13 Aprel 2023 01:07
8319
SİYASƏT
A- A+
Müasir Azərbaycanın memarı

Müasir Azərbaycanın memarı

 

Xalqımızın ən böyük, ən dəyərli xüsusiyyətlərindən biri övladlarının zəhmətinə, fədakarlığına yüksək qiymət verməsidir. Əsrlərlə nəsildən-nəslə ötürülən xalq qəhrəmanları haqqında məlumatlar, məhz Azərbaycan xalqının əzəmətli, mübariz, istedadlı, yaradıcı xalq olduğunu təsdiqləyir.
Xalqımızın hərtərəfli istedad sahibi olduğunu tarixi irsimizdən asanlıqla görə bilərik. Tarixi irsimizin əsasını təşkil edən bir çox amillərdən biri memarlığımızdır. Min illərlə memarlıq sənətinin Azərbaycanda formalaşmış möhtəşəm məktəbləri uzaq Şərqdən yaxın Qərbə, Şimaldan Cənuba kimi təkrarsız abidələr yaratmışdır ki, bu gün də həmin ölkələrin tarixi memarlıq irsinə daxil edilmiş və qorunub saxlanılmaqdadır. Ölkəmizin ərazisində qorunub saxlanılan minlərlə tarixi memarlıq abidəsi bizi çoxundan fərqləndirir. Şəmkirdə, Qəbələdə, Şamaxıda, Naxçıvanda və başqa bölgələrdə min illərlə tarixi olan şəhərlərin qalıqları arxeoloqlarımız tərəfindən aşkarlanmış, tədqiq edilmişdir. Etiraf edək ki, türkdilli xalqlar arasında bu kimi tarixi şəhərsalma mədəniyyətinə malik olan başqa xalq yoxdur.
Belə bir möhtəşəm memarlıq tarixi olan ölkədə 100 il bundan öncə, tariximizdə silinməz iz qoymuş, dünyaşöhrətli siyasətçi Heydər Əliyev dünyaya gəlmişdir. 
Müasir Azərbaycanın memarı!
Gənc yaşlarından qəlbində memarlıq sənətinə yaranmış məhəbbət, ömrünün sonuna qədər onu müşayiət etmişdir. Peşəkar memar olmaq arzusu həyata keçməsə də, memarlıq sənətinə olan qayğısı və diqqəti, memarlara olan hərarətli münasibəti Heydər Əliyevin ömür boyu bu sənətə bağlılığını təmin etmişdir. 
70-ci illəri xatırladaq. Azərbaycan Sovet Sosialist Respublikası, sovet xəzinəsinə verdiyi böyük töhfələrə baxmayaraq, ittifaq mərkəzində ucqar bir əyalət kimi qəbul olunurdu. Respublikaya rəhbərlik etdiyi andan Heydər Əliyev bu münasibəti kökündən dəyişdi. Bundan sonra mərkəz, Azərbaycanın SSRİ miqyasında nə dərəcədə əhəmiyyətli olduğunu anlamağa başladı və bu anlayışa xas münasibətlər yarandı. 
Respublikanın bütün sahələrində böyük quruculuq işləri aparıldı: o cümlədən memarlıq və inşaat sahələrində. Onlarla möhtəşəm ictimai bina, yaşayış rayonu, güclü istehsalat müəssisəsi inşa olundu.
Bunların çoxunun inşası yüksək maliyyə dəyəri tələb etdiyindən,  mərkəzi hökumətin, yəni SSRİ Nazirlər Sovetinin razılığı gərək idi. Bu razılığı hər respublikanın rəhbərləri ala bilməzdi. Heydər Əliyev alırdı. Çünki mərkəzi hökumətin ona olan inamı yüksək idi, fədakarlığı, düzgünlüyü, prinsipiallığı bəlli idi və yüksək qiymətləndirilirdi.
1970-ci illərdə Azərbaycanın mədəniyyətinə böyük diqqət yetirildi. Tarixi abidələrimizin bərpası, onlara böyük qayğı dövlət siyasəti səviyyəsinə qaldırıldı.
Yaxşı yadımdadır, o dövrdə qədim Tiflisin bərpası işləri başlanmışdı. Bakıda isə Heydər Əliyevin təşəbbüsü ilə İçərişəhərə qoruq statusu verilmişdi. Tiflisdə aparılan işlər haqda xəbər tutan Heydər Əliyev bir qrup memarın oraya gedib vəziyyətlə tanış olmaları qərarını verir. Xoşbəxtəm ki, o qrupa mən də daxil edilmişdim. Cavan idim, yaşım 30-dan bir az çox idi. Tiflisdə bizi yüksək səviyyədə qarşıladılar. Gürcüstanın rəhbəri Eduard Şevardnadze bizi şəxsən qəbul etdi və orada olduğumuz üç gün ərzində respublikanın ən yüksək rütbəli məmurları bizi müşayiət etdilər. Bu, təbii idi. Axı biz Heydər Əliyev tərəfindən oraya göndərilən mütəxəssislər idik. 
Bakıya dönəndən sonra Heydər Əliyev bizi qəbul etdi, fikirlərimizi diqqətlə dinlədi. Bizə bildirdi ki, xüsusi qurum yaratmaq fikrindədir: "Bərpaçı" qurumunu.
Sonra da həyat elə qərar verdi ki, o gələcək qurumun əsasnaməsinin hazırlanması mənə və həmkarım Sənan Sultanova tapşırıldı. 10 gün müddətində Mərkəzi Komitənin binasında bizə ayrılmış xüsusi otaqda əsasnamənin ilkin versiyasını hazırladıq.
