28 Noyabr 2017 05:11
531
Mədəniyyət
A- A+
Musiqi və incəsənət məktəblərinin tədris portalı və regional idarələrin saytları təqdim olunub

Musiqi və incəsənət məktəblərinin tədris portalı və regional idarələrin saytları təqdim olunub

Noyabrın 28-də Yevlaxda mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin iştirakı ilə Uşaq musiqi və incəsənət məktəblərinin tədris portalının, Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin internet saytlarının təqdimatı keçirilib.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, təqdimat mərasimində nazir Əbülfəs Qarayev çıxış edərək Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən nazirliyin 15 regional idarəsinin yaradılmasının bu sahədə idarəçiliyin daha da təkmilləşdirilməsinə xidmət etdiyini deyib. Bildirib ki, müasir dövrdə informasiya texnologiyalarının imkanlarından daha səmərəli istifadə edərək ölkəmizi, onun mədəniyyət və turizmini daha geniş şəkildə təbliğ etməliyik. Bu xüsusda müvafiq internet portallarının önəmi böyükdür. Bununla bağlı mədəniyyət və turizm sahəsində çalışan insanların bilik və bacarıqlarının artırılması istiqamətində işlər də görülməlidir.

Nazirliyin texniki təchizat və proqram təminatı şöbəsinin müdir müavini Qabil Abbasov uşaq musiqi və incəsənət məktəblərinin tədris portalı - music.mctgov.az saytı haqqında məlumat verib. Qeyd edib ki, portalda ölkəmiz və dünya bəstəkarları haqqında məlumatlar, onların əsərlərinin notları və digər informasiyalar yerləşdirilib. Həmçinin portalda ölkəmizdə musiqi sahəsində təhsil sisteminin fəaliyyəti, musiqi və incəsənət məktəblərində tədris, məktəblərə qəbul qaydaları ilə tanış olmaq mümkündür. Ustad dərsləri barədə videomateriallar, metodiki vasitələr, musiqi alətləri barədə məlumatlar da saytda əksini tapıb.

Sonra Bərdə, Ağcabədi, Gəncə, İsmayıllı və Şəmkir regional mədəniyyət və turizm idarələrinin saytları haqqında məlumat verilib.

Bildirilib ki, saytlarda regional idarələrin əhatə etdiyi rayonların mədəniyyət və turizmi haqqında dolğun məlumatlar əks olunub. Həmçinin, sözügedən regionlarda yerləşən tarixi abidələr, muzeylər, turizm marşrutları ilə bağlı informasiyalara da geniş yer verilib.

Diqqətə çatdırılıb ki, ilin sonuna kimi bütün regional idarələrin saytları istifadəyə veriləcək.

Nazir bu istiqamətdə görülən işlərin daha da sürətləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrini verib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ISO 20121 standartının milli səviyyədə adaptasiyası WUF13-ün ən mühüm irs komponentlərindən biridir  

14:16
03 Aprel

Qırğızıstan İrana 129 tonluq humanitar yardım göndərir

13:26
03 Aprel

Azərbaycan Ordusunda Aprel döyüşlərinin 10-cu ildönümü qeyd olunub  

13:19
03 Aprel

Dövlət ehtiyatlarının idarə olunmasında rəqəmsal monitorinq sistemlərinin tətbiqi hansı mərhələdədir?  

13:12
03 Aprel

TDT ölkələri metrologiya sahəsində daha sıx əməkdaşlıq edəcək  

12:48
03 Aprel

Almaniyada vağzalda partlayışdan sonra 500 nəfər təxliyə edilib  

12:19
03 Aprel

Aİ komissarı: Avropa uzunmüddətli enerji şoku ilə üzləşir

12:17
03 Aprel

İran Küveytin neft zavoduna dronlarla hücum edib

12:17
03 Aprel

BMT-nin Baş katibi Quterreşi vəzifəsində kim əvəz edəcək?

12:14
03 Aprel

“Azərkosmos” və “Viasat” aviasiya üçün uçuşdaxili internet xidmətləri göstərəcək  

12:06
03 Aprel

Aprel döyüşləri ilə başlayan Zəfər yürüşü

11:56
03 Aprel

Hörmüz boğazı konfransı: 41 ölkə bölgəyə hərbi qüvvə göndərməkdən imtina edib

11:52
03 Aprel

FIFA rəsmisi: Biz Azərbaycana böyük etimad göstəririk

11:43
03 Aprel

Ötən il federasiya və akademiyalara 2,8 milyon manat ayrılıb

11:39
03 Aprel

UEFA-dan Azərbaycan klublarına 73 milyon manatdan çox vəsait ayrılıb

11:36
03 Aprel

Tramp ABŞ Baş prokuroru Pem Bondini işdən çıxardı

11:36
03 Aprel

UEFA İtaliyanı Avro 2032-dən məhrum etməklə hədələyir

11:29
03 Aprel

Rövşən Nəcəf: Ayxan Abbasovun gəlişindən sonra milli komandada intizam və inkişaf hiss olunur

11:23
03 Aprel

Ötən il AFFA-ya daxil olan maliyyə vəsaitin həcmi açıqlanıb

11:17
03 Aprel

Ukraynaya raket zərbələri endirilib, ölən və xəsarət alanlar var

11:12
03 Aprel

Azərbaycanda bu mövsüm 38 futbol klubu lisenziya alıb 

11:07
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!