09 İyun 2023 17:11
557
CƏMİYYƏT
A- A+
Mütəxəssis: Elektron siqaretlər insan sağlamlığına mənfi təsir göstərir

Mütəxəssis: Elektron siqaretlər insan sağlamlığına mənfi təsir göstərir

 

Elektron siqaretlər ağciyərlərdə xroniki obstruktiv xəstəliklər, ürək çatışmazlığı, ürək aritmiyaları, beyin infarktı, reproduktiv funksiyaların pozulması kimi problemlərə yol açır.

AZƏRTAC xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Bakı Baş Səhiyyə Mərkəzinin 19 nömrəli Şəhər Poliklinikasının baş həkimin müavini Yeganə Cəfərova deyib. Həkimin sözlərinə görə, zərərsiz olduğu düşünülən, müasir dövrdə siqareti tərgitmək istəyənlərin üstünlük verdiyi elektron siqaretlər insan sağlamlığına adi siqaretlərdən daha çox mənfi təsirini göstərir: “Tərkibində kimyəvi maddələr, dad aromatorları olan elektron siqaretlərdən çıxan buxar bildiyimiz tüstü aerozollarıdır. Onlar nəfəs yoluna çəkilən zaman ağızda, diş ətində, boğazda, qida borusunda, ağciyərlərdə toplanaraq kimyəvi-konsaragen təsirlərini göstərməyə başlayır. Bu isə insan sağlamlığı üçün ən azı adi siqaretlər qədər və ya daha çox təhlükəlidir”.

Mütəxəssis bildirib ki, bəzən müraciət edən pasiyentlər ağız quruluğundan şikayət edərkən onlar müvafiq müayinələrə yönləndirilir: “Müayinələr zamanı onlarda şəkərli diabet və digər xəstəliklərin müayinə nəticələrinin normal olmasına baxmayaraq, dərin anamnez məlumatları toplandıqdan sonra şəxsin elektron siqaret istifadəçisi olduğu məlum olur. Bu da onu göstərir ki, elektron siqaret ağızda quruluq yaratmaqla yanaşı, insanlarda ciddi şikayətlərə səbəb olur”.

Elektron siqaretin tərkibində propilen, qliko, qliserin, dad aromatorları, nikotin, hətta naftalin, radioaktiv maddələr, nikel, xrom, alüminium kimi kimyəvi maddələrin olduğunu bildirən Y.Cəfərova "elektron siqaretlərin tərkibində nikotin yoxdur" deyilməsinə baxmayaraq, kontrol müayinələr zamanı onların tərkibində nikotin aşkarlandığını da vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avstraliya İttifaqının Baş naziri Zati-aliləri cənab Entoni Albanizə  

16:33
15 Dekabr

Azərbaycan nümayəndə heyəti BMT-nin Ətraf Mühit Assambleyasının 7-ci sessiyasında iştirak edib VİDEO  

16:31
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan ilə Qazaxıstan arasında energetika sahəsində strateji tərəfdaşlıqla bağlı Sazişi təsdiqləyib  

16:17
15 Dekabr

Xarici dövlətlərlə Azərbaycanın iqtisadi əlaqələrində xidmətlərin həcmi 14 milyard dollar təşkil edib  

16:16
15 Dekabr

Avropa İttifaqı Ukraynanın yenidən qurulması xərclərini təkbaşına ödəyə bilməyəcək  

16:15
15 Dekabr

Qlobal geosiyasi mübarizə sona çatmayınca neftin qiyməti qeyri-sabit qalacaq  

16:12
15 Dekabr

Prezident İlham Əliyev Azərbaycan və Maldiv arasında viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Sazişi təsdiqləyib

16:11
15 Dekabr

Dövlət maliyyəsinin idarə olunması, rəqəmsal islahatlar və növbəti dövr üçün qarşıda duran vəzifələr müzakirə olunub  

16:06
15 Dekabr

Azərbaycanla Moldova arasında məxfi məlumatın mübadiləsi və mühafizəsi haqqında Saziş təsdiq edilib  

16:03
15 Dekabr

Azərbaycanın və Qazaxıstanın Daxili İşlər nazirlikləri əməkdaşlıq edəcəklər  

15:39
15 Dekabr

Azərbaycan ilə Əlcəzair arasında əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş təsdiqlənib - FƏRMAN  

15:29
15 Dekabr

Azərbaycan və Bəhreyn arasında diplomatik pasport sahibləri üçün viza rejimi ləğv edilib QANUN  

15:01
15 Dekabr

Böyük Britaniyada kripto sənayesi üçün hüquqi çərçivə formalaşdırılır  

14:58
15 Dekabr

Sidneydə silahlı hücum törədən ata və oğulun kimliyi açıqlanıb  

14:28
15 Dekabr

Bakı Yeni ilə belə hazırlaşır  

14:13
15 Dekabr

Dağlıq ərazilərdə qar yağacaq, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

14:05
15 Dekabr

Qış fəslinin Azərbaycana daxil olma vaxtı açıqlanıb  

13:54
15 Dekabr

Azərbaycan nümayəndə heyəti Bəhreyndə keçirilən festivalda uğurlu çıxış edib  

13:52
15 Dekabr

Horovlu kəndində 22 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

13:51
15 Dekabr

Vahid Cümşüd oğlu Axundov  

13:46
15 Dekabr

Ötən həftə 60 mina və 683 partlamamış hərbi sursat zərərsizləşdirilib  

13:41
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!