15 Oktyabr 2023 09:10
718
SİYASƏT
A- A+
Müasir, bütöv Azərbaycanın qurucusu

Müasir, bütöv Azərbaycanın qurucusu

 

Azərbaycanın müstəqil dövlət kimi inkişafının ən çətin dövrü Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. 1993-cü ildə müstəqilliyinin üçüncü ilini yaşayan Azərbaycan Respublikasının mövcudluğu böyük təhlükə altında idi və hər kəs bunu anlayırdı. Məhz belə bir dövrdə Ümummilli Lider Heydər Əliyevin xalqın ümid dolu çağırışı ilə Azərbaycan Respublikasının rəhbərliyinə gəlməsi və həyata keçirdiyi təxirəsalınmaz tədbirlər bu təhlükənin qarşısını aldı. Amma iqtisadiyyatı tamamilə dağıdılmış, talan edilmiş ölkəni ayağa qaldırmaq üçün hələ çox iş görülməli idi. İqtisadi tənəzzülün qarşısı alınmalı, inkişafın əsası yaradılmalıydı. Bununla yanaşı, ölkənin siyasi və hərbi təhlükəsizliyi də təmin edilməli idi. 
Həmin dövrdə yeni neft strategiyasının hazırlanması və xarici sərmayələrin neft sənayesinin inkişafına cəlb edilməsi ölkəmizin gələcək inkişafı və siyasi-iqtisadi müstəqilliyi üçün olduqca əhəmiyyətli bir məsələ idi. Ona görə də 4 oktyabr 1993-cü ildə keçirilən prezident seçkilərində seçicilərin 98 faizdən çoxunun səsini qazanaraq Prezident seçilən Heydər Əliyev milli təhlükəsizliyi və iqtisadi inkişafı təmin etmək məqsədilə qısa müddət ərzində yeni neft strategiyasının hazırlanmasını və gerçəkləşdirilməsini prioritet məsələ kimi müəyyən etdi. Bu məqsədlə xarici ölkələrin neft şirkətləri ilə əlverişli şərtlərlə ölkə iqtisadiyyatına xarici sərmayə qoyuluşuna nail olmaq üçün danışıqlar aparılmalı idi. Danışıqlar zamanı ölkənin milli maraqları tam təmin edilməli idi. Lakin Azərbaycan Respublikasının 1993-1994-cü illərdəki siyasi və iqtisadi vəziyyəti bunun üçün əlverişli deyildi. Burada bərabərhüquqlu tərəf kimi danışıqlarda uğur qazanmağın yeganə vasitələri peşəkar diplomatiya və siyasi nüfuz idi. Ümummilli Lider Heydər Əliyevin dünyada siyasi lider kimi kifayət qədər tanınması və böyük nüfuza malik olması, onun danışıqlarda uğur qazanmaq məharəti həlledici amillər idi. Ölkədəki siyasi vəziyyət onun uzun müddət xarici ölkələrə danışıqlara getməsinə imkan vermirdi. Dövlət üçün belə bir mühüm taleyüklü məsələnin həllində milli maraqlara sadiq və  kifayət qədər səriştəli diplomata ehtiyac var idi. Bu məqamda bu böyük məsuliyyəti bütün ağırlığı ilə çiyinlərində şərəflə daşıya biləcək siyasətçi kimi seçim İlham Əliyevin üzərində oldu. İlham Əliyev 1994-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti vəzifəsində çalışırdı. 