Həmin vaxtda Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsinin binası inşa olunurdu. Layihənin müəllifi tanınmış ustad Tahir Abdullayev idi. Amma Heydər Əliyevi layihənin bəzi məqamları məmnun etmirdi. O, milli memarlıq irsimizin fasadlarda daha geniş istifadəsini tələb edirdi.
Sovet ideologiyası milli xüsusiyyətlərin aradan qaldırılması istiqamətində siyasət aparsa da, Heydər Əliyev bu siyasətə zidd olan öz ideologiyasını həyata keçirirdi.
Hər hansı bir yeni inşa olunan binada Azərbaycanın milli memarlıq elementlərinin müasirləşdirilmiş formada tətbiq olunmasını tələb edirdi. Deyirdi:
- Binaya baxan həmin an görməli və etiraf etməlidir ki, bu, Azərbaycan memarlığıdır.
MK-nin binasının fasadlarının variantlarının hazırlanması bir neçə nəfərə tapşırıldı. Yenə də o qrupa məni daxil etdilər. Bir müddət keçəndən sonra təkliflərimi bəyənsə də, Heydər Əliyev Moskvaya getdi, Sov.İKP MK-nin Siyasi Bürosunun üzvü seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edildi. Bununla da bina ilkin layihə üzrə tamamlandı.
1980-ci illərdə yaddaşımda silinməz iz buraxan bir hadisə baş verdi. O zamanlar nankor qonşularımız Naxçıvanda Sədərək qəsəbəsinin yaxınlığında sərhədlərimizdə təxribata başlamışdılar. Heydər Əliyev düz sərhəddə yeni müasir qəsəbənin tikilməsi qərarına gəlmişdi. Və o layihə üzərində çalışmaq şərəfi də mənə qismət olmuşdu.
Layihə ilə tanış olanda Heydər Əliyev artıq Azərbaycanın rəhbərliyində deyildi. Moskvada çalışırdı. Və çox güman ki, onun təkidi olmasaydı, bu layihə də həyata keçməyəcəkdi. Lakin Heydər Əliyev hələ 80-ci illərin əvvəlində sonradan baş verəcək faciələri, təcavüzü görərək tikintinin başlanması əmrini verdi. Yeni Sədərək qəsəbəsi inşa olundu. Müharibə zamanı ermənilər onu minomyot atəşi ilə dağıtdılar. Lakin sonradan qəsəbə bərpa olundu və bu gün də Heydər Əliyevin uzaqgörənliyinin əyani abidəsidir.
Heydər Əliyevin sənətçilərimizə olan münasibəti hamıya bəllidir. Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Tahir Salahov və başqaları onun təşəbbüsu ilə SSRİ-nin ali mükafatı - Sosialist Əməyi Qəhrəmanı "Qızıl Ulduz"la təltif olunmuşdular. SSRİ məkanında bu yüksək təltifə layiq görülmüş yeganə memar azərbaycanlı Mikayıl Üseynovun olduğunu çoxları bilmir. Eyni zamanda SSR Xalq memarı fəxri adını almış ilk dörd nəfərdən biri də Mikayıl Üseynov olmuşdur. Bu, Azərbaycan memarlığına Heydər Əliyevin yüksək münasibətinin əyani sübutu idi. 
Müstəqillik dövründə Ulu Öndərlə ilk görüşümüz 1993-cü ilin sentyabrında baş verdi. O vaxt mən Bakının baş memarı vəzifəsində çalışırdım. Prezident seçkiləri artıq keçirilmiş və xalq tərəfindən Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçilmişdi. Amma hələlik Milli Məclisin binasında otururdu.
Bir gün oradan zəng vurdular və saat 17:00-da Heydər Əliyevin qəbul otağında olmağımı bildirdilər. Qəbul otağında çoxlu insanlar var idi. Bəzilərini tanıyırdım. Bəlli oldu ki, müşavirə seçkidən sonra gərək olacaq tədbirlərlə, o cümlədən andiçmə mərasiminin hazırlanması ilə bağlıdır. O vaxt Bakı Şəhər İcra Hakimiyyəti başçısı vəzifəsinə təzə təyin edilmiş Rafael Allahverdiyevlə birgə içəri daxil olduq. Heydər Əliyev kabinetinin mərkəzində durub hamıyla bir-bir salamlaşdı.
Rafael Allahverdiyev məni təqdim etdi:
- Elbay Qasımzadə, Bakının baş memarı.
Heydər Əliyev gülümsəyib salamlaşdı:
- Mən onu tanıyıram. Birgə çox işlər görmüşük.
Bizim son görüşümüzdən 10 ildən çox keçsə də, Heydər Əliyevin yadındaydım. Fəxr edirəm ki, Heydər Əliyevin ilk andiçmə mərasiminin tərtibatı da mənə tapşırılmışdı. Baxmayaraq ki, məni qəbul etməyən, keçmiş komandadan qalmış adam kimi qiymətləndirənlər kifayət  qədər idi. Heydər Əliyev mənim peşəkarlığıma və heç vaxt siyasətə qarışmamağıma yüksək qiymət verirdi və mənə inamla yanaşırdı.
