22 Avqust 2020 23:58
333
SİYASƏT
A- A+
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib

“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib



Muxtar respublikada ordu quruculuğu sahəsində görülən işlər müdafiə təhlükəsizliyini tam təmin edib. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Naxçıvandakı ordu, birləşmə və hissələri mühüm təşkilatlanma və inkişaf yolu keçib, xidmət günün tələbləri səviyyəsində qurulub. "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında da maddi-texniki baza xeyli gücləndirilib, sərhəd xidmətində geniş quruculuq işləri aparılıb, infrastruktur yenilənib, şəxsi heyətin peşəkarlığı artırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, avqustun 22-də - "Naxçıvan" Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümündə 8-ci Sərhəd Zastavası üçün yeni xidmət və yaşayış kompleksi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev Ali Məclisin Sədrinə raport verib.

Ali Məclisin Sədri açılışı bildirən lenti kəsib.

Bildirilib ki, zastavada tikinti işlərinə 2019-cu ildə başlanılıb. Kompleksə qərargah, sərhədçi ailələri üçün yaşayış binaları, eləcə də digər xidməti və yardımçı binalar daxildir. İkimərtəbəli qərargah binasında 48 yerlik yataqxana, 32 yerlik yeməkxana, anbar və iş otaqları yerləşir. Yaşayış binasında hər biri 2 otaqdan ibarət 8 mənzil vardır. Mənzillər təmir olunub, lazımi məişət əşyaları və mebel dəstləri qoyulub, istilik sistemi ilə təchiz edilib. Ərazidə hamam-camaşırxana, qazanxana, əşya, ərzaq, tərəvəz, yanacaq-sürtkü materialları və silah anbarları, avtomobillər üçün 2 saxlanc yeri tikilib. Eyni zamanda, xidməti heyvanların saxlanması üçün yardımçı bina istifadəyə verilib, vertolyot meydançası yaradılıb və müşahidə qülləsi təmir edilib.

1-ci Sərhəd Komendantlığının sərhəd zastavaları tam şəkildə video-nəzarət sistemi ilə təchiz olunub, HD görüntü keyfiyyətinə malik 8 idarəolunan və 21 sabit kamera quraşdırılıb. 11 sabit və 2 idarəolunan kamera 8-ci sərhəd zastavasının xidmət sahəsini əhatə edir. Çəkilən video-kadrlar uzun müddət sistemin yaddaşında saxlanılır.

Ali Məclisin Sədri sərhədçi ailələri ilə görüşüb, onları xidməti yaşayış binasının istifadəyə verilməsi münasibətilə təbrik edərək deyib: Xidməti ərazidə istifadəyə verilən yaşayış binasında zabit ailələri yaşayacaqlar. Zastava üçün istifadəyə verilən əsgəri-məişət kompleksində və yeni yaşayış binasında hərtərəfli şərait vardır. Yeni yaşayış kompleksinin istifadəyə verilməsi ailələrin rahatlığının təmin olunması ilə yanaşı, eyni zamanda xidmətin də uğurlu təşkilinə imkan verəcəkdir.

Ali Məclisin Sədri sərhədçi uşaqlarına hədiyyələr təqdim edib.

Sərhədçi ailələri adından minnətdarlıq edən Heyran Əliyeva deyib: "Hərbçi ailələrinə göstərilən yüksək qayğı sayəsində ailə-məişət şəraitimiz xeyli yaxşılaşdırılıb. Bu gün yeni yaşayış binası istifadəmizə verilir. Biz sərhədçi ailələri bunun sevincini yaşayır və dövlətimizlə qürur duyuruq".

Sonra şəxsi heyətlə görüş olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov sərhədçiləri salamlayıb, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının yaranmasının ildönümü və 8-ci sərhəd zastavasının yeni yaşayış və xidmət kompleksinin istifadəyə verilməsi münasibətilə "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətini, sərhədçi ailələrini təbrik edib, sərhəd zastavasının yeni kompleksinin qurulmasında əməyi olanlara təşəkkürünü bildirib.

