Müasir qəsəbəyə qaranlıq küçələr yaraşmır...
Dağlıq Qarabağ münaqişəsi başlayandan biz kəlbəcərlilər də olmazın əziyyətlər çəkdik: əzizlərimizi, torpağımızı itirdik, ata-baba yurdumuzdan didərgin düşdük. İndi respublikamızın müxtəlif bölgələrində məskunlaşıb geri dönəcəyimiz günü səbirsizliklə gözləyirik.
İlk illər çox ağır keçsə də, dövlətimiz dirçəlib gücləndikcə diqqət və qayğı ilə əhatə olunduq. Məcburi köçkünlər üçün müasir qəsəbələrin salınması həyatımızı xeyli yüngülləşdirib. Belə qəsəbələrdən biri Gəncə ərazisindədir. 1500 ailəlik və hər bir infrastrukturu olan qəsəbədə mənim də ailəmə ev verilib.
Hörmətli redaksiya!
Artıq üç ilə yaxındır ki, burada yaşayırıq. Qeyd etdiyim kimi, yaşayış məntəqəsinin hər cür şəraiti, rahatlığı var. Amma təəssüf ki, axşam düşəndə qəsəbənin gözəl və yaraşıqlı küçələri qaranlığa qərq olur. Xüsusilə qış aylarında - günün işıqlı vaxtının az olduğu dövrlərdə bu hal sakinlər arasında çox narahatlıq doğurur.
Bununla əlaqədar bir neçə dəfə Kəlbəcər Rayon İcra Hakimiyyətinə müraciət etmişik. Orada bizə küçə işıqlarının Gəncə regional elektrik şəbəkəsi tərəfindən söndürüldüyü bildirilib. Səbəbini də qəsəbənin küçələrinin işıqlandırılması üçün vəsaitin idarənin hesabına köçürülməməsi ilə izah ediblər. İndi bilmək istəyirik, bu vəsaiti hansı təşkilat köçürməlidir və nəyə görə bu vaxta qədər bunu etməyib? Ən başlıcası isə nəhayət, nə vaxt qəsəbədə küçələr işıqlandırılacaq?
Müasir görkəmli qəsəbəyə belə qaranlıq küçələr heç yaraşmır. Xahiş edirik, bu problemin həllində qəsəbə sakinlərinə kömək edəsiniz.
Musa ƏZİZOV,
kəlbəcərli məcburi köçkün
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!