19 Mart 2023 02:37
2664
Mədəniyyət
A- A+
Mövsüm  mərasimləri

Mövsüm  mərasimləri

 

Şifahi yaradıcılıqda əmək nəğmələrindən sonra mühüm yeri təbiəti dərketmə ilə, ayin, etiqad və mərasimlərlə bağlı nəğmələr tutmuşdur. Zaman-zaman bu hadisələri qavramaq, dərk etmək və sanki özünə tabe etdirmək məqsədilə insanlar ilk, ibtidai inanc və etiqadlarını, ayin və mərasimlərini yaratmış və onlar şifahi yaradıcılıqda öz əksini tapmışdır. 

Xalq ədəbiyyatında həmin inam və etiqadlarla bağlı silsilə nəğmələr yaranmışdır ki, onların yalnız bir qismi bu günümüzə qədər gəlib çatmışdır. Mərasim nəğmələri adlanan bu poetik nümunələr öz mövzu və məzmun xüsusiyyətlərinə görə əsasən iki qrupa bölünür ki, bunlar mövsüm və məişət mərasimi nəğmələridir. Mövsüm mərasimi nəğmələri daha çox xalqın gündəlik həyatı ilə bağlı yaranmış, bir sıra erkən görüşləri, o cümlədən animistik, antropomorfik, mifoloji düşüncəni özündə əks etdirmişdir. Mərasim nəğmələri arxaik düşüncənin poetik ölçü və qəliblərin, poetik üslub və ifadə modellərinin ən erkən tiplərini ifadə edir, xalqların etik-estetik dünyagörüşü, əxlaqı, ritual və etiqadlarını sistem halında ifadə edir. Tədqiqatlarda erkən estetik düşüncəni və məişət əxlaqi detallarını əks etdirmək baxımından mövsüm mərasimi nəğmələri iki şəkildə nəzəri cəlb edir: ayrı-ayrı təbiət hadisələri və etiqadlarla bağlı yaranan nəğmələr və ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran nəğmələr. Ayrı-ayrı təbiət hadisələri və etiqadlarla bağlı yaranan nəğmələrə yağışın yağması, günəşin çıxması, küləyin əsməsi, göyün guruldaması, eləcə də oda, suya, küləyə və torpağa inamla bağlı yaranan nəğmələr daxil edilir. Belə nümunələrin birində, məsələn, Günəşə etiqadla bağlı aşağıdakı mətndə antropomorfik görüşlərin izləri diqqəti cəlb edir:

Gün çıx, gün çıx,
Kəhər atı min, çıx,
Oğlum qayadan uçdu,
Qızım təndirə düşdü.
Keçəl qızı qoy evdə,
Saçlı qızı götür, çıx.
Gün getdi su içməyə,
Qırmızı don biçməyə... 

Yellə, küləklə əlaqədar yaranan nəğmələrdə isə küləyin çağırış motivi əsas yer tutur: 

A yel baba, yel baba,
Qurban sənə, gəl, baba,
Taxılımız yerdə qaldı,
Yaxamız əldə qaldı.
A yel baba, yel baba,
Qurban sənə, gəl, baba....  

İkinci bölgüdə ilin müəyyən fəsillərində xalqın birgə əməyini yekunlaşdıran nəğmələr yer almışdır ki, onlar əmək mövsümlərinin başlanması və ya məhsulun yığılması ilə bağlı yaranan nəğmələri əhatə edir. Mənbələrə görə, erkən dövrlərdən türk tayfaları içərisində əsasən ilin iki mövsümü, yazın gəlişi, yeni əmək mövsümünün başlanması və payızda məhsulun yığılıb başa çatması ilə bağlı mərasimlər, bayramlar keçirilərdi. Bu bayramlar xalq arasında xüsusi təntənə ilə qeyd olunurdu. Ən önəmlisi isə odur ki, bu bayramların keçirilməsi ilə paylaşmaq düşüncəsi - imkansızlara kömək etmək, onlara pay vermək, bayram günü hər kəsin evində süfrə açılması amalı ilə əlaqədar idi. 
Şifahi və yazılı ədəbiyyatımızın nadir qaynaqlarından olan "Dədə Qorqud" oğuznamələrində bəzi mərasimlərin izlərini müəyyən etmək olar. Məsələn, "Dirsə xan oğlu Buğac" boyunda belə bir süjetə rast gəlmək olur ki, "hər il bir yazda , bir də payızda buğa ilə buğranı savaşdırırlar. Bayandır xan Qalın Oğuz bəylərilə tamaşaya baxır, əylənirdi" ("Kitabi- Dədə Qorqud", 1988:36). Hesab edirik ki, bu, türk xalqları arasında payızda və yazda keçirilən mövsüm mərasimi, yaxud meydan tamaşası ilə bağlı kiçik bir nümunə kimi diqqəti cəlb edir. 
Azərbaycan ərazisində zərdüştiliklə bağlı keçirilən bayramlar arasında Mehrikan bayramı xüsusi qeyd olunmalıdır. 
Erkən düşüncədə yeni əmək mövsümünün başlanması ilə bağlı mərasim və nəğmələr arasında "Şum mərasimi", "Saya mərasimi" və onları bəzəyən nəğmələr diqqəti daha çox cəlb edir . "Novruzqabağı nəğmələr" adı ilə tanınan həmin nəğmələr də üç yerə ayrılır - "Çillə nəğmələri", "İlaxır çərşənbə nəğmələri" və "Bayram məişəti nəğmələri".
Xalq yaradıcılığında mərasim poeziyasında arxaik əmək nəğmələrinin də böyük təsiri olmuşdur ki, bunlara həm cüt nəğmələri, həm də holavar deyilir. 
Xalq yaradıcılığında ən qədim mərasimlərdən biri də qoyunçuluqla bağlı icra olunan sayaçı mərasimidir. Bu mərasim qoyunların quzuladığı vaxtda keçirilərdi.