Dünyanın neft sənayesinin nəhəng şirkətləri ilə əlverişli sazişlərin imzanlanması istiqamətində aparılan danışıqlarda İlham Əliyevin Azərbaycan Respublikasının milli maraqlarına xidmət edən qərarların qəbul edilməsinə nail olması onun həm də mahir diplomat olduğunu göstərdi. Çünki həmin dövrdə Azərbaycana qarşı çox ciddi təzyiqlər var idi. Hətta bir neçə dəfə dövlət çevrilişinə və Prezident Heydər Əliyevin həyatına sui-qəsd cəhdləri də olmuşdu. Amma bütün bunlara baxmayaraq, siyasi iradə nümayiş etdirən Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə işləyib hazırladığı, Azərbaycan Respublikasının müstəqilliyinin möhkəmləndirilməsini, xalqın təhlükəsiz və firavan həyatını təmin edəcək neft strategiyası 1994-cü il sentyabrın 20-də tarixi "Əsrin müqaviləsi" ilə nəticələndi. Bu hadisə təkcə iqtisadi əhəmiyyət daşımırdı, həm də mühüm siyasi əhəmiyyətə malik idi və müstəqil dövlətin siyasi, iqtisadi və informasiya blokadasından çıxarılması baxımından son dərəcə zəruri və tarixi hadisə idi. Bu tarixi hadisə Azərbaycanın müstəqil siyasət yürüdəcək bir dövlət kimi dünyaya çıxışının qarşısını almağa çalışan qüvvələrin məkrli planlarını alt-üst etdi. 
Prezident İlham Əliyevin iştirakı ilə 2006-cı il iyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihəsi olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin təntənəli açılış mərasimi keçirildi. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionundakı mövqeyini xeyli dərəcədə gücləndirdi və Cənubi Qafqazın liderinə çevirdi. Çünki BTC mühüm texniki-iqtisadi əhəmiyyətə malik olmaqla yanaşı, həm də böyük siyasi məzmun kəsb edirdi. Belə ki, bu kəmər dünya dövlətləri ilə Azərbaycanın yeni münasibətlərinin qurulmasına təkan verərək ölkəmizin xarici siyasətinin güclənməsinə və təsir dairəsinin genişlənməsinə gerçək zəmin yaratdı.
Azərbaycanın müstəqilliyini həzm edə bilməyən xarici dairələr ölkə daxilində milli maraqlardan deyil, şəxsi maraqlardan çıxış edən hakimiyyət hərislərinə və onların vasitəsilə baş verən hadisələrin mahiyyətini kifayət qədər düzgün qavraya bilməyən müəyyən qrup insanlara maliyyə dəstəyi göstərərək öz planlarını həyata keçirmək üçün əlverişli şəraitin yaranmasını gözləyirdi. Belə bir imkan kimi 2003-cü ildə baş tutacaq prezident seçkiləri nəzərdən keçirilirdi. Amma demokratik seçkilərdə qalib gəlmək imkanlarının olmadığını anlayan bəzi "qüvvələr" ictimai-siyasi sabitliyi pozaraq qarışıqlıq, çaşqınlıq yaratmaq və hakimiyyəti ələ keçirmək haqqında düşünürdülər. Ona görə ki, bir tərəfdən artıq Azərbaycanda dövlət çevrilişinin həyata keçirilməsi mümkün deyildi, digər tərəfdən isə seçkilər nəticəsində "demokratik qüvvələr"in hakimiyyətə gətirilməsi əsl niyyətin pərdələnməsi üçün ən "yaxşı vasitə" hesab edilirdi.
Belə bir məqamda Ümummilli Lider Heydər Əliyev 2003-cü ildə müstəqil siyasətə malik güclü dövlətin gələcək inkişafına yönəlmiş tarixi qərar qəbul etdi. O, xalqa müraciət edərək milli həmrəyliyi və dövlətçiliyi möhkəmləndirmək istiqamətində həyata keçirilən siyasətin davamlı və dayanıqlı olması üçün özünün siyasi varisini elan etdi. Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqına 1 oktyabr 2003-cü il tarixli müraciətində deyirdi: "Üzümü Sizə - həmvətənlərimə tutaraq, qarşıdan gələn prezident seçkilərində Prezidentliyə namizəd, mənim siyasi varisim, Yeni Azərbaycan Partiyası Sədrinin birinci müavini İlham Əliyevi dəstəkləməyə çağırıram. O, yüksək intellektli, praqmatik düşüncəli, müasir dünya siyasətini və iqtisadiyyatını gözəl bilən, enerjili və təşəbbüskar bir şəxsiyyətdir. Sizi əmin edirəm ki, həm İlham Əliyev, həm də Yeni Azərbaycan Partiyası bundan sonra da xalqımızın ən layiqli övladlarını öz ətrafında sıx birləşdirərək Azərbaycan dövlətinin inkişafı və xalqımızın firavanlığı yolunda çox işlər görəcəklər. İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm".
