07 Sentyabr 2025 08:25
948
SİYASƏT
A- A+
Moskvanın yalanları

Moskvanın yalanları


Dünyada təklənən Rusiya strateji müttəfiqinə qarşı belə münasibət sərgiləməməlidir


Rusiya ilə Azərbaycan arasındakı gərginlik hələ də davam edir. Amma yaşanan hadisələr, səslənən fikirlər onu göstərir ki, Rusiya rəsmilərinin ölkənin təbliğatçıları ilə mövqeyi bəzən üst-üstə düşmür. Dövlət rəsmiləri başqa fikir səsləndirir, ekspertlər Azərbaycana qarşı təhdid və təzyiq siyasətinin sistemli xarakter alması üçün dəridən-qabıqdan çıxır, ölkə KİV-nin informasiya savaşı isə artıq total hücum xarakterini aldığını göstərir.  

Ümumiyyətlə, münasibətlərin gərginləşməsinə məhz ötən il AZAL-ın təyyarəsinin Rusiya tərəfindən vurulması nəticəsində qəzaya uğraması və bundan sonra Moskvanın rəsmiləri tərəfindən göstərilən davranışın səbəb olduğu məlumdur. Bununla yanaşı, Rusiyada etnik mənsubiyyətə görə azərbaycanlıların təqib olunması, Yekaterinburq şəhərində soydaşlarımızın döyülərək qətlə yetirilmələri münasibətlərdə əlavə gərginlik yaradıb. Bununla yanaşı, Rusiyanın müxtəlif dövlət qurumlarının Azərbaycana qarşı fəaliyyəti münasibətlərə mənfi təsir edən amillər sırasındadır.

ABŞ-də Azərbaycan və Ermənistan liderlərinin imzaladıqları sənədə əsasən Zəngəzur dəhlizinin açılması məsələsi isə gərginliyin artmasına səbəb olan digər faktordur. 

Lakin Rusiya Prezidenti Vladimir Putin Çinə səfəri zamanı açıqlamasında Azərbaycanla münasibətlərdə "problemlərin" olduğunu etiraf etsə də, ümumilikdə vəziyyətin get-gedə normallaşacağına ümid yaratdı. 

Çində səfərdə olan Rusiya Prezidenti mətbuata açıqlamasında "bu gün Prezident İlham Əliyevlə salamlaşdıq. İki-üç kəlmə danışdıq", - deyə qeyd edib. Moskva ilə Bakı arasında münasibətlərin vəziyyətini şərh edən V.Putin qeyd edib ki, ölkələr arasında münasibətlərdə mövcud vəziyyətə və ya hansısa siyasi vəziyyətə əsaslanaraq həmişə bəzi suallar yaranır və problemlər var: "Ancaq mən inanıram ki, Azərbaycan və Rusiya arasında fundamental münasibətlər və onların inkişafına qarşılıqlı maraq son nəticədə hər şeyi öz yerinə qoyacaq".

Bununla belə, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın sentyabrın 4-də verdiyi açıqlama növbəti dəfə təəssüf doğurdu. M.Zaxarova iddia edib ki, hazırda Azərbaycanda həbsdə olan 13 Rusiya vətəndaşının azadlığa buraxılması Moskva ilə Bakı arasında münasibətlərin normallaşması istiqamətində mühüm addım ola bilər. 

Bu fikirlərdən dərhal sonra Rusiyanın daha bir yalanına Azərbaycan XİN münasibət bildirib. Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə qeyd edib ki, "Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi barədə Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən 4 sentyabr tarixli açıqlama təəccüb doğurmaqla yanaşı ictimaiyyəti çaşdırır. Qeyd olunub ki, AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı ölkəmizin Rusiya hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır.

Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin təşkili prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun şəkildə təmin olunur. Ödənişlərin Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə isə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir. Rusiyanın ərazisində heç bir beynəlxalq sığorta şirkətinin fəaliyyət göstərmədiyi nəzərə alınaraq, AZAL təyyarəsinin sığortası Rusiya şirkəti vasitəsilə aparılıb.

Beləliklə, sığorta ödənişlərinin Azərbaycanın Rusiya hökumətindən tələb etdiyi kompensasiya ilə eyniləşdirilməsi cəhdləri düzgün deyil.

Rusiya Federasiyası Xarici İşlər Nazirliyinin mətbuat katibinin cari ilin iyul ayında Azərbaycanda 13 Rusiya vətəndaşının həbs olunmasının Azərbaycan-Rusiya münasibətlərinin pisləşməsinin səbəbi kimi təqdim etməsi və onların azadlığa buraxılmasının əlaqələrin yaxşılaşması üçün şərt kimi irəli sürməsi də yanlış addımdır.

