29 May 2023 23:15
394
SİYASƏT
A- A+

Misirdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib

 

Azərbaycanın Misirdəki səfirliyi tərəfindən Müstəqillik Günü münasibətilə Qahirənin tanınmış beşulduzlu mehmanxanalarından biri olan “Sofitel Gazerah” otelində rəsmi qəbul təşkil olunub.

Səfirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Misirin nüfuzlu ictimai-siyasi xadimləri, dini konfederasiyaların nümayəndələri, Qalyubiyyə vilayətinin qubernatoru, Cənubi Sinay yarımadası qubernatorluğunun təmsilçiləri, bu ölkənin parlamentinin yuxarı və aşağı palatalarının üzvləri, nazirliklərin təmsilçiləri, iş adamları, jurnalistlər, müxtəlif universitetlərin rəhbər və müəllim heyəti, diaspora üzvləri iştirak ediblər.

Tədbirdə çıxış edən ölkəmizin Misirdəki səfiri Elxan Poluxov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması tarixi haqqında məlumat verərək, 1918-ci il mayın 28-də müsəlman Şərqində elan edilmiş ilk demokratik respublikanın milli dövlətçilik tarixində silinməz izlər qoyduğunu, xalqımızın gələcəyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb. O, 2023-cü ildə müstəqilliyimizin 105-ci ildönümünü ilə yanaşı, Azərbaycan- Misir münasiblərinin inkişafında xüsusi rol oynamış və 1994-cü ildə Misirə rəsmi səfər etmiş Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının yüz illiyinin də qeyd olunduğunu söyləyib, bununla əlaqədar səfirliyimiz tərəfindən bir sıra akademik, idman və mədəni tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu bildirib, qonaqları bu tədbirlərdə iştiraka dəvət edib.

Misirlə Azərbaycan arasında dostluq münasibətlərinə toxunan səfir E.Poluxov bu münasibətlərin uzun tarixə malik olduğunu qeyd edib, 2023-cü il ərzində qarşılıqlı yüksək səfərlərin həyata keçirildiyini xatırladaraq, əsasən də yanvar ayında Misir Prezidenti Əbülfəttah Əl Sisinin Azərbaycana səfərindən və bu səfərlərin ölkələrimiz arasında əlaqələrin daha da dərinləşməsi üçün yeni imkanlar yaratmasından söhbət açıb.

Tədbirdə qonaqlara Azərbaycan şirniyyatları da təqdim edilib, tədbir Azərbaycan musiqisi ilə müşayiət olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video