Dövlətin möhkəmlənməsində, ələlxüsus da yeni qurulan milli dövlətin təşəkkülündə siyasi varislik həlledici amildir. Azərbaycan 1991-1993-cü illərdə bu problemi yaşamışdı və onun ağır nəticələrini görmüşdü. Azərbaycan xalqı tarixin bu acılarını unutmamışdı və Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə siyasi hakimiyyətə qayıdaraq həm qardaş qırğınının, həm də dövlətçiliyin məhv olmasının qarşısını xalqla birlikdə aldığını, vətəndaşların təhlükəsizliyini təmin etdiyini, ölkəni xaosdan sabitliyə və inkişaf yoluna necə çıxardığını yaxşı bilirdi. Bu baxımdan 2003-cü ilin prezident seçkiləri dövlətimiz üçün növbəti tarixi sınaq dövrü idi desək, qətiyyən yanılmarıq. Bəzi xarici dairələr və onların maliyyələşdirdiyi antimilli qruplaşmalar hesab edirdilər ki, Ümummilli Lider Heydər Əliyev kimi nəhəng siyasətçidən sonra Azərbaycanı istədikləri kimi idarə edə biləcəklər. Bu, əslində, müstəqil Azərbaycan dövlətinin "ölüm-dirim" savaşı idi. Bu, xeyirlə şərin, işıqlı dünya ilə qaranlıq dünyanın savaşı idi. Bütün bu təhlükələrin qarşısını ala biləcək, xalqı öz ətrafında sıx birləşdirərək milli maraqları, dövlətçiliyi qoruyub inamla inkişaf etdirərək işıqlı gələcəyə doğru irəli aparacaq siyasi liderin meydana çıxması və bu məsuliyyəti çiyinlərinə götürməsi zamanın tarixi zərurəti idi. 
Məhz tarixin həlledici məqamında Ümummilli Lider Heydər Əliyevin gənc, müstəqil, tənqidi və yaradıcı təfəkkürə, siyasi iradəyə, kifayət qədər siyasi və diplomatik təcrübəyə, elmi dünyagörüşünə malik, milli adət-ənənələrə sadiq xarizmatik siyasi liderin - İlham Əliyevin Prezidentliyə namizədliyini irəli sürməsi təsadüfi deyildi. İlham Əliyevin Prezident seçilənə qədərki siyasi fəaliyyətinə diqqət yetirsək, görərik ki, o, qısa müddət ərzində müstəqilliyini yenicə qazanmış, amma ağır siyasi-iqtisadi böhran içində olan gənc dövlətin həm iqtisadi, həm də siyasi həyatında kifayət qədər əhəmiyyətli işlər görmüşdür.
İlham Əliyev 1994-2003-cü illərdə nəinki ölkədə, eyni zamanda beynəlxalq aləmdə tanınmış güclü iradəyə malik siyasətçi kimi tanınırdı. 
İlham Əliyev 1995-2000-ci illərdə Milli Məclisin deputatı, 1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti, 1999-cu ildə hakim Yeni Azərbaycan Partiyası Sədrinin müavini, 2001-ci ildən sədrin birinci müavini idi. İlham Əliyev Azərbaycanda Olimpiya hərəkatının inkişafında, beynəlxalq idman yarışlarında ölkəmizin tanınmasında və Azərbaycanın dostlarının sayının artmasında, həm də bacarıqlı təşkilatçı kimi yeni münasibətlərin qurulmasında genişmiqyaslı işlər görmüşdü və bu gün də bu işlər uğurla davam etdirilir. 
