14 Sentyabr 2016 10:09
395
SİYASƏT
A- A+
Naxçıvan şəhərində “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi yaradılıb

Naxçıvan şəhərində “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi yaradılıb

Azərbaycanda sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülür. “Ölkəmizin inkişafı sahibkarlığın inkişafından asılıdır” - deyən ölkə Prezidenti İlham Əliyevin strateji xəttinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasında da sahibkarlar üçün hərtərəfli şərait yaradılır, yeni istehsal və xidmət sahələri fəaliyyətə başlayır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 14-də Naxçıvan şəhərində “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsinin açılışı olub.

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Famil Seyidov çıxış edərək deyib ki, Naxçıvanda özəl bölmənin inkişafına hərtərəfli dövlət dəstəyi göstərilir. Görülən işlərin nəticəsidir ki, ümumi daxili məhsul istehsalında özəl bölmənin payı 87 faizi ötüb. Hazırda muxtar respublikada rəqabətədavamlı məhsul istehsal edən 441 sənaye müəssisəsi fəaliyyət göstərir. Bu istiqamətdə görülən işlər 2016-cı ildə də davam etdirilib, 16 yeni istehsal və xidmət müəssisəsi yaradılıb. “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi də muxtar respublikada sahibkarlığın inkişafı sahəsində görülən işlərin davamıdır.

Sahibkar Zamiq Səfərov deyib ki, muxtar respublikada yaradılan biznes mühiti yeni istehsal sahələrinin fəaliyyətə başlamasına imkan verir. Bu imkanlardan istifadə edərək yaradılan “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsində keyfiyyətli məhsul istehsal olunacaq, istehlakçılara yüksək səviyyədə xidmət göstəriləcəkdir. Zamiq Səfərov göstərilən qayğıya görə sahibkarlar adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Bu gün muxtar respublikada yeni istehsal və xidmət müəssisəsi fəaliyyətə başlayır. Muxtar respublikada ilk dəfədir ki, eyni müəssisə həm istehsal, həm də xidmət sahəsi kimi fəaliyyət göstərəcəkdir. Bu da müəssisənin rentabelli işləməsinə, qənaət edilməsinə, istehsal olunan məhsulun və göstərilən xidmətin keyfiyyətinə nəzarət olunmasına imkan verəcəkdir.

Ali Məclisin Sədri deyib: Hər bir ölkədə turizmin inkişafına xüsusi diqqət yetirilir. Turistlər isə o ölkələrə daha çox maraq göstərirlər ki, orada sabitlik olsun, xidmət sahələri inkişaf etsin və keyfiyyətli məhsul istehsal olunsun. Bu ilin ötən dövründə muxtar respublikaya 200 mindən artıq turist gəlmişdir. Turistlər muxtar respublikada bu cür müəssisələrin xidmətlərindən istifadə edirlər.

Ali Məclisin Sədri deyib: Bu gün muxtar respublikada yeni müəssisələr fəaliyyətə başlayarkən sahibkarlara hərtərəfli dəstək göstərilir, dövlətimiz tərəfindən kreditlər verilir. Bununla yanaşı, yaxşı qazanc əldə edən sahibkarlar dövlət krediti ilə yanaşı, şəxsi vəsaitlərindən də istifadə edərək yeni müəssisələr yaradırlar. “Fərda” unlu-qənnadı məmulatları və dondurma istehsalı müəssisəsi yaradılarkən sahibkar öz şəxsi vəsaitindən daha çox istifadə etmişdir. Bu da gələcəkdə müəssisənin fəaliyyətinin genişləndirilməsinə, yeni istehsal sahələrinin yaradılmasına, keyfiyyətə daha da çox diqqət yetirilməsinə imkan verəcəkdir.

Ali Məclisin Sədri yeni istehsal və xidmət sahəsinin yaradılmasında əməyi olanlara təşəkkürünü bildirib, kollektivə uğurlar arzulayıb və açılışı bildirən lenti kəsib.

Məlumat verilib ki, istehsal sahəsinin yaradılmasına Sahibkarlığa Kömək Fondu və müəssisənin daxili imkanları hesabına 785 min manat vəsait sərf olunub. İkimərtəbəli binada kafe, tutumu 2 ton olan soyuducu kamera, qablaşdırma sahəsi, xammal və hazır məhsul anbarları, yeməkxana və digər xidmət sahələri vardır. Müəssisədə unlu-qənnadı məmulatları, dondurma, lokum, nuqa və nanəli konfet istehsalı sahələri fəaliyyət göstərir. Burada 7 növdə, 197 çeşiddə məhsul istehsal olunur. Müəssisənin muxtar respublikada 7 satış bölməsi vardır. Burada vətəndaşların istəklərinə uyğun olaraq da sifarişlər qəbul olunur və ünvanlarına çatdırılır. İstehsal sahəsində Naxçıvan mətbəxinə aid olan milli şirniyyat növlərinin hazırlanmasına daha çox üstünlük verilir. Müəssisənin gündəlik istehsal gücü 1200 kiloqram unlu-qənnadı məmulat, 250 kiloqram dondurma və 500 kiloqram lokum, nuqa və nanəli konfetdir. İstehsal prosesində təmizliyə və gigiyenik qaydalara ciddi diqqət yetirilir.

Ali Məclisin Sədri müəssisədə keyfiyyətə diqqət yetirilməsi, istehlakçıların və bazarın tələbatının nəzərə alınması barədə tapşırıq verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

“Konstitusiya və Suverenlik ili”nə həsr edilmiş tədbir keçirilib  

16:26
19 Dekabr

Ceyhun Əliyev: Ölkə ərazisində 600-ə qədər orta və iri həcmli balıqyetişdirmə təsərrüfatı mövcuddur  

16:24
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!