Bir müdət öncə Pezident İlham Əliyev Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalına müsahibəsində bu məsələyə xüsusi olaraq troxunmuşdu. Prezident demişdi ki, Azərbaycanın mülki təyyarəsinin Rusiya tərəfindən vurulması və Rusiya rəsmilərinin buna reaksiyası ölkəmizdə çox böyük məyusluq və təəssüf doğurdu. 

Təbii ki, bütün bunlarla yanaşı Rusiyanı narahat edən digər məsələ Zəngəzur dəhlizinin ABŞ-nin dəstəyi ilə açılmasıdır. Moskvanın Bakıya qarşı atdığı addımlar onu deməyə əsas verir ki, Rusiya üçün "bölgədə söz sahibi olmaq" anlayışı yalnız zor gücünə hökmranlıq etməkdən ibarətdir. Bu da qonşuluq münasibətinə uyğun gəlmir. Çünki hazırda dünyada təklənən Rusiyanın strateji müttəfiqinə qarşı belə xoşagəlməz münasibət sərgiləməsi yaxşı heç nə vəd etmir. 

Artıq hər kəsə aydındır ki, Rusiyanın bu təhdid siyasətinin arxasında nə dayanır. Azərbaycanın müstəqil siyasət yürütməsini həzm edə bilməyən rəsmi Moskva buna mane olmağa çalışır. Rusiya görür ki, Azərbaycan son illərdə Avrasiya arealında yeni reallıqlar yaratmaqla bu coğrafiyanın açar ölkələrindən birinə çevrilib. Qərbdən Şərqə, Şimaldan Cənuba gedən bağlantı xətləri əsasən Azərbaycan üzərindən keçməkdədir. Bu da təbii ki, Rusiyanın Cənubi Qafqazda və Mərkəzi Asiyada təsir gücünü zəiflətməkdədir. İmperiya maraqlarından çıxış edən Moskva Cənubi Qafqaz ölkələrinə təzyiq etməklə bölgədə təsir imkanlarını saxlamağa çalışır. Təzyiqlər həm də bölgədə reallaşan Orta dəhlizdə, xüsusən də Zəngəzur dəhlizində maraqları təmin etmək uğrunda gedən geosiyasi savaşın tərkibi kimi dəyərləndirilməlidir. Çünki Rusiya tərəfi Zəngəzur dəhlizini öz nəzarəti altında saxlamağa maraqlıdır. 

Göründüyü kimi, Rusiyanın Azərbaycana sistemli xarakter alan təzyiqləri arxasında imperiya maraqlarından doğan siyasət dayanır. Amma Rusiya artıq anlamalıdır ki, imperiya siyasəti ilə ölkələrə, xüsusən də Azərbaycana təzyiq etmək mənasızdır. Mövcud şəraitdə beynəlxalq aləmin sanksiyası ilə üzləşən Rusiya anlamalıdır ki, bu, ona yaxşı heç nə vəd etmir. Əksinə, Moskva Bakı ilə daha sıx münasibətlər qurmaqla üzləşdiyi böhranı az da olsa yumşalda və vəziyyətdən çıxa bilər. 


Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yenidən doğulan Qarabağ və Şərqi Zəngəzur  

13:21
08 Oktyabr

MDB platforması Azərbaycan üçün iqtisadi əlaqələrin inkişafı üçün imkanlar yaradır  

12:07
08 Oktyabr

Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

11:57
08 Oktyabr

Lisey şagirdlərinin etirazları davam edir: Parisdə blokadalar qurulub

11:49
08 Oktyabr

Prezident: Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir  

11:18
08 Oktyabr

Prezident İlham Əliyev: Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir  

11:16
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb  

11:13
08 Oktyabr

Prezident: Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib  

11:09
08 Oktyabr

Azərbaycanın dövlət maliyyə idarəçiliyi 133 ölkənin reytinqində 3-cü yeri tutub  

11:03
08 Oktyabr

Prezident İlham Əliyev: Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir  

10:59
08 Oktyabr

Akif Quliyev: 16 nəfərə aid qalıqlar götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib  

10:52
08 Oktyabr

Azərbaycanla İspaniya arasında siyasi məsləhətləşmələrin 5-ci raundu keçirilib  

10:43
08 Oktyabr

Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb

10:41
08 Oktyabr

Azərbaycan və Mərkəzi Asiya: Xəzər üzərindən genişlənən tərəfdaşlığın yeni mərhələsi

10:39
08 Oktyabr

Litva Hərbi Akademiyasının nümayəndə heyəti ölkəmizdə səfərdə olub

10:25
08 Oktyabr

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Astara Gömrük İdarəsinin əməkdaşları külli miqdarda narkotik vasitə aşkar ediblər

10:23
08 Oktyabr

Azərbaycan nefti 4 faizədək bahalaşıb 

10:22
08 Oktyabr

Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

10:20
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!