Xüsusilə İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan Respublikasının Milli Məclisinin 2001-2003-cü illərdə nümayəndə heyətinin rəhbəri olduğu dövrdə  siyasi fəaliyyətinin bəzi məqamlarına diqqət yetirmək istərdik. AŞ PA-ya üzv dövlətləri təmsil edən siyasi qüvvələrin bir çoxunun Azərbaycana münasibəti heç də birmənalı deyildi. Azərbaycana təzyiq etməklə öz maraqlarını gerçəkləşdirmək istəyən bəzi xarici dairələrin siyasi sifarişləri, həmçinin erməni lobbisinin Azərbaycana qarşı yüz ildən çox davam edən qarayaxmaları nümayəndə heyətimiz üçün əlverişli fəaliyyət mühiti yaratmırdı. Amma süni surətdə yaradılan maneələrə, ikili yanaşmalara, saxta ittihamlara baxmayaraq, 
İlham Əliyev qısa müddət ərzində AŞ PA-da Azərbaycanın mövqelərinin xeyli dərəcədə möhkəmlənməsinə nail oldu. İlham Əliyev Azərbaycanın milli maraqlarından bir dəfə də olsun geri çəkilmədi, dövləti və xalqı müdafiə etdi, xalqımıza və dövlətimizə hörmət qazandırdı. Cəsarətli və obyektiv çıxışları, nümayəndə heyətləri ilə konstruktiv münasibətləri ona böyük hörmət qazandırdı. Əminliklə deyə bilərik ki, İlham Əliyev artıq 2003-cü ildə Avropa siyasət məkanında dərin hörmət qazanmış siyasi iradəyə malik, ədalətli və  obyektiv siyasətçi kimi tanınırdı.
İlham Əliyevin həmin dövrdəki fəaliyyəti haqqında çox danışmaq olar, amma biz yalnız bir məqama xüsusi diqqəti çəkmək istəyirik. Amerikada 2001-ci il sentyabrın 11-də terror hadisəsi baş verəndə Avropa susurdu və AŞ PA-da bu barədə heç kim danışmırdı. AŞ PA-nın plenar iclasında çıxış edən İlham Əliyev qeyd etdi ki, biz hər zaman terrora qarşı mübarizənin tərəfdarı olmuşuq və bu mübarizədə Amerika xalqının yanındayıq. Çünki iki yüz ildir on minlərlə dinc azərbaycanlı erməni terrorçuları tərəfindən öz doğma torpaqlarında qətlə yetirilib, azərbaycanlılar sistemli şəkildə soyqırımına, etnik təmizləməyə məruz qalıblar və terrorun insanlığa qarşı dəhşətli cinayət olduğunu Azərbaycan xalqı çox yaxşı bilir. O bildirdi ki, Avropanın Amerikada törədilmiş terrora susqunluğu bizi həm təəcübləndirir, həm də narahat edir. 
İlham Əliyev tələb etdi ki, AŞ PA bu məsələyə münasibət bildirsin və Avropa dövlətləri də antiterror mübarizəsinə qoşulsun. Yalnız bu çıxışdan və təkidli tələbdən sonra məsələ ilə bağlı AŞ PA münasibət bildirdi. Belə misalları çox çəkmək olar. Onlardan yalnız birini ona görə xatırlatdıq ki, İlham Əliyevin nəinki ölkədə, həm də beynəlxalq aləmdə öz mövqeyi olan güclü siyasi iradəyə malik lider kimi kifayət qədər nüfuzu var idi və o, Azərbaycanın təhlükəsiz və uğurlu inkişafını təmin edə biləcək yeganə siyasi liderdir.
İlham Əliyev həmişə xalqla birlikdə olub və insanlarla səmimi, açıq söhbətlər edib, uğurları da, problemləri də xalqı ilə müzakirə edib və həmişə də öz xalqına arxalanıb. Azərbaycan xalqı İlham Əliyevə böyük hörmət və ehtiram bəsləyir, ona inanırdı. İnanırdı ki, dövlətini, xalqını dərin məhəbbət və sədaqətlə sevən, insanların firavan həyatı üçün çalışan siyasi lider onun xoşbəxt gələcəyini təmin edəcəkdir. Xalq da Ulu Öndər Heydər Əliyevin dediyi kimi, özü qədər ona inanırdı və bu inam bu illər ərzində daha da möhkəmləndi.
