NASA-dan Marsla bağlı yeni kəşf
Mars planetində mümkün bioloji aktivlik barəsində ilk məlumatlardan sonra NASA agentliyi Mars səthində fəaliyyət göstərən Curiosity aparatının yeni kəşfindən danışıb.
Bu dəfə aparat həyatın təmin olunması üçün vacib olan daha bir elementi aşkar edib. Məlum olub ki, Mars atmosferində fəsil üzrə oksigenin miqdarı hətta Yer kürəsinin atmosferində olan oksigenin miqdarından daha çoxdur.
Alimlərə çoxdan bəri məlumdur ki, Marsın atmosferi 95 faiz karbondan, 2.6 faiz azotdan, 1.9 faiz arqondan, 0.06 faiz karbon monoksitdən və 0.16 faiz oksigendən ibarətdir.
Curiosity aparatının hesablamalarına əsasən, qırmızı planetin atmosferində oksigen miqdarı 30 faizə çata bilir. Yer kürəsinin atmosferində isə oksigenin miqdarı ortalama 20.94 faiz təşkil edir.
Yer kürəsində olduğu kimi, Marsda da fəsil üzrə iqlim dəyişiklikləri olur. Qışda karbon qazı planetin qütblərində qar forması kimi donaraq atmosfer təzyiqini aşağı salır. Yayda isə karbon qazı yenidən buxarlanır.
Alimlər daha öncədən də Marsın atmosferində qazların miqdarlarının dəyişilməsini hesablamışdılar. Lakin onların hesablamaları yalnız azot ilə arqon üçün düzgün olub. Maraqlıdır ki, Marsın atmosferindəki oksigenin miqdarının dəyişilmə zamanı metan miqdarının dəyişilmə zamanı ilə üst-üstə düşür. İlkin versiyaya görə, sözügedən dəyişiklik bioloji aktivlik ilə əlaqəli ola bilər.
Qeyd etmək lazımdır ki, indiyə kimi Marsda həyatın mövcud olması ilə bağlı tam dəqiq bir sübut aşkar edilməyib. Curiosity isə qazların mənbələrinin təyin olunması üçün lazımi təchizata sahib deyil. NASA-nın daha təkmilləşdirilmiş Mars aparatı isə qırmızı planetə gələn il göndəriləcək.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!