02 İyun 2026 15:14
139
SİYASƏT
A- A+
Mükəmməl enerji strategiyası və dayanıqlı inkişaf

Mükəmməl enerji strategiyası və dayanıqlı inkişaf

Dünyanın əksər dövlətləri ilə siyasi, iqtisadi, mədəni əlaqələri olan Azərbaycanın iqtisadi inkişafı hər birimizdə qürur doğurur. Məhz bu inkişaf və beynəlxalq etimad həm də respublikamızın ən mötəbər beynəlxalq tədvbirləri keçirməsinə yol açıb.  Azərbaycanın evsahibliyi etdiyi belə tədbirlərdən biri də keçirilməsi ənənəyə çevrilən “Bakı Enerji Həftəsi”dir.

İyunun 1-də “Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimi oldu.  Bu çərçivədə keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi “Caspian Power” və 31-ci “Baku Energy Forum”u bir daha dünyanın diqqətini Azərbaycana yönəltdi. Prezident İlham Əliyev tədbirin rəsmi açılış mərasimində çıxışında Azərbaycanda enerji sferasında inkişafı-nın tarixini xatırladaraq qeyd etdi ki, Xəzər Neft və Qaz Sərgisi fəaliyyət göstərdiyi 30 il müddətində daha da təkmilləşib: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır. Haqlı olaraq bildirildi ki, dünyanın ən iri qaz yataqlarına aid “Şahdəniz” müqaviləsi dəqiqliklə 30 il əvvəl, 1996-cı ilin iyununda imzalanıb. Beləliklə, sayı artan ölkələrin enerji təhlükəsizliyinə töhfə verən Azərbaycanın müasir qaz hasilatında yeni səhifə açıldı. Bu tədbirin əhəmiyyəti, həmçinin ABŞ Prezidenti Donald Trampın nəzakətli məktubunda əks olunub.Bu bir daha göstərir ki, “Bakı Enerji Həftəsi” qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biridir”. 

Son dövrlərdə beynəlxalq münasibətlər sistemindəki gərginliklər, münaqişələr daha da dərinləşdirmişdir. Belə şəraitdə enerji təhlükəsizliyi hər bir dövlət üçün aktuallıq kəsb edir. Bu baxımdan Prezident İlham Əliyevin dediyi kimi, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq: “Dünya faydalı qazıntı olmadan yaşaya bilməz. Hamımız daha yaxşı iqlimi, planetin qorunmasını istəyirik. Lakin bu gün biz praqmatik olmalıyıq, enerji təhlükəsizliyi və həmçinin bərpaolunan enerjiyə sərmayə yatırmaqla yanaşı, öz gələcəyimizi planlaşdırmalıyıq. Düşünürəm, irəliyə doğru aparan yol belədir!”

Azərbaycanın son illərdə əldə etdiyi davamlı inkişaf və strateji uğurlar enerji sektorunda həyata keçirilən məqsədyönlü siyasətin nəticəsi kimi dəyərləndirilə bilər. Neft və qaz gəlirlərinin düzgün idarə olunması ölkədə iqtisadi inkişafa, sosial rifahın yüksəlməsinə şərait yaradıb. Eyni zamanda, bu gəlirlər infrastrukturun yenilənməsi, qeyri-neft sektorunun genişləndirilməsi və insan kapitalının gücləndirilməsi kimi prioritet sahələrə yönəldilərək uzunmüddətli dayanıqlı inkişaf modelinin formalaşmasına xidmət edib. Azərbaycanın beynəlxalq enerji bazarındakı artan rolu isə ölkənin həm etibarlı tərəfdaş, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verən mühüm aktor kimi mövqeyini daha da möhkəmləndirib. Bu mənada Azərbaycan neft gəlirlərindən səmərəli istifadə sahəsində də çox gözəl nümunə yaradıb. “Neft və qaz bizim üçün müstəqil ölkə kimi yaşamağın yeganə yolu oldu. Beləliklə, ölkələr neftin olub-olmaması ilə deyil, gəlirlərdən necə istifadə etdiklərinə görə mühakimə edilməlidir. Diqqət yetirilməlidir ki, öz ölkəsinin inkişafı, xalqının daha yaxşı yaşayış şəraitinin təminatı, yaşıl gündəlik məsələlərinə enerjinin istehsalından əldə edilən vəsaitləri onlar necə sərmayə kimi yatırırlar. Düşünürəm ki, Azərbaycan çox bariz nümunədir” -deyə Prezident İlham Əliyev bildirib. 

Prezident İlham Əliyev çıxışında beynəlxalq reytinq agentliklərində Azərbaycanın reytinqinin artdığını, xarici borcunun əhəmiyyətli dərəcədə azaldıldığını, ehtiyatlarının xarici borcu 18 dəfədən çox üstələdiyini qeyd edərək bildirdi ki, bunlar təbii sərvətlərdən düzgün istifadənin nəticəsidir. Əlbəttə bu imkanlar həm də Azərbaycanın ordumuzun döyüş hazırlığının yüksəldilməsində böyük rol oynadı və və torpaqlarımız müharibə yolu ilə işğaldan azad edildi.

Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən neft və qaz kəmərləri regionun enerji xəritəsini dəyişməklə yanaşı, Avropanın enerji təhlükəsizliyində də mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan neft kəməri və Cənub Qaz Dəhlizi kimi strateji layihələr Xəzər regionunun karbohidrogen ehtiyatlarını dünya bazarlarına çıxarmaqla yanaşı, Avropa ölkələrinin enerji təchizatının şaxələndirilməsinə də ciddi töhfə verir. Son illərdə qlobal enerji bazarında yaranmış çağırışlar bu layihələrin əhəmiyyətini daha da artırıb. Nəticədə Azərbaycan etibarlı tərəfdaş kimi çıxış edərək Avropa İttifaqı ölkələrinə sabit və alternativ enerji mənbəyi təqdim edir. Hazırda Azərbaycandan təbii qaz alan ölkələrin sayının artması da bu siyasətin uğurunu və beynəlxalq enerji əməkdaşlığında Azərbaycanın rolunun genişləndiyini göstərir. Prezident İlham Əliyev “Bakı Enerji Həftəsi”nin rəsmi açılış mərasimində bununla bağlı qeyd etdi ki, Avropa enerji bazarının Cənub Qaz Dəhlizi olmadan necə olacağını təsəvvür etmək çətindir. Bu gün Azərbaycandan təbii qaz alan dövlətlərin sayı 16-ya çatıb və onlardan 10-u Avropa İttifaqının üzvüdür.

Azərbaycan həm də «yaşıl enerji»yə keçidlə bağlı çoxsaylı layihələr icra edir. Prezident İlham Əliyev çıxışında bununla bağlı bir sıra məsələləri diqqətə çatdırdı. Azərbaycandan Avropaya elektrik enerjisini ötürəcək “Qara dəniz Enerji Kabeli” layihəsinin texniki-iqtisadi əsaslandırma mərhələsi artıq yekunlaşmaq üzrədir. Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan marşrutu üzrə quruda çəkiləcək elektrik kabeli layihəsi də hazırda icra mərhələsindədir. Xəzərin şərq sahillərindən Azərbaycana uzanacaq “yaşıl enerji” kabeli layihəsi üzərində də iş gedir. «Artıq bir sıra layihələrimiz istismar mərhələsindədir. Gələn ilin sonunadək Günəş və külək enerjisi üzrə ümumi gücümüz 2 giqavata çatacaq. 2032-ci ilin sonunadək isə bu göstərici 8 giqavat təşkil edəcək. Əgər fəal şəkildə inkişaf etdirdiyimiz hidroenerji potensialını da nəzərə alsaq, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda artıq 300 meqavatdan çox güc istifadəyə verilmişdir. Bu da ölkəmiz üçün əlavə enerji potensialı yaradır. Həmin potensial neft və qaz ixracımızı tamamlayan bir mənbəyə çevriləcəkdir» -deyə Prezident İlham Əliyev bildirdi.

“Bakı Enerji Həftəsi” Azərbaycanın uğurlarını dünyaya çatdıran enerji platformasıdır. Tədbirin açılış mərasimində çıxış edən Prezident İlham Əliyevin qeyd etdiyi məsələlər hər birimizdə qürur doğurdu. Bir daha göründü ki, Azərbaycan özünün aydın yolu və inkişaf strategiyası olan bir dövlətdir.


Səbinə XASAYEVA,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir  

16:22
02 İyun

Azərbaycan və Özbəkistan yeni işə salınan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edib  

16:21
02 İyun

Almaniyada rekord sayda - 13,3 milyon insan yoxsulluq həddindən aşağı yaşayır  

16:20
02 İyun

“PetroCouncil”in rəhbəri: Qazaxıstan neftin BTC kəməri ilə nəqlini artırmaq niyyətindədir  

16:19
02 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilib  

16:18
02 İyun

Cəbrayılda tikilən günəş elektrik stansiyası neft-qaz terminalının dekarbonizasiyasına töhfə verəcək  

16:17
02 İyun

Seneqalda yeni hökumət qurulub

16:09
02 İyun

Sülh nə vaxt olacaq?

16:01
02 İyun

BP: BTC kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi qrafikə uyğun davam edir

15:55
02 İyun

Dünya neft ehtiyatlarında kəskin azalma ilə üzləşə bilər

15:41
02 İyun

“Bakı Enerji Həftəsi” Azərbaycanın artan qlobal rolunu bir daha nümayiş etdirir

15:40
02 İyun

Kreml xüsusi hərbi əməliyyatın sona çatması ehtimalını açıqlayıb

15:39
02 İyun

“SpaceX” kosmosdan yükləri çatdıracaq “Starfall” kapsulunun sınaqlarına icazə alıb  

15:38
02 İyun

NATO Avropanın şərq cinahında hərbi mövcudluğunu artırmağı planlaşdırır

15:24
02 İyun

Mükəmməl enerji strategiyası və dayanıqlı inkişaf

15:14
02 İyun

Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb

14:31
02 İyun

Yerlan Kulşibayev: Azərbaycan BTQ layihəsinin həyata keçirilməsində mühüm rol oynayıb

14:23
02 İyun

Rusiya Federasiyasının Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkindən

14:19
02 İyun

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Denis Beçiroviçdən

14:17
02 İyun

“Kahı” yükü adı ilə külli miqdarda narkotik vasitələrin Azərbaycandan tranzit olunmasının qarşısı alınıb  

14:05
02 İyun

Yanvar-aprel aylarında qeyri-neft sektoru üzrə ixrac 1,1 milyard dollar olub

14:04
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!