İlham Əliyev 2003-cü il prezident seçkilərində böyük səs çoxluğu ilə qalib gələrək xalqın sonsuz inam və etimadını, məhəbbətini qazandığını bütün dünyaya bir daha nümayiş etdirdi. Əslində, bu qələbə işıqlı gələcəyin qaranlıqlar üzərində qələbəsinin təntənəsi idi. Azərbaycanı müstəqil güclü dövlət kimi görmək istəməyən xarici dairələr bundan elə sarsıldılar ki, bu gün də özlərinə gələ bilmirlər. Prezident İlham Əliyevin milli maraqlara xidmət edən uğurlu xarici və daxili siyasəti nəticəsində qazanılan yeni nailiyyətlər milli dövlətçiliyi daha da möhkəmləndirir, məğlubları isə miskin vəziyyətə salırdı. 
Prezident İlham Əliyevin 2004-cü ildə regionların inkişafı ilə bağlı təsdiq etdiyi dövlət proqramı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, insan kapitalının formalaşdırılması, yeni texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılması və digər tədbirlər qısa müddətdə öz bəhrəsini verdi. Təkcə onu qeyd etmək kifayətdir ki, 2006-cı ildə real ÜDM-nin 32.5 faiz artımına görə Azərbaycan dünyada birinci yerə yüksəldi. Əlbəttə, bu iqtisadi inkişaf möcüzəsi dünya ölkələrinin həmin dövrdə müzakirə etdiyi əsas mövzu idi. Bu başlanğıc idi və Prezident İlham Əliyevin uğurlu inkişaf konsepsiyası imkan verdi ki, 2003-cü ildə təqribən 3 milyardlıq dövlət büdcəsi son 20 ildə 10 dəfədən çox artsın və 2023-cü il dövlət büdcəsinin xərcləri 36.624.800 manata çatsın. 
Regionların sosial-iqtisadi inkişafının nəticəsində 2023-cü ildə artıq respublikanın 66 şəhər və rayonunun 55-i yerli xərcləri öz büdcəsi hesabına təmin edir. Halbuki yaxın keçmişdə vəziyyət o qədər də ürəkaçan deyildi: Bakı şəhəri istisna olmaqla bütün rayon və şəhərlər mərkəzləşdirilmiş büdcədən ayrılan maliyyə vəsaiti hesabına yerli xərcləri təmin edirdilər. Deməli, Prezident İlham Əliyevin müəyyən etdiyi və 2004-cü ildən başlayaraq ardıcıl surətdə həyata keçirilən regionların sosial-iqtisadi inkişaf siyasəti qarşıya qoyulan hədəflərə çatmağı təmin edibdir.  
Qısa müddətdə əldə edilən bu iqtisadi yüksəliş bir möcüzə idi, həm də elmi əsaslara söykənən düzgün idarəetmənin nəticəsi kimi təzahür edən möcüzə. İnamla demək olar ki, əhalinin sosial müdafiəsi, dövlət qurumlarının və biznesin normal fəaliyyəti üçün qeyri-neft sektorunu aparıcı amilə çevirmək strategiyası uğurla həyata keçirildi. Bütün bunlar bir daha göstərdi ki, Prezident İlham Əliyevin kifayət qədər güclü siyasi iradəsi, düşünülmüş yeni iqtisadi inkişaf modeli və innovativ, çevik idarəetmə sistemi genişmiqyaslı islahatların davamlı və uğurlu olması üçün qarşıya qoyulan hədəflərə çatmağı təmin etmişdir.  
