27 İyul 2025 08:09
669
SİYASƏT
A- A+
Müstəqil xarici siyasətimizin önünü Qarabağ düyününü kəsməyimiz açdı

Müstəqil xarici siyasətimizin önünü Qarabağ düyününü kəsməyimiz açdı


Prezident İlham ƏLİYEV: "Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. 

İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq"


Dünyada müstəqilliyi rəsmən tanınan ölkələr çoxdur. Müstəqil siyasət aparan ölkələrin isə sayı azdır.  Xüsusən kiçik ölkələrin müstəqil siyasət aparması çox çətindir. Belə ölkələr mütləq güclü bir ölkənin və ya siyasi blokun tabeliyində olmalıdır. Azərbaycan dünyada müstəqil xarici siyasət aparan azsaylı ölkələrdəndir. 

44 günlük Vətən müharibəsindəki tarixi Zəfərimiz ölkəmiz üçün yeni siyasi imkanlar yaratdı. Belə ki, Azərbaycan Qarabağ kartından istifadə edərək ona təzyiq göstərən ölkələrdən birdəfəlik qurtuldu. Daha bizim Minsk qrupunun nə deyəcəyinə, hansı absurd təklif verəcəyinə ehtiyacımız qalmadı. Düzdür, buna qədər də biz müstəqil xarici siyasət aparırdıq, ölkəmizə qarşı yönələn təhdid və təzyiqlərə baş əymirdik. Əgər onların dediyi ilə hərəkət etsəydik, indi Qarabağ və Şərqi Zəngəzurda bu möhtəşəm quruculuq və bərpa işlərini apara bilməzdik. Eləcə də dünyada geniş siyasi rezonans doğuran möhtəşəm III Şuşa Qlobal Media Forumunu Xankəndidə keçirə bilməzdik. Bunun üçün erməni separatizminin kökünü kəsmək lazım idi. Biz bunu müdrik Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi qətiyyəti və Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində tarixi Zəfərlə həll etdik. 

Qalib ölkə, qalib xalq olmaq bizə həm də siyasət və diplomatiya meydanında yeni qələbələr qazandırdı. Artıq bizə əvvəlki kimi heç kəs şərt irəli sürə bilmir, əksinə, bizimlə bərabərhüquqlu siyasi dialoq aparır, Azərbaycanın mövqeyi ilə hesablaşırlar. Eyni zamanda tarixi Qələbəmizdən sonra Minsk qrupunun fəaliyyətinə ehtiyac qalmadı. Onlara Ermənistanla birlikdə post-müharibə dövründəki sülh danışıqlarında qondarma "Dağlıq Qarabağ" məsələsini daxil etməyə imkan vermədik. Prezident İlham Əliyev forumdakı çıxışında bildirdi ki, biz bunu danışıqlar predmetinə daxil etməyə imkan verməməklə yenidən illərlə lüzumsuz danışıqlar aparılmasının qarşısını aldıq. Təkcə bu fakt tarixi Qələbəmizin bizə hansı siyasi və diplomatik avantaj yaratdığının bariz nümunəsidir. Belə ki, Azərbaycan dünyanın üç aparıcı ölkəsinin, üstəlik, BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərinin irəli sürdüyü təklifdən imtina edərək öz tələbində qaldı. Bu bir daha göstərdi ki, Azərbaycan xarici siyasətdə müstəqildir və ərazi bütövlüyündə heç kəsə güzəştə getmək fikrində deyil.

Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunda jurnalistlərdən birinin sualını cavablandırarkən müstəqil xarici siyasət aparılmasının hər bir ölkə üçün nə qədər əhəmiyyətli olduğunu bildirərək demişdir: "Xarici siyasətimizə gəldikdə deyərdim ki, onun istiqaməti dəyişməyib, lakin forması dəyişib. Səbəb ondadır ki, Qarabağ münaqişəsi tarixdə qaldıqdan sonra bizim işğal zamanı etmədiyimiz məsələlərə indi daha çox vaxtımız var. Bir halda ki, münaqişə həll olunub, vaxt qalır. Bununla belə, bütün sonsuz danışıqlar, Minsk qrupu üçlüyünün bütün mənasız səfərləri çox vaxt aparırdı. O zaman vaxtımız qalmırdı və digər məsələni həll etmək potensialımız olsa da, onunla məşğul olmurduq. Bütün xarici siyasətimiz təbii olaraq ərazi bütövlüyümüzün bərpasına yönəlirdi. İndi məsələ həll olunduqdan sonra biz beynəlxalq arenada daha fəalıq və qeyd etdiyiniz kimi, müxtəlif ölkələr arasında vasitəçilik səylərimiz bunun yalnız bir hissəsidir. Biz beynəlxalq ictimaiyyətin həqiqətən fəal üzvünə çevrilmişik. Fərqli beynəlxalq iştirakçılarla güclü əlaqələrə malik olan ölkəmiz ən azı geniş regionda daha mühüm rol oynaya bilər və oynayacaq".

