17 Fevral 2022 01:04
1075
SİYASƏT
A- A+
NATO-dan İlham Əliyevə tam dəstək

NATO-dan İlham Əliyevə tam dəstək

 

Beynəlxalq təşkilat Azərbaycan Prezidentinin enerji siyasətini birmənalı təqdir edir

 

Müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə töhfəsini verən Azərbaycan bu gün dünyada regional güc kimi qəbul edilməkdədir.

Azərbaycan region ölkələri, dünyanın aparıcı dövlətləri və üzvü olduğu beynəlxalq təşkilatlarla qarşılıqlı etimada əsaslanan münasibətlərini inkişaf etdirməklə yanaşı, xarici siyasətin yeni vektorlarına uyğun olaraq fəal diplomatiya nümayiş etdirir. Müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən NATO, BMT, ATƏT, Avropa Şurası, Avropa İttifaqı, İƏT, MDB və digər nüfuzlu qurumlarla fəal əməkdaşlıq edən Azərbaycan həm də öz milli maraqlarını gerçəkləşdirir. Rəsmi Bakının əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də NATO-dur.

 

30 illik uğurlu əməkdaşlıq

 

Azərbaycanla NATO arasındakı ilk təmasların tarixi ölkəmizin bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulması 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycanla NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə Ümummilli Lider Heydər Əliyevin 4 may 1994-cü ildə Sülh Naminə Tərəfdaşlıq Çərçivə Sənədinin imzalanması ilə qoyulub.

Azərbaycanın NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir.

Ölkəmizin NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq etmək  məsələsi ölkəmizin Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapıb.

Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsindən ötrü NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir.

Azərbaycan 1996-cı il SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində hər il 200-dən artıq tədbirdə iştirak edir.

 Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO-nun üzvü və bəzi tərəfdaş ölkələri tərəfindən təşkil olunan təcrübə mübadiləsi, hazırlığın artırılması məqsədi daşıyan, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır.

 

Azərbaycan NATO-nun dəyərli tərəfdaşıdır

 

Fevralın 15-də NATO-nun Baş katibi Yens Stoltenberqin Prezident İlham Əliyevlə telefon danışığı zamanı səsləndirdiyi fikirlər bir daha əlaqələrin yüksələn xəttlə inkişafını təsdiq etdi.

Söhbət zamanı NATO-nun Baş katibi ötən ilin dekabrında NATO-da görüşlərinə və NATO-nun ali orqanı olan Şimali Atlantika Şurasında çıxışına görə Prezident İlham Əliyevə təşəkkürünü bildirib. Azərbaycan-NATO əlaqələrinin inkişafından məmnunluq ifadə olunub, Cənubi Qafqaz regionunda postmünaqişə vəziyyətinə, Ukrayna ətrafında cərəyan edən proseslərə və dünya enerji bazarındakı mövcud duruma dair fikir mübadiləsi aparılıb. NATO-nun Baş katibi Avropanın etibarlı qaz təchizatçısı olmasına və qaz ixracını artırmasına görə Azərbaycana təşəkkürünü ifadə edib.

Prezident İlham Əliyev Azərbaycanın enerji məhsulu növlərinin önəmli ixracatçısı kimi etibarlı tərəfdaş olaraq qalmaqda davam edəcəyini diqqətə çatdırıb.

Xatırladaq ki, ötən ilin dekabrında İlham Əliyev Avropa İttifaqının Şərq Tərəfdaşlığının VI Sammitində iştirak etmək üçün Brüsselə səfəri çərçivəsində NATO-nun mənzil-qərargahında alyansın Baş katibi Yens Stoltenberqlə görüşmüşdü. NATO-nun Baş katibinin dəvəti əsasında keçirilən görüşdə baş katib ölkəmizin alyansın dəyərli tərəfdaşı olduğunu deyərək Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstanda “Qətiyyətli dəstək” əməliyyatlarındakı xidmətini yüksək qiymətləndirmişdi. Qeyd edilmişdi ki, Azərbaycan sülhməramlıları Əfqanıstanı sonuncu tərk edən hərbi qulluqçular olublar və onlar 120 mindən çox insanın Əfqanıstan hava limanı vasitəsilə təxliyəsinə töhfə veriblər. Yens Stoltenberq buna görə Prezident İlham Əliyevə təşəkkürünü bildirmişdi.

Alyansın mənzil-qərargahına 7-ci dəfə səfər etdiyini söyləyən İlham Əliyev isə Azərbaycanın NATO-nun etibarlı tərəfdaşı olduğunu deyərək qeyd etmişdir ki, hərbçilərimiz 2002-ci ildən 2021-ci il avqustun sonunadək Əfqanıstanda xidmət ediblər.