Ali Məclisin Sədri deyib: Ümummilli liderimiz Heydər Əliyevin 1990-1993-cü illərdə Naxçıvanda həyata keçirdiyi ordu quruculuğu tədbirləri sırasında sərhəd qoşunlarının formalaşması və inkişafı mühüm yer tutur. 1992-ci il avqustun 22-də Ulu Öndərin rəhbərliyi ilə Naxçıvandakı sərhəd dəstəsində müstəqil Azərbaycanın üçrəngli bayrağı qaldırılmış və bununla da ilk milli sərhəd dəstəsinin təməli qoyulmuşdur. 1992-ci il sentyabrın 19-da isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi "Naxçıvan Muxtar Respublikasının müdafiəsi və sərhədlərinin qorunmasının təşkili haqqında” qərar qəbul etmiş, bu qərardan 10 gün sonra - sentyabrın 29-da Naxçıvandakı 41-ci sərhəd dəstəsi ləğv olunmuş və onun funksiyaları, bütün hərbi və təsərrüfat əmlakı 1-ci sərhəd dəstəsinə təhvil verilmişdir. Ümummilli liderimiz Heydər Əliyev bu barədə demişdir: "Naxçıvanın qonşu İran və Türkiyə ilə sərhədləri on illər boyu rus qoşunları tərəfindən qorunmuşdur. Biz keçmiş Sovetlər İttifaqının, sonra isə Rusiyanın 41-ci Sərhəd qoşunları hissəsinin buradan tamamilə çıxıb getməsinə nail olduq və Azərbaycanda ilk dəfə olaraq milli sərhəd qoşunlarının 1-ci dəstəsi yaradıldı. Bütün bunlar tarixi hadisələrdir və nəinki bugünkü, hətta gələcək nəsillər tərəfindən layiqincə qiymətləndirilməlidir”.

Ali Məclisin Sədri deyib: Ümummilli Liderimizin ali hakimiyyətə qayıdışından sonra Azərbaycan Silahlı Qüvvələri tam təşkilatlanma və inkişaf yolu keçmiş, ölkəmizdə və onun Naxçıvan Muxtar Respublikasında nümunəvi və peşəkar sərhəd qüvvələri formalaşmışdır. Dahi şəxsiyyətin yolunu uğurla davam etdirən ölkə Prezidenti cənab İlham Əliyevin müvafiq fərmanları ilə 2004-cü il yanvarın 14-də Naxçıvan Sərhəd Dəstəsinin əsasında "Naxçıvan” Sərhəd Diviziyası, 2015-ci il avqustun 17-də isə "Naxçıvan” Sərhəd Diviziyasının bazasında "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyası yaradılmış, vəzifə və səlahiyyətlər artırılmışdır.

Qeyd olunub ki, bu gün muxtar respublikada sərhədlərin mühafizəsi, bu sahədə həyata keçirilən quruculuq işləri yeni mərhələyə qədəm qoymuşdur. Ötən dövrdə "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının 14 sərhəd zastavası, eləcə də 2 sərhəd komendantlığı üçün yeni yaşayış və xidmət kompleksləri istifadəyə verilmiş, maddi-texniki baza gücləndirilmiş, sərhədçilərin xidmət və məişət şəraiti yaxşılaşdırılmışdır. Eyni zamanda, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının Naxçıvan şəhərindəki hərbi şəhərciyində və zastavalarda sərhədçi ailələri üçün xidməti yaşayış binaları tikilmiş, mövcud binalar yenidən qurulmuşdur. Bu illər ərzində "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının inkişafı təkcə maddi-texniki bazanın gücləndirilməsi ilə məhdudlaşmamış, diviziyanın təşkilati cəhətdən formalaşması da diqqətdə saxlanılmışdır. Qərargahın, sərhəd komendantlıqlarının və zastavaların, çevik hərəkət taborunun ştat sayı xidmət funksiyalarına uyğun artırılmış, döyüş hazırlığı bölməsi, təlim-tədris mərkəzi, zenit artilleriya və mühəndis-istehkam bölükləri, 2-ci sərhəd komendantlığı və onun tərkibində sahil mühafizə qrupu yaradılmış, xidmət günün tələbləri səviyyəsində qurulmuşdur.