Dövlətimizin başçısı 44 günlük tarixi Zəfərin ölkəmizin xarici siyasətində daha sərbəstlik yaratdığını bildirdi. Çünki buna qədər süni şəkildə yaradılan Dağlıq Qarabağ məsələsi ölkəmizin xarici siyasətində sərbəstliyi müəyyən qədər məhdudlaşdırırdı, enerjimizi bu problemin ədalətli həllinə yönəltməyə məcbur idik. Prezident hər bir xalqın müstəqil yaşamağa, öz milli dəyərləri ilə irəli getməyin vacib olduğunu forum iştirakçılarının diqqətinə çatdıraraq onu da bildirdi ki, biz avropalılara özünü necə aparmağı, necə evlənməyi və necə yeməyi öyrətmirik. Avropalılardan bizim dəyərlərimizə, yaşam tərzimizə hörmətlə yanaşmalarını istəyirik. Yəni bir xalqın öz dəyərlərinin başqaları tərəfindən qəbulunda israr etməsi ədalətsizlikdir.

Dövlət başçısı vurğuladı ki, biz onların dəyərlərinə hörmət göstərdiyimiz kimi, onların da bizim dəyərlərimizə hörmətlə yanaşmasını istəyirik. Bir sözlə, Prezidentin dediyi kimi, heç kəs Azərbaycan xalqına kənardan necə yaşamağı diktə edə bilməz, xalqımız öz yaşam və mücadilə tərzini heç kimə güzəştə getməyəcək.

Prezident İlham Əliyev ölkəmizin müstəqil xarici siyasət aparmasının nə qədər əhəmiyyətli olduğunu forum iştirakçılarının diqqətinə tutarlı arqumentlərlə çatdırdı. Dövlətimizin başçısı ölkəmizin apardığı müstəqil xarici siyasət nəticəsində dövlətimizin hansı bəlalardan xilas olduğunu bildirərək demişdir: "Əlbəttə, Qərbdə bəzi dairələrdə böyük məyusluq var idi ki, Azərbaycan həddindən artıq müstəqil siyasət aparır, təlimatlarımıza qulaq asmır, məsləhətlərimizə məhəl qoymur və istədiyini edir. Əgər biz həmin məsləhətləri dinləsəydik, ola bilsin, bu gün ölkəmiz ən azı iki qonşusu ilə müharibədə idi. Əgər məsləhətləri dinləsəydik, biz Qarabağı heç zaman qaytara bilməzdik. Əgər məsləhətləri dinləsəydik, bu gün ola bilsin BVF-dən və onun "parçala və hökm sür" strategiyasından asılı olardıq. Bir sözlə, biz məsləhətlərə qulaq asmadıq. Güclü ölkəni, güclü iqtisadiyyatı qurduq".


Rüstəm KAMAL,

"Azərbaycan"


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Naxçıvanda külli miqdarda narkotik vasitə məhv edilib VİDEO  

18:41
16 Dekabr

Qarlı havada magistral yolların bağlanmaması üçün hansı alternativ tədbirlər görülməlidir?  

18:36
16 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

18:24
16 Dekabr

Fərid Qayıbov: Bakının “Dünya İdman Paytaxtı” seçilməsi möhtəşəm hadisədir  

18:23
16 Dekabr

Bakı 2026-cı il “Dünya İdman Paytaxtı” elan olunub YENİLƏNİB 

18:18
16 Dekabr

Qarabağ və Şərqi Zəngəzur ərazilərində ekoloji və coğrafi tədqiqatlar aparılıb  

18:15
16 Dekabr

Ukrayna mediası Azərbaycan Prezidentinin amnistiya təşəbbüsü ilə bağlı silsilə xəbərlər yayımlayıb  

18:11
16 Dekabr

Fövqəladə Hallar Nazirliyinin yaranmasının 20 illiyi qeyd olunub

18:01
16 Dekabr

Regionun iqtisadi cəhətdən ən güclü dövləti olan Azərbaycan ABŞ-ın mühüm strateji tərəfdaşıdır - MÜSAHİBƏ 

17:59
16 Dekabr

Anton Leppik: AHİK təhlükəsiz əmək şəraitinin yaradılması istiqamətində daim ön sıralarda olub

17:47
16 Dekabr

Kənd Təsərrüfatı Nazirliyində İctimai Şuranın yeni seçilmiş üzvləri ilə görüş keçirilib  

17:29
16 Dekabr

Prezident Ərdoğan: Türkiyə 2026-cı ilin əvvəlindən Cənubi Qafqazla bağlı simvolik addımlar atacaq  

17:26
16 Dekabr

Biləsuvarda "44 Gün - Tarixi Zəfər" kitabının III və IV cildlərinin təqdimatı keçirilib  

17:18
16 Dekabr

Preventiv restrukturizasiya kreditorların itkilərini əhəmiyyətli dərəcədə azaldır 

17:11
16 Dekabr

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının VIII Qurultayı keçirilib YENİLƏNİB

17:07
16 Dekabr

Ukraynalı ekspert: Sülh planı ABŞ-ın daxili qanunvericiliyinin prinsiplərini pozmamalıdır  

16:56
16 Dekabr

Nazir: Fövqəladə hallar zamanı ümumilikdə 29 minə yaxın zərərçəkmiş xilas edilib  

16:43
16 Dekabr

İraqın Dəclə çayı yox olmaq təhlükəsi ilə üz-üzədir  

16:39
16 Dekabr

Hindistanda zəncirvari avtomobil qəzasında 15 nəfər yanaraq ölüb  

16:27
16 Dekabr

Elektron siqaretlərin və onların komponentlərinin topdan və pərakəndə satışı, istifadəsi qadağan edilir  

16:17
16 Dekabr

Siqaret tüstüsü 12 saat havada qalır  

16:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!