Münasibətdən razıyıq
Son illər rayonumuzda insanların sosial rifah halının yüksəldilməsi, eyni zamanda mədəni və mənalı istirahətlərinin təşkili istiqamətində xeyli iş görülüb. Bu baxımdan 2015-ci il bizim üçün daha da düşərli oldu. Yola saldığımız ilin nəticələrindən biz - Ağsu rayonunun “Azərbaycan” küçəsində yaşayan sakinlər də bəhrələnirik. Artıq küçəmizin hasarları yeni dekorativ daşlarla üzlənib. Yola asfalt döşənib, bardürlər yenilənib və səkilərə tamet daşlar düzülüb.
Eyni zamanda küçəmizlə paralel istiqamətdə, Ağsu çayının sol sahilində kiçik park salınıb və təxminən 700 kvadratmetrlik sahədə çəmənlik yaradılıb. Ərazidə 3 mindən çox gül kolu əkilib.
Bu parkda veteranların mənalı istirahətləri üçün hər cür şərait yaradılıb. Burada vaxt keçirən veteranlara çay pulsuz verilir. Parkın ətrafında yaşayan sakinlərin də istirahəti üçün geniş imkan var. Şahmat həvəskarları da diqqətdən kənarda qalmayıblar. İstədikləri zaman gəlib burada şahmat oynaya bilirlər.
Biz veteranlar, ümumilikdə isə sakinlər yaradılan şəraitdən məmnunuq və qəzetiniz vasitəsilə bu cür xeyirxah əməllərdə zəhməti olan hər kəsə çox sağ olun deyirik.
Şahnəzər NƏZƏROV,
Ağsu rayonundan veteran
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!