Bu saya kimdən qaldı?
Adəm atadan qaldı.
Adəm ata gələndə
Musa çoban olanda
Qızıl öküz duranda
Qızıl buğda bitəndə
Dünya bünyad tapanda... 

Xalqın yaddaşında "Saya yaradan, soy qurandır", "Saya qurbanı pirdə olar" "Saya yandıran çıraq öləziməz", "Sayanın varı davar, dağın varı qar", "Gözü tox olan sayanın davarı da çox olar", "Sayanın oxu, qurdun xofu yaman olar", "Saya sözdən, qurd gözdən tanınar", "Saya mərd olar, dərd olmaz" və sair hikmətamiz fikirlər bu gün də yaşamaqdadır. M.Arifə görə "hər il təxminən yaza əlli gün qalmış qoyunlar quzulamağa başladığı zaman çoban paltarı geymiş adamlar kəndbəkənd gəzib "Sayaçı" mərasimi icra edirlər". Y.V.Çəmənzəminli 1921-ci ildə İstanbulda nəşr etdirdiyi "Azərbaycan ədəbiyyatına bir nəzər" adlı kitabında yazmışdır ki, "Sayaçı sözləri tərəkəmə xalqı arasında heyvanlara aid nəğmələrdir ki, toplanıb tədqiq olunmayıb".
Azərbaycan mövsüm mərasimləri arasında "Xıdır", "Xıdır Nəbi" və ya "Xıdır İlyas", yaxud "Yazağzı Xızır bayramı", yaxud "Qışyarısı" mərasimlərinin də özünəməxsus yeri vardır. "Bəzi qaynaqlar bu el şənliyini Xıdırelləz, Xızırgünü, Ruzi Xızır və Xıdırzında da adlandırırlar". Bu mərasim mifik təsəvvürlərdə yazı qarşılamaqla, yaşıllıq arzusu ilə yanaşı, həm də Xızırın simasında insanlara bolluq, bərəkət və firavanlığın bəxş olunması kimi əks olunmuşdur. Bu mövsüm mərasiminin mənşəyi haqqında Orta əsrlərdə Azərbaycana gəlmiş səyyahlar müəyyən məlumatlar vermiş və öz səyahətnamələrinə daxil etmişlər. Hələ XIII əsrdə Azərbaycana gəlmiş italyan səyyahı Marko Polo bu bayramın fevralın əvvəllərində "Bəyaz" adı altında xalq arasında qeyd olunduğunu bildirmişdir. Daha sonra XVIII yüzillikdə Şamaxıya gələn alman səyyahı Adam Oleari bu bayramı geniş təsvir etmişdir. Bu qədim mərasim Anadolu türkləri arasında mayın əvvəllərində, təqribən 5-6 may tarixində keçirilməkdədir. 
Türksoylu xalqlar sanki soyuq qış günlərinə qarşı yazın gəlişini sürətləndirmək məqsədilə mifoloji düşüncədən qaynaqlanan silsilə ayin- mərasimləri yaratmış, onları milli mifoloji təfəkkürə uyğun olaraq icra etmiş və gələcək nəsillərə ötürmüşdür.

Ülkər NƏBİYEVA, 
Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Respublikasının Milli Məclisinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Anqola Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:25
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Dominikan Respublikası Hökuməti arasında diplomatik və xidməti/rəsmi pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Moldova Respublikası Hökuməti arasında məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:24
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Maldiv Respublikası Hökuməti arasında ümumvətəndaş pasport sahiblərinin viza tələbindən qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Cibuti Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:23
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Bəhreyn Krallığı Hökuməti arasında diplomatik passport sahiblərinin viza tələblərindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:22
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Surinam Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qvineya-Bisau Respublikası Hökuməti arasında diplomatik, xidməti və xüsusi pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Qazaxıstan Respublikasının Daxili İşlər Nazirliyi arasında əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:21
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında ticarət, iqtisadi, elmi və texniki əməkdaşlıq üzrə Birgə Komissiyanın yaradılması haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında energetika sahəsində strateji tərəfdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:20
16 Dekabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

02:19
16 Dekabr

"Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi ilə Qazaxıstan Respublikasının Strateji Planlaşdırma və İslahatlar Agentliyi arasında statistika sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu"nun təsdiq edilməsi barədə

02:19
16 Dekabr

İdxal-ixrac, tranzit, nəqliyyat və logistika üzrə fəaliyyətin rəqəmsallaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında

02:18
16 Dekabr

20 yaşınadək kişilər arasında futbol üzrə dünya çempionatının 2027-ci ildə Azərbaycanda keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsinin yaradılması haqqında

02:17
16 Dekabr

"Azərbaycan Biznesinin İnkişafı Fondu" Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında

02:16
16 Dekabr

A.Ə.Hüseynin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin sədri təyin edilməsi haqqında

02:16
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına ali hərbi və ali xüsusi rütbələrin verilməsi haqqında

02:15
16 Dekabr

Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi əməkdaşlarının təltif edilməsi haqqında  

02:14
16 Dekabr

“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının 2024-cü il 27 dekabr tarixli 109-VIIQ nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 fevral tarixli 331 nömrəli Fərmanının icrasının təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 13 may tarixli 66 nömrəli qərarı ilə təsdiq edilmiş “Ağır və yüngül xəsarət növlərinin Siyahısı”nın Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərə şamil edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 25 oktyabr tarixli 158 nömrəli Qərarının ləğv edilməsi haqqında

02:13
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!