02 İyun 2026 16:01
131
DÜNYA
A- A+
Sülh nə vaxt olacaq?

Sülh nə vaxt olacaq?


Donald Tramp İsrail və “Hizbullah”ın hərbi əməliyyatları dayandırmaq barədə razılığa gəldiyini və İranla danışıqların davam etdiyini açıqlayıb


ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Binyamin Netanyahu və “Hizbullah” nümayəndələri ilə danışıqlar apardığını və hər iki tərəfi gərginliyin azaldılmasının vacibliyinə inandırdığını bildirib. O, İsrail hökuməti başçısının Beyrutun cənubuna qoşun göndərməməyə razı olduğunu, habelə Livandakı qruplaşmanın hücumları dayandıracağına söz verdiyini söyləyib. Amerika lideri özünün sosial media hesabı “Truth Social”da yazıb: “İsrail Baş naziri Bibi Netanyahu ilə çox məhsuldar bir söhbətim oldu: Beyruta qoşun göndərilməyəcək və artıq yolda olanlar geri dönüb. Həmçinin “Hizbullah”la yüksək vəzifəli rəsmilər vasitəsilə çox konstruktiv bir söhbətim oldu və onlar bütün hərbi əməliyyatların dayandırılacağına razılaşdılar - İsrail onlara hücum etməyəcək və onlar da İsrailə hücum etməyəcəklər”.

Qısa müddət sonra Livanın ABŞ-dəki səfirliyi İsrailin Livanla danışıqların dördüncü raundu ərəfəsində Beyrutun cənubuna əlavə hücumlar edəcəyi ilə hədələməsindən sonra “Hizbullah”ın ABŞ-nin “hücumların qarşılıqlı dayandırılması” təklifini qəbul etdiyini açıqlayıb.

Səfirlik Livan Prezidenti Cozef Aunun ofisi tərəfindən yayımlanan açıqlamada bildirib ki, “Livan hakimiyyəti “Hizbullah”ın ABŞ-nin “hücumların qarşılıqlı dayandırılması” təklifini qəbul etdiyinə dair təsdiq alıb".

Bildirilir ki, təsdiq Aunun ABŞ dövlət katibi Marko Rubio ilə telefon danışığından sonra gəlib.

Bu arada, İsrail Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampa “Hizbullah” hücumlarını dayandırmasa, İsrailin Beyruta hücum edəcəyi barədə məlumat verdiyini bildirib: “Bu axşam Prezident Trampla danışdım və ona dedim ki, əgər “Hizbullah” şəhərlərimizə və vətəndaşlarımıza hücumu dayandırmasa, İsrail Beyrutdakı terrorçu hədəflərə zərbə endirəcək”.

Baş nazir əlavə edib ki, “Bu məsələ ilə bağlı mövqeyimiz dəyişməz olaraq qalır”.

Bazar ertəsi günü Binyamin Netanyahu, İranın dəstəklədiyi “Hizbullah” qruplaşması ilə artan münaqişə fonunda Livanın paytaxtı Beyrutun cənub ətraflarına hava hücumları əmri verib. O,  qruplaşmanın qalası olan Dahiyedəki "terror hədəfləri"nin İsrail mülki əhalisinə qarşı raket və pilotsuz təyyarə hücumlarına, eləcə də aprel ayında elan edilmiş və döyüşlərə son qoymayan atəşkəsin digər pozuntularına cavab olaraq hədəfə alınacağını bildirib.

İsrail ordusu həmçinin Beyrutun cənub ətraflarındakı sakinlərin təxliyəsini əmr edib. Bundan sonra əhalinin təhlükəsiz yerə qaçmağa çalışdığı üçün Livanda şəhərətrafı ərazilərə aparan yollarda tıxaclar yaranıb.

İsrail və Livan arasında atəşkəs  aprelin 16-da qüvvəyə mindiyindən bəri, İsrail ordusu Beyruta iki dəfə, sonuncu dəfə ötən cümə axşamı hücum edib.

Bu arada, Ağ Evin ABŞ, İsrail və İran arasında müharibəyə son qoymaq üçün daha geniş bir razılaşma əldə etmək səylərini təhlükəyə atmamaq üçün İsrailə Beyrutda hərbi əməliyyatları məhdudlaşdırmaq üçün təzyiq göstərdiyi barədə məlumatlar var.

Livan müharibəyə  martın 2-də “Hizbullah”ın İranın Ali Liderinin öldürülməsinə  cavab olaraq İsrailə raket hücumu etməsi ilə cəlb olunub. İsrail buna ölkə boyunca hava hücumları və cənubda quru hücumu ilə cavab verib.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, müharibə başlayandan bəri ölkədə ən azı 3412 nəfər həlak olub. Bu rəqəmlərə həm əsgərlər, həm də mülki şəxslər daxildir.

İsrail iddia edir ki, eyni dövrdə sərhədin hər iki tərəfində 24 əsgəri və dörd  mülki vətəndaşı öldürülüb.

