27 May 2025 14:02
398
SİYASƏT
A- A+
Müstəqillik simvolumuz olan üçrəngli bayrağımız bütün bölgələrimizdə dalğalanır

Müstəqillik simvolumuz olan üçrəngli bayrağımız bütün bölgələrimizdə dalğalanır


28 May – Müstəqillik Günü Azərbaycan Respublikasının dövlət bayramlarından biri kimi hər il may ayının 28-i tarixində qeyd olunur. Bu gün Azərbaycanın ilk müstəqil dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 1918-ci ildə yaradılmasının ildönümüdür.

1918-ci ilin 28 may tarixində Gürcüstanın paytaxtı Tiflis şəhərində yerləşən Azərbaycan Milli Şurası tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması elan edilib. Azərbaycan xalqı istiqlaliyyətini elan edərək və müstəqillik əzmini nümayiş etdirərək özünün və Şərqin ilk demokratik, hüquqi və dünyəvi parlament respublikasını yaratmışdır. Bununla da Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində ilk parlamentli respublika olaraq tarixə düşmüşdür.

AXC parlamentli idarəetmə formasına malik, demokratik prinsiplərə əsaslanan və qadınlara seçki hüququ verən ilk müsəlman dövlətlərdən biri idi. Lakin bu cümhuriyyət uzunömürlü olmadı. 1920-ci ilin 28 aprel tarixində Sovet Rusiyası tərəfindən işğal edildi və Azərbaycan Sovet Sosialist Respublikası elan olundu.

Cəmi 23 ay mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti zamanı Azərbaycanın ilk parlamenti, hökuməti yaradılmış, dövlət atributları təsis olunmuş, dövlət quruculuğu sahəsində mühüm tədbirlər həyata keçirilmiş, Cümhuriyyətin beynəlxalq münasibətlər sistemində tanınması, diplomatik müstəvidə milli maraqların qorunması istiqamətində mühüm addımlar atılmışdır. 

Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırılmış, Dövlət bayrağı və Azərbaycan vətəndaşlığı təsis olunmuşdur. Həmçinin qısa müddət ərzində olduqca mütərəqqi sayılan müddəaları özündə əks etdirən çoxsaylı qanunlar qəbul olunmuşdur. 

Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini özündə birləşdirən Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın milli və siyasi şüurunun, yüksək mədəniyyətinin nəticəsi idi. 23 ay qısa müddət olsa da bu müddət ərzində AXC bir çox mühüm nailiyyətlər əldə etmişdir.

Bu nailiyyətlər ölkənin təhsil sistemindən də yan keçməmişdir. Belə ki, 1918-ci ilin avqustunda AXC-nin müvafiq qərarı ilə tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlanmış, 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edilmişdir. Xalq Cümhuriyyətinin dövründə universitet ilə yanaşı, digər ali və orta təhsil müəssisələrinin, habelə mədəniyyət ocaqlarının açılması üçün hazırlıqlar görülmüşdür. 

Azərbaycan Xalq Cümhuriyyəti hökumət quruculuğunda ədliyyə sahəsinə də xüsusi önəm vermişdir ki, məhz 1918-ci il mayın 28-də – Cümhuriyyətin yarandığı gün Ədliyyə Nazirliyi də təsis edilmiş, həmçinin, ədliyyə orqanları və məhkəmələrin fəaliyyətini tənzimləyən bir sıra qərarlar qəbul olunmuşdur. 

Uzun illər Sovet hökumətinin işğalı altında olan Azərbaycan nəhayət XX əsrin sonlarında Ulu Öndər Heydər Əliyevin siyasi bilik və bacarıqları, uzaqgörən siyasəti sayəsində yenidən öz müstəqilliyinə qovuşmuş və suverenliyini bərpa etmişdir. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər görmüş, ölkədə ictimai-siyasi sabitliyi bərqərar etmiş, bundan sonra Azərbaycan Ulu Öndər Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir. 

Ümummilli Lider Heydər Əliyev Azərbaycanın müstəqilliyi ilə bağlı bir çox önəmli və ibrət götürüləsi fikirlər söyləmişdir. Əbəs yerə deməmişdir: “Azərbaycan Xalq Cümhuriyyətinin qurulması, o dövrdə Azərbaycanın öz istiqlaliyyətini bəyan etməsi heç də təsadüfi hadisə deyildi. Hələ XIX əsrin ikinci yarısında, XX əsrin əvvəllərindən xalqımızın mütəfəkkir şəxsiyyətlərinin, qabaqcıl insanlarının fəaliyyəti nəticəsində Azərbaycanda milli oyanış, milli dirçəliş hissləri get-gedə artmışdı. Artıq XX əsrin əvvəllərindən, demək olar ki, xalqımız, onun qabaqcıl şəxsiyyətləri müstəqillik arzusu ilə yaşamışlar”.

Məhz Ulu Öndərin bu təfəkküründən yararlanan və onun siyasi kursunu davam etdirəm Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi, siyasi, iqtisadi və sosial islahatlar uğurla həyata keçirilir, ölkə iqtisadiyyatı dönmədən inkişaf etdirilir, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün əsaslı tədbirlər görülür.

Bakı şəhərinin İstiqlaliyyət küçəsində Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan Xalq Cümhuriyyətinin şərəfinə İstiqlal bəyannaməsi abidəsi ucaldılmış, həmçinin Ölkə Başçısı tərəfindən Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyinin və Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi barədə sərəncamlar imzalanmışdır. Bundan başqa, Prezident İlham Əliyev 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etmiş və Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018) “yubiley medalı” təsis olunmuşdur. Həmçinin 15 oktyabr 2021-ci il tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən qanunla 28 may Müstəqillik Günü, 18 oktyabr isə “Müstəqilliyin Bərpası Günü” elan edilmişdir.

Bu gün ölkə Başçısı cənab İlham Əliyevin dövlətimiz üçün atdığı hər bir addım və qəbul etdiyi hər bir qərar Azərbaycanın müstəqilliyinin və suverenliyinin qorunması, ölkənin günü-gündən inkişaf etdirilməsi, xalqımızın rifahı və sosial-iqtisadi durumunun yaxşılaşması naminə atılan addımlardır. Məhz Prezident İlham Əliyevin uzaqgörən siyasəti, uğurlu qərarları və xalqımızın mərd oğullarının şücaəti sayəsində işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa edildi və müstəqillik simvollarımızdan olan Azərbaycanın üçrəngli bayrağı bütün bölgələrimizdə dalğalandırıldı. 


Pərvanə VƏLİYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!