Prezident İlham Əliyevin təhsil sahəsində həyata keçirdiyi uğurlu islahatlar təhsilin bütün səviyyələrində kəmiyyət və keyfiyyət dəyişikliklərini təmin etdi. Müasir tələblərə cavab verən yüzlərlə yeni ümumtəhsil məktəbləri, məktəbəqədər təhsil müəssisələri, onlarca peşə təhsili müəssisəsi inşa edildi. Peşə təhsili şəbəkəsi sürətlə genişlənir, gənclərin yeni peşələrə yiyələnməsi üçün onun əlçatanlığı təmin edilirdi. Əmək bazarında tələb edilən rəqabətədavamlı mütəxəssis hazırlığı prioritetlərin əsas istiqamətlərindəndir. Bu müddət ərzində ali təhsil müəssisələrinin də maddi-texniki bazası möhkəmləndirilmiş, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsi gücləndirilmişdir. Əsas milli prioritet sahələrdən biri kimi təhsilin inkişafına 2023-cü ilin dövlət büdcəsindən 4 407 164 329,0 manat vəsait ayrılmışdır. Əslində, bu, bilik iqtisadiyyatına yatırılan və rifah cəmiyyətinin davamlı inkişafına yönəlik sərmayə kimi nəzərdən keçirilə bilər.
Prezident İlham Əliyevin milli maraqlara köklənmiş uğurlu xarici siyasəti nəticəsində Azərbaycan Respublikası qısa müddət ərzində beynəlxalq münasibətlər sistemində nüfuzunu artırdı və söz sahibinə çevrildi. Azərbaycanın 2011-ci ildə 155 ölkənin etimadını qazanaraq BMT-nin Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi də məhz ölkəmizin beynəlxalq aləmdə getdikcə artan nüfuzunun və sürətli iqtisadi inkişafının göstəricisi idi. Eyni zamanda Azərbaycan 2016-cı ildə Qoşulmama Hərəkatının liderlərinin yekdil qərarı ilə 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təsisat olan və 120 ölkəni özündə birləşdirən Qoşulmama Hərəkatına Azərbaycanın sədrliyi dövründə yeni təşəbbüslər irəli sürülmüş, təşkilatın dünyada baş verən proseslərin idarə edilməsində və dizaynında rolu əhəmiyyətli dərəcədə artmışdır. 
İlham Əliyevin xarici siyasət strategiyası həm də regionun siyasi statusunu artırmaq, yeni reallıqlar yaratmaq, Qarabağ probleminin həllinə və aparıcı siyasi-iqtisadi güc mərkəzinin yaradılmasına nail olmaq idi. Prezident İlham Əliyevin təşəbbüsü ilə iqtisadi layihələr müstəvisində yaradılan əməkdaşlıq platformaları qonşu ölkələr arasında daha etibarlı münasibətlərin bərqərar olmasını və regionun investisiya cəlbediciliyinin artmasını təmin edir. Bu baxımdan Azərbaycan-Rusiya-İran, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-İran-Türkiyə, Azərbaycan-Türkiyə-Pakistan, Azərbaycan-Türkiyə-Türkmənistan kimi üçtərəfli dialoq platformaları ölkəmizin beynəlxalq statusunun artırılması ilə yanaşı, həm də nəqliyyat, enerji, təhlükəsizlik, ticarət və digər sahələri əhatə edən əməkdaşlıq əlaqələri regionun qlobal geosiyasi xəritəsində yeni statusunu müəyyən edir.
Azərbaycan logistika sahəsində böyük layihələr həyata keçirərək dünyanın nəhəng nəqliyyat hablarından birinə çevrilib. Məsələn, "Şərq-Qərb" nəqliyyat dəhlizi Çinlə Avropa arasındakı ən qısa marşrut olduğundan tranzit və yükdaşıma baxımından səmərəlidir. Orta hesabla 5400 km uzunluğunda olan "Şərq-Qərb" nəqliyyat dəhlizinin tranzit müddəti 15 gündür.