Dünən başqa bir paylaşımda Donald Tramp İranla danışıqların intensiv templə davam etdiyini bildirib.

İranın yarı-rəsmi Tasnim xəbər agentliyi Tehranın danışıqlar qrupunun Livana hücumlar səbəbindən ABŞ-lə bütün kontaktları dayandırdığını bildirib.

Bu xəbəri şərh edən Tramp NBC News telekanalına bildirib ki, İran qərarı barədə Vaşinqtona məlumat verməyib. O, qısa şərhində deyib: “Bu, tamamilə uyğun bir açıqlamadır, çünki onlar döyüşməkdənsə, danışıqlar aparmaqda daha yaxşıdırlar. Amma onlar bu barədə bizə məlumat verməyiblər. Düzünü desəm, düşünürəm ki, biz çox danışmışıq. Fikrimcə, sadəcə susmaq çox yaxşı olardı.”

Onun sözlərinə görə, bu, ABŞ-nin "onları bombalamağa başlayacağı" anlamına gəlmir: “Biz dəniz blokadasını davam etdirəcəyik.”

İranın xarici işlər naziri Abbas Əraqçi daha əvvəl sosial mediada yazıb: “İran və ABŞ arasında atəşkəs qeyd-şərtsiz bütün cəbhələrə, o cümlədən Livana şamil edilir. Bir cəbhədə atəşkəsin pozulması bütün cəbhələrdə atəşkəsin pozulması deməkdir”.

Tasnim xəbər agentliyinin verdiyi məlumata görə, İran regional müttəfiqləri ilə birlikdə Hörmüz boğazını tamamilə bağlamaq, eləcə də Bab əl-Məndəb boğazı da daxil olmaqla “digər cəbhələrdə hərəkətləri gücləndirmək” planı hazırlayıb.

İran İslam İnqilabı Keşikçiləri Korpusu da "yeni cəbhələr"in açılması ehtimalından danışıb.

Rizvan CƏFƏROV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan şirkətlərinin beynəlxalq kapital bazarlarına çıxış imkanları nəzərdən keçirilib  

16:47
02 İyun

Rəşad Nəbiyev: Bakı-Tbilisi-Qars Xəzər və Qara dənizləri arasında ən rəqabətqabiliyyətli tranzit marşrutudur  

16:46
02 İyun

Azərbaycan və ABŞ arasında iqtisadi tərəfdaşlığın strateji inkişaf prioritetləri nəzərdən keçirilib  

16:45
02 İyun

Azərbaycan ilə Özbəkistan arasında strateji müttəfiqlik münasibətlərinin cari vəziyyəti müzakirə edilib  

16:45
02 İyun

Fövqəladə hallar naziri Xırdalanda vətəndaşların müraciətlərini dinləyib

16:44
02 İyun

BDYPİ küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib

16:41
02 İyun

IRENA və CECECO arasında əməkdaşlıq memorandumu imzalanıb

16:32
02 İyun

Bakı Enerji Həftəsində təmiz enerji innovasiyaları və regional əməkdaşlıq müzakirə olunub

16:29
02 İyun

İrakli Kobaxidze: Bakı-Tbilis-Qars dəmir yolunun tam istifadəyə verilməsi strateji tərəfdaşlığın növbəti bariz nümunəsidir  

16:23
02 İyun

Beynəlxalq Prokurorlar Assosiasiyasının nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir  

16:22
02 İyun

Azərbaycan və Özbəkistan yeni işə salınan Batareya Enerji Saxlanc Mərkəzləri ilə bağlı təcrübə mübadiləsi edib  

16:21
02 İyun

Almaniyada rekord sayda - 13,3 milyon insan yoxsulluq həddindən aşağı yaşayır  

16:20
02 İyun

“PetroCouncil”in rəhbəri: Qazaxıstan neftin BTC kəməri ilə nəqlini artırmaq niyyətindədir  

16:19
02 İyun

Bakı–Tbilisi–Qars dəmir yolu xətti modernləşdirilmədən sonra istifadəyə verilib  

16:18
02 İyun

Cəbrayılda tikilən günəş elektrik stansiyası neft-qaz terminalının dekarbonizasiyasına töhfə verəcək  

16:17
02 İyun

Seneqalda yeni hökumət qurulub

16:09
02 İyun

Sülh nə vaxt olacaq?

16:01
02 İyun

BP: BTC kəmərinin operatorluğunun SOCAR-a təhvil verilməsi qrafikə uyğun davam edir

15:55
02 İyun

Dünya neft ehtiyatlarında kəskin azalma ilə üzləşə bilər

15:41
02 İyun

“Bakı Enerji Həftəsi” Azərbaycanın artan qlobal rolunu bir daha nümayiş etdirir

15:40
02 İyun

Kreml xüsusi hərbi əməliyyatın sona çatması ehtimalını açıqlayıb

15:39
02 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!