyətlərdən biri Hüseyn xan Naxçıvanskidir. Ötən müddət ərzində görkəmli sərkərdənin həyat və fəaliyyətinə həsr olunmuş bir sıra tədbirlər keçirilmiş, Rudolf İvanovun “Əlahəzrətin general-adyutantı” kitabı Azərbaycan dilinə tərcümə olunub. Təqdimatı keçirilən film də bu istiqamətdə görülən işlərin davamıdır.
Sonra “Hüseyn xan Naxçıvanski. Qayıdış” filmi nümayiş etdirilmişdir.
Məlumat üçün bildirək ki, Azərbaycanda məşhur hərbi xadimlər ailəsi kimi tanınmış Naxçıvanskilər nəslinin yetirməsi olan Hüseyn xan Naxçıvanski şərəfli döyüş yolu keçmiş, gənc nəsil üçün vətənpərvərlik nümunəsi yaratmışdır. O, rus-yapon müharibəsində 2-ci Dağıstan Süvari Alayına komandanlıq etmiş, müharibədən sonra rus ordusunun şöhrətli alaylarına, Nijeqorodsk draqun və leyb-qvardiya süvari alaylarına rəhbərlik etmiş, Birinci Dünya müharibəsinin ilk günlərindən diviziya və süvari korpusların komandiri kimi ön cəbhədə olmuş, əlahəzrətin general-adyutantı rütbəsinə qədər yüksəlmişdir.
Hüseyn xan Naxçıvanski 2-ci dərəcəli “Müqəddəs Aleksandr”, “Müqəddəs Georgi” ordeninin 3-cü və 4-cü dərəcələri, “Müqəddəs Vladimir”, “Müqəddəs Stanislav” ordenlərinin bütün dərəcələri, “Müqəddəs Anna” kimi ən yüksək orden və medallar ilə təltif edilmişdir.
Qeyd edək ki, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə “Salnamə” Sənədli Filmlər Studiyası və “Lennauçfilm” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanan və 2012-2014-cü illərdə çəkilişləri aparılan film Naxçıvanda, Bakıda və Sankt-Peterburqda lentə alınıb. Geniş arxiv materiallarından istifadə olunan filmin ideya müəllifi rejissor Tahir Əliyev, ssenari müəllifi və rejissoru Valentina Qurkalenkodur.
Elxan MƏMMƏDOV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!