Prezident İlham Əliyevin rəhbərliyi ilə görülmüş genişmiqyaslı işlər, sistemli və ardıcıl tədbirlər, dərin islahatlar nəticəsində hazırda Azərbaycan siyasi və makroiqtisadi baxımdan sabit, təhlükəsiz ölkə, regionun siyasi, iqtisadi və mədəni mərkəzi, irimiqyaslı enerji, nəqliyyat və infrastruktur layihələrinin təşəbbüskarı və fəal iştirakçısı, Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı tərəfdaş, dünya kosmos ailəsinin üzvü, mühüm tranzit qovşağıdır. Bu gün Azərbaycan Respublikası həm də "yaşıl enerji" istehsalçısı və ixracatçısı kimi bir ilkə imza atan dövlətdir.
Əminliklə deyə bilərik ki, qarşılıqlı etimada və milli maraqlara əsaslanaraq müstəqil siyasət həyata keçirən Azərbaycan beynəlxalq aləmdə siyasi sabitliyin, əmin-amanlığın, tərəqqinin, tolerantlığın məkanı kimi tanınır. 
Prezident İlham Əliyev hər zaman qeyd edirdi ki, bizim əsas həll etməli olduğumuz məsələ ölkənin ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsidir və bütün qərarlarımız, həyata keçirdiyimiz tədbirlər bu taleyüklü problemin həll edilməsinə yönəlib. Ona görə də xarici siyasət, iqtisadi inkişafla yanaşı, müasir ordu quruculuğu da sürətlə həyata keçirilirdi. Ümummilli Lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən Azərbaycan Silahlı Qüvvələri  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2003-cü ildən etibarən planlı və ardıcıl şəkildə görülmüş işlər nəticəsində dünyanın ən güclü 50 ordusu sırasına yüksəldi. Azərbaycan Silahlı Qüvvələri yenidən qurulan hərbi sənaye kompleksinin istehsal etdiyi müxtəlif növ hərbi texnika, zirehli maşınlar, pilotsuz uçuş aparatları və atıcı silahlarla təchiz edildi. Bütün bunlar tarixi qələbəni yaxınlaşdırırdı.
Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı. Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin hərb tarixində Zəfər zirvəsidir. 200 il idi ki, böyük qələbəyə ehtiyacı olan və on illər idi ki, ermənilərin hər dəfə müxtəlif azğınlıqları ilə qarşılaşan xalqımız və dövlətimiz, nəhayət ki, qələbəyə imza ataraq tarixi ədaləti bərpa etdi. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və ordumuzun gücü nəticəsində tarixi Zəfərlə sona çatdı.
Prezident İlham Əliyev Qalib sərkərdədir. O, rəşadətli ordusu ilə 44 günlük Vətən müharibəsində erməni miflərini darmadağın etdi. Və bütün dünyaya göstərdi ki, əsl qəhrəman ordu, igid əsgər və zabit sıldırım qayalardan qalxaraq doğma qalanı - Şuşanı azad edən və 8 Noyabr Zəfər tarixini yazan Azərbaycan Ordusudur. Ermənilərin isə bəşər tarixinin heç bir dövründə  nə dövləti, nə ordusu, nə də qəhrəman döyüşçüləri olmuşdur. Ermənilər dünya tarixində ərazisində yaşadıqları dövlətlərə və xalqlara xəyanət edən satqın və terrorçu, quldur dəstələri yaradaraq dəhşətli, inanılmaz qətilamlar törədən, şəhər və kəndləri Yer üzündən silən "lənətlənmiş vəhşi tayfa" adı qazanıblar. Qarabağı döyüş meydanında igidliklə vuruşaraq azad edən, bu tarixi ədalət zəfərini qazanan xalqa, azərbaycanlı gənclərə milli maraqlara zidd olan heç nəyi qəbul etdirmək mümkün deyil. Dünya hərb tarixində yeni səhifə yazmış Müzəffər Ali Baş Komandan xalqı "dəmir yumruq" kimi elə birləşdirib ki, Azərbaycana xor baxanların başını yerindəcə əzməyə hazırdır!
