30 May 2023 10:17
364
DÜNYA
A- A+

NATO Kosovoda KFOR sülhməramlılarına hücumu pisləyir

 

NATO Kosovoda alyansın sülhməramlı kontingentinə (KFOR) hücumu pisləyir və gərginliyi dərhal azaltmağa çağırır.

Bu barədə NATO-nun sözçüsü Oana Lungeskunun bəyanatında deyilir.

Lungesku xatırladıb ki, Zveçanda etnik serblərin təşkil etdiyi etiraz aksiyası zamanı bir neçə KFOR əsgəri yaralanıb.

"NATO Kosovonun şimalında KFOR hərbçilərinə qarşı məqsədsiz hücumları pisləyir", - bəyanatda deyilir.

Lungesku sülhməramlılara qarşı hər hansı hücumu qəbuledilməz adlandırıb və gərginliyi dərhal azaltmağa çağırıb.

Lungesku həmçinin Kosovodakı tərəfləri zorakılığın artmasına səbəb ola biləcək addımlardan çəkinməyə və dialoqa başlamağa çağırıb.

Onun sözlərinə görə, KFOR BMT Təhlükəsizlik Şurasının 1999-cu il qətnaməsinə uyğun olaraq Kosovoda təhlükəsizliyi təmin etmək üçün lazımi addımlar atacaq.

KFOR hərbçiləri Zvecan bələdiyyəsinin binası qarşısında etiraz aksiyasını dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə ediblər.

Etirazçılarla sülhməramlılar arasında dava düşüb, bir neçə əsgər yaralanıb.

 

Rizvan CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video