Naxçıvan MR-də ötən illə müqayisədə 5,4 faiz çox taxıl istehsal edilib
Cari il muxtar respublika üzrə taxıl sahələrindən 102 min 984 ton məhsul tədarük olunub ki, bu da 2018-ci ilin göstəricisi ilə müqayisədə 5295 ton və ya 5,4 faiz çoxdur. Yığılan məhsulun 77261 tonu buğda, 25 min 723 tonu isə arpadır. Məhsuldarlıq orta hesabla 30,9 sentnerdir.
AZƏRTAC xəbər verir ki, biçilmiş məhsulun 13947 tonu Şərur, 33707 tonu Babək, 4785 tonu Ordubad, 18 min 993 tonu Culfa, 15 min 316 tonu Kəngərli, 4437 tonu Şahbuz, 8788 tonu Sədərək rayonlarının, 3011 tonu isə Naxçıvan şəhərinin payına düşüb.
Cari ilin taxıl biçinində orta hesabla 86 kombayn iştirak edib ki, bunun da 77-si sahibkarlara, 9-u "Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə məxsus olub. Tədarük edilən buğdanın bir kiloqramının cari ildə 35, arpanın isə 30 qəpikdən mərkəzləşmiş qaydada satın alınması taxıl əkininə və onun vaxtında itkisiz yığılmasına marağı daha da artırıb.
Muxtar respublikada məhsul istehsalçılarının texnika ilə təmin olunması üçün "Naxçıvan Aqrolizinq” ASC-nin xətti ilə ümumilikdə müxtəlif adda 2684 kənd təsərrüfatı texnikası və avadanlığı alınıb.
Əkinçiliyin inkişafında başlıca şərtlərdən biri də məhsuldar toxum sortlarının yetişdirilməsidir. Yerli və rayonlaşdırılmış toxum sortlarından istifadə olunmaqla yetişdirilən toxum sortları muxtar respublikanın torpaq mülkiyyətçiləri və fermer təsərrüfatları tərəfindən istifadə edilir. Hazırda muxtar respublikada 5 toxumçuluq təsərrüfatı fəaliyyət göstərir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
Laçın və İrpen şəhərləri qardaşlaşacaq
28 Aprel
Kambocada bomba partlayışı nəticəsində 20 hərbçi ölüb
28 Aprel
Zəngilanda silah-sursat aşkar edilib
28 Aprel
Azərbaycan Ordusunda hərbiləşdirilmiş kross birinciliyi keçirilib
28 Aprel
“Titanik”in sərnişininin saatı rekord qiymətə satılıb
28 Aprel
Ağdam rayonu ərazisində mina hadisəsi baş verib
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!