14 İyun 2023 10:40
845
CƏMİYYƏT
A- A+
Naftalanla Xorvatiyanın İvaniç-Qrad şəhərləri qardaşlaşıb

Naftalanla Xorvatiyanın İvaniç-Qrad şəhərləri qardaşlaşıb

 

Xorvatiya Respublikasının İvaniç-Qrad və Azərbaycanın Naftalan şəhərləri arasında əməkdaşlıq xartiyası imzalanmışdır. 
"Şəhər günü"nə təsadüf edən tədbirdə öncə Azərbaycan nümayəndə heyəti tədbir iştirakçıları ilə birlikdə Xorvatiyada Vətən müharibəsində həlak olan şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edərək önünə əklil qoymuşlar.
Sonra İvaniç-Qrad Şəhər Şurasının böyük zalında tədbir işini davam etdirmişdir. Şəhər fəallarının və Naftalan nümayəndə heyətinin- ŞİH başçısı Vüqar Novruzovun və ŞİH-in sektor müdiri Ülfət Əliyevin, Azərbaycanın Xorvatiyadakı səfirinin birinci katibi Zaur Abbasovun iştirakı ilə dostluq və qardaşlıq haqqında xartiya imzalanmışdır. Sənədi Azərbaycan tərəfindən Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov və Xorvatiya tərəfindən İvaniç-Qrad şəhərinin meri Javor Bojan Les imzalamışlar. 
Mərasimdə qeyd edilmişdir ki, xartiyanın imzalanması şəhərlər arasında humanitar, mədəni və turistik əlaqələrin inkişafına və hər iki dost ölkənin sakinləri arasında münasibətlərin qurulmasına töhfə verəcək. Sonra qarşlıqlı xatirə hədiyyələri təqdim olunmuşdur.
Günün sonunda keçirilən ikitərəfli görüşdə Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı, İvaniç-Qrad şəhərinin meri, Zaqreb regional əyaləti rəhbərinin müavini Ervin Kolarec, Zaqreb regional əyalətinin Səhiyyə, Sosial Rifah və Xorvat Veteranları üzrə inzibati Departamentinin rəhbəri xanım Ksenija Culyak iştirak etmişlər. Görüşdə vurğulanmışdır ki, xartiyanın imzalanması xalqlarımızın daha da yaxınlaşmasına, oxşar dəyərlərin paylaşılmasına geniş imkanlar yaradacaqdır. Həmçinin görüşdə Naftalan və İvaniç-Qradın oxşar şəhərlər olması, iki şəhər arasında turizm sahəsində davamlı və faydalı əlaqələrin yaradılmasının əhəmiyyəti qeyd olunmuşdur. Sonda İvaniç-Qrad şəhərinin meri və nümayəndə heyəti Azərbaycana - Naftalan şəhərinə dəvət olunmuşdur.

Sabir ƏLİYEV,
 "Azərbaycan"
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

2025-ci il üzrə vəkillik fəaliyyətinin statistik hesabatı 

15:42
18 Mart

“ASAN xidmət” BMT-nin İnsan Hüquqları Şurası çərçivəsində qabaqcıl təcrübə kimi qiymətləndirilib  

15:34
18 Mart

İraq Ceyhan limanı ilə neft ixracına başlayıb

15:33
18 Mart

Sənaye zonalarına 7 milyard manat sərmayə yatırılıb

15:31
18 Mart

KOBİA-da vətəndaşların müraciətləri dinlənilib

15:31
18 Mart

Komitə sədri: Ailə, qadın və uşaq məsələləri bütün cəmiyyətlər üçün prioritetdir  

15:30
18 Mart

Bəhreyn indiyədək İrana məxsus 130 raketi və 234 PUA-nı zərərsizləşdirib  

15:29
18 Mart

Azərbaycandan polietilen ixracı 31 faizədək artıb

15:28
18 Mart

Xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanına yola düşüb  

15:27
18 Mart

Dövlət Vergi Xidməti vergiödəyicilərinə müraciət edib

15:26
18 Mart

WUF13 Kiyevdə təqdim olunub

15:25
18 Mart

Almaniyada hərbi xidmətə müraciətlərin sayı xeyli artıb

15:01
18 Mart

Görkəmli şair Əli Kərimin 95 illiyi münasibətilə elektron məlumat bazası hazırlanıb  

14:40
18 Mart

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Abşeron rayonunda vətəndaşların müraciətlərini dinləyib  

14:34
18 Mart

Azərbaycanın İrana göndərdiyi humanitar yardımı daşıyan yük maşınları sərhəddən keçib 

14:32
18 Mart

Pedaqoji səriştənin və psixoloji-metodik yanaşma bacarıqlarının yetərli olmaması ciddi problemdir

13:57
18 Mart

Şavkat Mirziyoyev: Azərbaycan və digər ölkələrin mütəxəssisləri İslam Sivilizasiyası Mərkəzinin yaradılmasında fəal iştirak ediblər  

13:57
18 Mart

Polad Bülbüloğlu: İstedadlı uşaqları tapmaq, kəşf etmək və onlara imkan yaratmaq lazımdır 

13:55
18 Mart

Baş prokuror yanında Elmi-Məsləhət Şurasının üzvləri təkliflər irəli sürüblər  

13:33
18 Mart

Sabah bəzi yerlərdə az çiskin və yağıntı olacaq, arabir duman müşahidə ediləcək

13:31
18 Mart

Azərbaycanın 23 vətəndaşı Almaniyadan geri qəbul olunub

13:31
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!