Sonuncu səfər zamanı NATO-nun Şimali Atlantika Şurasının iclasında Azərbaycan-NATO əməkdaşlığı və praktiki müstəvidə əməkdaşlığın inkişafı, Alyansın Əfqanıstanda keçirilən “Qətiyyətli dəstək” missiyasına ölkəmizin töhfəsi, Azərbaycanla NATO arasında planlaşdırma analiz prosesi və digər proqramlar çərçivəsində əməkdaşlığın inkişaf etdirilməsi məsələləri, həmçinin Azərbaycanın Avropanın enerji təchizatında rolu, regional proseslər barədə ətraflı fikir mübadiləsi aparılmışdı.

Toplantıda NATO-ya üzv dövlətlər tərəfindən ölkəmizin ərazi bütövlüyünə, suverenliyinə, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığına bir daha dəstək ifadə olunmuşdur.

 

Azərbaycan Avropanın etibarlı qaz təchizatçısıdır

 

Fevralın 4-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı zamanı çıxış edən İlham Əliyev bir daha bəyan etdi ki, Azərbaycan həmişə beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısı olmuşdur.

Azərbaycan neft ixracatına 2006-cı ildən başlayıb. Təchizatda isə heç bir fasilə olmayıb, müqavilə şərtləri pozulmayıb, enerji siyasəti arxasında heç bir siyasi gündəm olmayıb. İlham Əliyevin enerji siyasəti həmişə çox açıq, şəffaf, biznes və nəticələrə hesablanmış olub, bu da əməkdaşlığa və qarşılıqlı dəstəyə gətirib çıxarıb.

Bu gün qaz alan ölkələrin bazarlarında Azərbaycan qazının payı getdikcə artır. Bu ölkələrin bəziləri qaz istehlakının 80 faizini, digərləri isə 15-20 faizini Azərbaycandan alırlar və bu göstəricilər hər il artır. 2021-ci il və həmçinin bu ilin yanvar ayı ərzində ümumilikdə “Cənub qaz dəhlizi” vasitəsilə Gürcüstan, Türkiyə və Avropa istehlakçıları 18,5 milyard kubmetrdən çox, Avropa ölkələri isə 8,9 milyard kubmetr Azərbaycan təbii qazı ilə təchiz olunub. Bu onu göstərir ki, “Cənub qaz dəhlizi” Avropa ölkələrinin enerji təchizatında xüsusilə böyük əhəmiyyət kəsb edir. Bu amil isə dəhlizin Avropanın digər dövlətlərinə qədər genişləndirilməsini aktual edir.

Prezident Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatının 2,6 trilyon kubmetr olduğunu da vurğulayaraq bildirib ki, ən böyük yataq “Şahdəniz”dir. Bu, Azərbaycanda əsas qaz yatağıdır və bu vaxtadək “Cənub qaz dəhlizi”nə töhfə verən yeganə yataqdır. Lakin digər layihələr üzərində də iş gedir. Ümid edilir ki, ən böyük qaz kondensatı yataqlarından biri olan “Abşeron”da tezliklə qaz hasilatına başlanılacaq. Prezidentin söylədiyi kimi, “Abşeron”da birinci mərhələdə 1,5 milyard kubmetr qaz hasil olunacaq. Bu, böyük bir həcm deyil. Lakin bəzi ölkələr üçün əhəmiyyətli göstəricidir. Bu, Azərbaycanın artan tələbatını qarşılaya bilər və həmçinin ixrac imkanlarını da təmin edə bilər.

Göründüyü kimi, Cənubi Qafqaz regionunda geosiyasi və geoiqtisadi çəkisi gündən-günə artan, Avrasiyanın əlverişli nəqliyyat-logistika mərkəzinə çevrilərək qitənin enerji xəritəsini yenidən tərtib edən Azərbaycan reallaşdırdığı transmilli layihələrlə beynəlxalq birliyin ən etibarlı tərəfdaşı hesab olunur. Açıq dənizə çıxışı olmayan bir ölkənin qısa zamanda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan dövlətə çevrilməsi, həqiqətən də, ölkəmiz adına böyük nailiyyətdir. Bu uğurlar Azərbaycanı tarixinin ən qüdrətli dövlətinə çevirən İlham Əliyevin 19 il ərzində həyata keçirdiyi tam müstəqil və düşünülmüş siyasəti nəticəsində əldə edilib.

                                                                      

Rəşad BAXŞƏLİYEV,

“Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!