Moskva Dövlət Universitetinin Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilmişdir
Avqustun 14-də M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında bu ali məktəbə daxil olan tələbələrlə görüş keçirilmişdir.
Tədbirdə universitetin rektoru Nərgiz Paşayeva MDU-nun Bakı filialının tələbəsi adını qazanmış abituriyentləri təbrik edərək bildirmişdir ki, 2012-ci il universitetin həyatında xüsusi il olmuşdur. O demişdir: "Bu il 2008-ci ildə fəaliyyətə başlayan MDU-nun Bakı filialının ilk buraxılışı olmuşdur. Universitetdə yeni fakültə - iqtisadiyyat fakültəsi açılmış, habelə növbəti qəbul aparılmışdır. Onun nəticələrinə əsasən abituriyentlər dünyanın ən yaxşı ali məktəblərindən birinin tələbələri olmuşlar".
İmtahanları Moskvadan gələn xüsusi qəbul komissiyasının götürdüyü barədə məlumat verən rektor vurğulamışdır: "Komissiya qərəzsiz işləmişdir, imtahanların nəticələri obyektivdir".
Tələbələri yaxşı oxumağa, öz üzərində çalışmağa dəvət edən N.Paşayeva demişdir: "Yaxşı təhsil almaq üçün burada hər cür şərait yaradılmışdır. Universitetdə yüksək ixtisaslı moskvalı müəllimlər dərs deyirlər. Onlar sizə bilik vermək, peşəkar mütəxəssis olmağınıza kömək etmək üçün Bakıya gəlirlər".
N.Paşayeva daha sonra demişdir: "MDU-nun Bakı filialı biliklərdən başqa dostluq və qarşılıqlı anlaşma da bəxş edir. Müxtəlif fikir ayrılıqlarının, toqquşmaların çox olduğu müasir dünyada insanları birləşdirməyə elm və mədəniyyət qadirdir. Ümidvaram ki, universitetin bu missiyasını həmişə xatırlayacaq və həyata keçirəcəksiniz. Yadda saxlayacaqsınız ki, MDU-nun Bakı filialı Azərbaycan və Rusiya alimlərinin dostluq və əməkdaşlığının təcəssümüdür".
Rektor onu da bildirmişdir ki, tələbələr təkcə universitetin indiki korpusunda deyil, həm yeni kampusda məşğul olacaqlar. İnşası artıq başa çatmış yeni binanın tezliklə açılışı olacaqdır.
Qəbul komissiyasının məsul katibi Aleksey Popov bildirmişdir ki, bu il MDU-nun Bakı filialına 106 abituriyent daxil olmuşdur. Ali məktəbə 289 nəfərin ərizə verdiyi barədə məlumat verən A.Popov demişdir: "Qəbul planı 125 yer təşkil edirdi. Filiala Bakıdan başqa Azərbaycanın 23 rayon və şəhərindən 49 nəfər da ərizə vermişdir. Onlardan 18-i ali məktəbə daxil olmuşdur. Bundan əlavə, filiala Rusiya Federasiyasının Komi Respublikasının Usinsk şəhərindən bir nəfər daxil olmuşdur".
Bir yerə 6,4 ərizənin verildiyi rus filologiyası bölməsində də yüksək rəqabət müşahidə olunmuşdur. Bundan əlavə, yenicə açılan iqtisadiyyat fakültəsi abituriyentlərdə böyük maraq doğurmuşdur. Belə ki, 25 yerə 93 ərizə verilmişdir. Psixologiya və kimya fakültələrində müsabiqə olmamışdır. Komissiya üzvləri bildirmişlər ki, abituriyentlərin çoxunun rus dili bilikləri yüksək səviyyədə olmuşdur. 106 abituriyentdən 102-si orta məktəbi rus dilində, 4 nəfəri isə Azərbaycan dilində bitirmişdir. Ən yüksək keçid balı fransız filologiyası üzrə imtahanlarda qeydə alınmışdır: 161 bal.
Qeyd edək ki, 2012-2013-cü illərdə MDU-nun Bakı filialında təhsil alan tələbələrin ümumi sayı 411 nəfər təşkil edir ki, onların da 388-i bakalavriaturada, 23-ü magistraturada təhsil alır.
AzərTAc
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!