Hesab edirəm ki, 1993-2001-ci illərdə Heydər Əliyevin rəhbərliyi altında çalışdığım dövr həyatımın ən məsuliyyətli, eyni zamanda ən şərəfli dövrü idi.
2001-ci ilin may ayında baş memar vəzifəsini tərk etdim, həmin ilin iyul ayının 16-da Ümummilli Lider Heydər Əliyev məni "Şərəf" ordeni ilə təltif etdi.
Heydər Əliyevin memarlıq sənəti ilə bağlantısı o dərəcədə möhkəm idi ki, bu barədə xeyli danışmaq olar. Amma müstəqillik dövrünə aid bir hadisəni bu yazıda xatırlatmaya bilmərəm.
1998-ci ilin aprel ayının 18-i idi. Prezidentin köməkçisi Tariyel Ağayev mənə zəng vurub dedi:
- Saat 16:00-da Şəhidlər xiyabanında olmalısınız. Cənab Prezidentin tapşırığı var.
Görüşümüzə Heydər Əliyev belə başladı:
- Səkkiz ildir 20 Yanvar faciəsi baş verib. Niyə indiyə kimi burada abidə ucaldılmayıb? Kimi gözləyirsiniz? Mənmi bunu sizə deməliyəm? Bu insanlar ölkənin müstəqilliyi yolunda canlarından, qanlarından keçiblər. Budur bizim onların müqəddəs xatirəsinə verdiyimiz qiymət?
Burada deməliyəm ki, 1990-cı ilin 20 Yanvar faciəsindən həmən sonra bir qrup memar və bizimlə birgə tanınmış heykəltaraş akademik Ömər Eldarov abidə mövzusunda yaradıcılıq işinə başlamışdı. Lakin təklifimizi yalnız 1998-ci ilin yanvar ayının 20-də Heydər Əliyev Şəhidlər xiyabanını ziyarət etdiyi zaman ona çatdırdıq. Baxıb bir fikir söyləmədi. Amma bununla bağlı görüşümüzün olacağını bildirdi.
O tarixi görüş zamanı Heydər Əliyev gələcək abidənin həm mənəvi, həm siyasi əhəmiyyəti haqda çox ətraflı söhbət apardı. Layihənin hazırlanması üçün bizə qısa bir zaman verdi. Hazırladığımız layihə ilə tanış olub bəyəndi və sərəncamı ilə tikintiyə vəsait ayırdı. Bizim tikintiyə iki ay vaxtımız var idi.
İnşaatçılar əsl fədakarlıq nümunəsi göstərdilər. Fəhlələr evə getmirdilər. İş gecə-gündüz davam edirdi. Olurdu ki, gecə saat 3-də meydançaya gəlirdim və görürdüm ki, iş qaynayır. Nəticədə biz tikintini 45 günə tamamladıq.
Təntənəli açılış mərasimi zamanı Heydər Əliyev görülən işi çox bəyəndiyini bildirdi və abidənin müəllifləri Nazim Vəliyevi, Akif Abdullayevi və məni böyük hərarətlə təbrik etdi və təşəkkürünü bildirdi. Sözünün sonunda gülə-gülə dedi:
- Amma boynunuza alın ki, bu abidənin müəllifi mənəm. Mən fikirlərimi sizinlə bölüşüb, abidənin obrazı haqda təsəvvürümü çatdırdım. Siz isə peşəkarlıqla mənim fikirlərimi memarlıq formasına saldınız.
Bu doğrudan da belə idi və mən etiraf etdim:
- Bəli, cənab Prezident. Siz tam haqlısınız. Əsas müəllif sizsiniz, çünki fikirlərinizi elə dəqiqliklə, elə açıq bildirdiniz ki, biz bunları memarlıq formasında həyata keçirməkdə heç bir çətinlik çəkmədik.
Düşünürəm ki, o dövlət ki, o xalq ki öz yaradıcısına memar adı verib, yaradıcı və qurucu dövlətdir, xalqdır.
20 ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev xalqının yaradıcılıq, quruculuq bacarığına, həvəsinə arxalanaraq ölkədə ölçüyəgəlməz dərəcədə işlər görür. Şəhərlərimiz, qəsəbələrimiz gündən-günə inkişaf edir, onların memarlıq siması yeni, möhtəşəm  bina və qurğularla zənginləşir.
Ölkəmizdə dünyanın bir çox inkişaf etmiş dövlətlərindən fərqli olaraq, tarixi irsin qorunub saxlanılması, bərpası dövlət siyasətinin ayrılmaz hissəsi olaraq, birbaşa Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın diqqəti mərkəzindədir.
Bu gün Şərqi Zəngəzurda və Qarabağda aparılan böyükmiqyaslı işlər də xalqımızın mətinliyini, bacarığını göstərir.
30 il ərzində ərazilərimizi talan edən düşmənin gözü qarşısında yeni şəhərlər, qəsəbələr yaranır, abidələrimiz bərpa olunur.
Bunun bir çox səbəbləri var. Amma əsasında duran amil odur ki, müasir Azərbaycanın memarı Heydər Əliyev olmuşdur!

