05 Dekabr 2023 15:50
423
CƏMİYYƏT
A- A+
Multikulturalizm Mərkəzi Qafqaz Albaniyası haqda 3 dildə toplunu nəşr edib

Multikulturalizm Mərkəzi Qafqaz Albaniyası haqda 3 dildə toplunu nəşr edib

 

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) “Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı yeni buraxılışı nəşr edilib. Azərbaycan, rus və ingilis dillərində təqdim olunan nəşr Azərbaycan xalqının Ümummilli Lideri, dahi siyasətçi və görkəmli dövlət xadimi Heydər Əliyevin 100 illiyinə həsr edilib. Kitabda 14 aprel 2023-cü il tarixində Bakıda təşkil olunmuş “Qafqaz Albaniyası: dini və sosial həyatı” mövzusunda X Beynəlxalq Konfransın materialları toplanıb.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən verilən məlumata görə, Cənubi Koreya, Gürcüstan, Rusiya Federasiyası, Litva və Azərbaycan alimlərinin araşdırmalarından ibarət nəşrə Qafqaz Albaniyasının tarixi, arxeoloji, etnoloji, etnoqrafik, memarlıq, mənbəşünaslıq, epiqrafika, linqvistika və numizmatika sahələrində bir sıra problemli məsələlərin araşdırıldığı məqalələr daxil edilib. Məqalələr toplusunda Roman Loluanın “Qafqaz-alban əlifbasının paradiqmatikası”, Artyom Kuranovun “Qafqaz Albaniyasındakı udilər haqqında bəzi qeydlər”, Rasa Çepaitienenin “Mədəni irsin qorunması proseslərində yerli icmaların rolu”, Kim Jongil, Kvon Ohyoung, Seong Jeongyong, Son Jaehyunun “Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhərinin Səlbir yaşayış yerinin mütləq xronologiyası” və digər bu kimi məqalələr bu sahədə mühüm tədqiqatın nəticəsidir. Toplunun Azərbaycan dili ilə yanaşı, rus və ingilis dillərində də nəşri Qafqaz Albaniyası həqiqətlərini beynəlxalq müstəvidə təqdim etmək imkanı yaradır.

Qafqaz Albaniyası Azərbaycanın tarixi-mədəni irsi və onun ayrılmaz tərkib hissəsidir. “Qafqaz Albaniyasını öyrənirik” layihəsi Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətə başladığı ilk günlərdən həyata keçirdiyi mühüm layihələrdən biridir. Layihə çərçivəsində Azərbaycan tarixinin qədim və erkən orta əsrlər dövrünə aid olan Qafqaz Albaniyasının maddi-mədəni irsi, tarixi, coğrafiyası, əhalisi ilə bağlı yerli və xarici ölkə alimlərinin araşdırmaları diqqət mərkəzində saxlanılır. Tədqiqatların geniş auditoriyaya çatdırılması məqsədilə mütəmadi olaraq beynəlxalq konfranslar, təqdimatlar və dəyirmi masalar təşkil edilir.

“Qafqaz Albaniyasının etno-mədəni irsi” adlı yeni buraxılışın ön söz müəllifi və baş redaktoru BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdullayev, elmi redaktorlar AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, professor Kərim Şükürov, AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri, professor Nəcəf Müseyibli və AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun aparıcı elmi işçisi Ülviyyə Hacıyeva, layihəyə məsul BBMM-in icraçı direktoru Rəvan Həsənovdur.

Nəşr elmi ictimaiyyətin nümayəndələri və Qafqaz Albaniyası (e.ə. IV əsr-eramızın VIII əsrlərinin əvvəlləri), habelə keçmişin və indinin alban etno-mədəni irsi ilə maraqlanan hər kəs üçün nəzərdə tutulub.

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın daha bir veteran cüdoçusu dünya çempionu olub  

11:18
06 Noyabr

AMEA-da “Vətən sevgisindən Zəfər marşına” adlı tədbir təşkil edilib  

11:13
06 Noyabr

Prezident İlham Əliyev Bişkekdə Türk Dövlətləri Təşkilatı Dövlət Başçılarının 11-ci Zirvə Görüşündə iştirak edir YENİLƏNƏCƏK  

11:08
06 Noyabr

Opera və Balet Teatrının təqdimatında ilk dəfə "Nəsimi" operası tamaşaya qoyulacaq  

11:03
06 Noyabr

Bu gün Bakı metrosu işçilərinin peşə bayramıdır  

10:58
06 Noyabr

Bişkekdə Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşü olub YENİLƏNİB  

10:53
06 Noyabr

Azərbaycanın xarici işlər naziri TDT XİN Şurasının iclasında COP29-a hazırlıq işlərindən danışıb  

10:48
06 Noyabr

Azərbaycan diplomatı Bəhreyn qəzetində COP29 haqqında məqalə ilə çıxış edib  

10:43
06 Noyabr

Milli Kitabxanada Zəfər Günü münasibətilə virtual sərgilər təqdim olunub  

10:38
06 Noyabr

Bakıda yollardan birində svetoforların iş rejimi dəyişdirilib  

10:32
06 Noyabr

Dünya birjalarında neft ucuzlaşıb  

10:26
06 Noyabr

İqlim dəyişikliyi və insan hüquqları ilə bağlı müsabiqələr elan edilib  

10:20
06 Noyabr

Azərbaycan neftinin qiyməti 77 dolları ötüb  

10:15
06 Noyabr

Xankəndi və Füzuli şəhərlərinə onlayn ticarət platformalarından edilən sifarişlərin çatdırılmasına başlanılıb  

10:08
06 Noyabr

DİN: Ötən gün 45 cinayətin üstünün açılması təmin olunub  

09:47
06 Noyabr

Azərbaycanın Mərakeşdəki səfirliyində Zəfər Günü qeyd edilib  

09:41
06 Noyabr

Azərbaycan Türk dünyasının güclənməsinə daimi töhfələr verməklə onun birliyi amallarına sadiq qalır  

09:36
06 Noyabr

2025-ci ildə Rusiyada dövlət qulluqçuları üçün ümumi insan resursları platforması yaradılacaq  

09:31
06 Noyabr

6 noyabr – Azərbaycan Televiziyası və Radiosu Günüdür  

09:26
06 Noyabr

Donald Tramp seçkidə saxtakarlığa yol verildiyini bildirib  

09:21
06 Noyabr

Zəfər Günü İstanbulda təntənəli konsert proqramı ilə qeyd edilib  

09:16
06 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!