Prezident İlham Əliyev xalqı öz ətrafında birləşdirməyə, vətəndaş həmrəyliyini təmin etməyə nail olaraq, ardıcıl siyasi, iqtisadi və sosial islahatları həyata keçirməyə və davamlı, dayanıqlı iqtisadi inkişafa nail olmuş, Qarabağın Ermənistan tərəfindən 30 ilə yaxın işğalına birdəfəlik siyasət və döyüş meydanında son qoymuş və Azərbaycan Respublikasının ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmişdir. Bu gün Azərbaycan Respublikası regionda yeni geosiyasi reallıq yaratmış və bu reallığa uyğun olaraq yeni siyasi və iqtisadi münasibətlərin qurulmasında həlledici rol oynayır. 
COVID-19 pandemiyası və 44 günlük Vətən müharibəsi dövründə də ölkənin iqtisadi inkişafının dayanıqlılığı, əhalinin sosial müdafiəsi, sağlamlığı, təhlükəsizliyi və ölkənin müdafiə qüdrəti təmin edildi.
Prezident İlham Əliyevin 20 illik Prezidentliyi dövründə Azərbaycan Respublikası qaz idxal edən ölkədən qaz ixrac edən ölkəyə, kredit alan dövlətdən kredit verən dövlətə, Avropanın və bölgənin enerji təhlükəsizliyində mühüm rol oynayan, siyasi qərarların və nəhəng regional layihələrin hazırlanmasında və gerçəkləşdirilməsində söz sahibinə malik müstəqil siyasəti olan siyasi aktora çevrilmişdir.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət və 44 günlük Vətən müharibəsində qazanılan tarixi qələbə nəticəsində torpaqlarımız işğaldan azad edildi və "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin təmin edilməsi məqsədi ilə mühüm tarixi və iqtisadi-siyasi əhəmiyyət kəsb edən sənəd - "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" hazırlandı. Bu tarixi sənəd xalqımız tərəfindən böyük sevinclə qarşılandı və yüksək qiymətləndirildi. Prezident İlham Əliyev deyirdi ki, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. İşğaldan azad edilmiş ərazilərin sürətlə ən yeni texnologiyalar əsasında "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyasına uyğun yenidən qurulması bunun bariz nümunəsidir. Keçmiş məcburi köçkünlər Qarabağa, Şərqi Zəngəzura iftixar və sevinc hissi ilə qalib xalq kimi qayıdır. Ata yurduna əbədi həyat qayıdır!
Azərbaycan hüquqi, demokratik dövlətdir, əsas insan hüquq və azadlıqları tam təmin edilmişdir. Azərbaycan Respublikası demokratik inkişaf yolunda inamla irəliyə doğru addımlayır. Bu yolda bizə dəstək olan xarici dövlətlər və beynəlxalq təsisatlarla bundan sonra da qarşılıqlı, bərabər əməkdaşlıq münasibətlərinə hazırıq. Amma milli maraqlara, müstəqilliyə qarşı yönələn istənilən hərəkətlərə dərhal adekvat cavab veriləcək.
Bu gün müdrik dövlət başçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi nəticəsində müstəqil Azərbaycan dövləti inkişafının yeni dövrünə - İntibah dövrünə qədəm qoyub. Azərbaycan xalqı öz taleyinin sahibidir və Prezident İlham Əliyevin rəhbərliyi ilə bu inkişafda israrlıdır. Onu bu yoldan heç kim və heç nə döndərə bilməz!
Prezident İlham Əliyev 20 illik fəaliyyəti dövründə qarşıya qoyduğu bütün vəzifələri layiqincə yerinə yetirmiş, Azərbaycan dövlətinin ən yeni tarixinin Şərəf və Zəfər tarixini yazmışdır! Hər bir azərbaycanlı öz Prezidenti ilə qürur duyur!
Qalib sərkərdə cənab Prezident İlham Əliyevə Azərbaycan naminə şərəfli və fədakar fəaliyyətində uğurlar arzu edirik! 

Bəxtiyar ƏLİYEV,
Milli Məclisin Elm və təhsil komitəsinin sədri, AMEA-nın müxbir üzvü, professor

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!