Elbay QASIMZADƏ,
Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri, Əməkdar memar

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

Dohada Asiya Parlament Assambleyasının Büdcə Daimi Komitəsinin iclası keçiriləcək  

15:35
17 Dekabr

Avropa İttifaqı qazın 13 faizini və neftin 2 faizini Rusiyadan alır  

15:34
17 Dekabr

Prokurorluq orqanları arasında beynəlxalq əməkdaşlıq genişlənir  

15:29
17 Dekabr

Peyklər orbitdə sıxlıq səbəbindən hər 2,8 gündən bir toqquşa bilər  

15:19
17 Dekabr

Gürcüstan yol-nəqliyyat hadisələrinin sayına görə Avropada birincidir  

15:13
17 Dekabr

Azərbaycanda ötən mövsüm futbolçulara ən çox əməkhaqqı ödəyən klub "Neftçi" olub  

15:01
17 Dekabr

Qırmızı Bazarda daha 18 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB

14:57
17 Dekabr

Azərbaycan klublarının gəlirləri artıb

14:51
17 Dekabr

Hadrutda daha 6 ailəyə evlərinin açarları təqdim olunub  

14:41
17 Dekabr

Böyük Qayıdış: Daha 45 nəfər Ağdam sakini doğma yurda qovuşub  

14:31
17 Dekabr

Mütəşəkkil dəstə üzvlərindən 47 kiloqram narkotik vasitə aşkarlanıb  

14:19
17 Dekabr

Çində dünyanın ən böyük buz və qar sərgisi başlayıb  

14:19
17 Dekabr

BDYPİ: Yolda təhlükəsizliyə ən böyük təhdid sürücünün sükan arxasında yorğun və yuxusuz olmasıdır  

14:09
17 Dekabr

Muxtar Babayev: COP təcrübəmizi bölüşmək üçün Türkiyə və Efiopiya komandaları ilə danışıqlara başlamışıq 

13:47
17 Dekabr

Hindistan rupisi dünyanın ən zəif göstəricilərə malik valyutaları arasındadır  

13:34
17 Dekabr

Azərbaycan FIFA-nın plenar sessiyasında təmsil olunur  

13:13
17 Dekabr

Sabah hava əsasən yağmursuz keçəcək

13:03
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!