"Sərhəd ölkə üçün vacib sahə, onu qorumaq isə şərəfli işdir”,- deyən Ali Məclisin Sədri bildirib ki, "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti bundan sonra da hərbi intizama ciddi əməl etməli, sərhəd nəzarəti və xidməti fəaliyyət günün tələbləri səviyyəsində qurulmalı, hərbi qulluqçuların peşəkarlığı artırılmalıdır. Sərhədçilər sərhədlərin mühafizəsi ilə yanaşı, həm də narkotik maddələrin və silah-sursatın qanunsuz dövriyyəsinə, qaçaqmalçılığa qarşı da mübarizədə sayıqlıq göstərməli, əməliyyat şəraiti daim nəzarətdə saxlanılmalıdır. Sərhəd hər bir ölkənin müstəqillik rəmzidir. Sərhədləri etibarlı qorunan ölkədə inkişaf və sabitlik də davamlı olur. "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti də Azərbaycan Respublikasının muxtar respublikadakı 234 kilometrlik sərhəd ərazisini etibarlı mühafizə edir.

Ali Məclisin Sədri xidməti nümunəvi təşkil etdiklərinə görə "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyətinə təşəkkürünü bildirib, çıxışını ölkə Prezidenti cənab İlham Əliyevin fikirləri ilə tamamlayıb: "Hər bir ölkənin təhlükəsizliyi onun sərhədlərindən başlayır. Biz elə etməliyik ki, sərhədlərimiz tam şəkildə qorunsun”.

"Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının komandiri, general-leytenant Niyaməddin Tağıyev çıxış edərək deyib: "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının keçdiyi inkişaf yolu, xidmətin günün tələbləri səviyyəsində qurulması, eləcə də 8-ci sərhəd zastavası üçün yeni xidmət və yaşayış kompleksinin istifadəyə verilməsi yaradılan şəraitin və görülən işlərin nəticəsidir. Həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər Diviziyanın maddi-texniki bazasını möhkəmləndirib, hərbi qulluqçuların xidmət və məişət şəraiti xeyli yaxşılaşıb. Niyaməddin Tağıyev yaradılan şəraitə görə "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının şəxsi heyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

Şəxsi heyət "Hamı bir nəfər, bir nəfər hamı üçün” şüarını səsləndirib.

Sonra Azərbaycan Respublikasının medallarının təqdimatı olub. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli Sərəncamına əsasən "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasının zabitləri "İgidliyə görə” və "Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.

Ali Məclisin Sədri Azərbaycan Respublikasının medallarını təqdim edib.

Təltif olunan zabitlərdən Rauf Mirzəliyev deyib: "15 ildir Naxçıvan Qarnizonunda xidmət edirəm. Bu müddət ərzində ordu quruculuğuna göstərilən diqqət və qayğı hərbçilərin xidmətinə öz müsbət təsirini göstərib. Mən və yoldaşlarım bu yüksək dövlət təltifinə görə minnətdarlığımızı bildirir və söz veririk ki, bundan sonra da dövlət sərhədinin etibarlı mühafizəsini təmin edəcək, Vətənimizə ləyaqətlə xidmət edəcəyik”.

Əsgər Fariz Əlizadə minnətdarlıq edərək deyib: "Vətən sərhəddən başlanır. Sərhədlərimizin mühafizəsi üçün muxtar respublikamızda yaradılan hərtərəfli şərait məsuliyyətimizi daha da artırır. Şəxsi heyətin yaşayışı, qidalanması və xidməti üçün bütün imkanlar var. Çalışacağıq ki, mövcud şəraitdən düzgün istifadə edək”.

Ali Məclisin Sədri şəxsi heyətlə xatirə şəkli çəkdirib.

Zastavada nəzarət-buraxılış məntəqəsi, sıra meydanı, idman şəhərciyi, təlim meydançası, sərhədçi ailələri və şəxsi heyət üçün istirahət və əyləncə parkı, nəzarət-buraxılış məntəqəsi yaradılıb. Ərazidə 2 subartezian quyusu qazılıb, sutəmizləyici qurğu, 250 kilovoltluq transformator və generator quraşdırılıb, kanalizasiya xətti çəkilib. 4 hektar sahədə abadlıq işləri aparılıb, 2 minə yaxın ting və gül kolu əkilib, sərhəd zastavasına 2100 metr məsafədən yol çəkilib.

Həmin gün "Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasına "NİVA” markalı iki xidməti avtomobil təqdim olunub.

Ali Məclisin Sədri yaradılan şəraitə uyğun xidmətin təşkili ilə bağlı tapşırıqlar verib.

Gətirilmiş ərzaq məhsulları zastavanın anbarına təhvil verilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!