Mingəçevir Turizm Kolleci Rusiyada keçirilən beynəlxalq konfransa təşkilatçılıq etmişdir
Ölkənin geniş beynəlxalq əlaqələr şəbəkəsinə malik təhsil ocaqlarından biri olan Mingəçevir Turizm Kolleci Sankt-Peterburq şəhərində beynəlxalq əməkdaşlıq əlaqələri çərçivəsində növbəti uğura imza atmışdır. Kollec tərəfdaşı olan Sankt-Peterburq Turizm və Hotel Servisi Kolleci ilə birgə təşkilati missiyanı uğurla yerinə yetirərək “Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” mövzusunda beynəlxalq konfransın keçirilməsinə nail olmuşdur. Rusiya, İtaliya, Finlandiya və Azərbaycan təhsil müəssisələrinin iştirakı ilə keçirilən tədbirdə Sankt-Peterburq Təhsil Komitəsinin rəsmiləri də iştirak edirdilər. Konfransın əsas məqsədi kadr hazırlığı ilə məşğul olan təhsil müəssisələrinin əmək bazarının tələblərinə müvafiq olaraq yeni inkişaf yollarının və mexanizminin müəyyən edilməsinə nail olmasını təmin etmək idi. Konfransın keçirildiyi salonun tərtibatından tutmuş iştirakçılara təqdim olunan hüquqi və nəzəri materiallaradək bütün vəsaitlərdə Sankt-Peterburq Turizm və Hotel Servisi Kolleci ilə Mingəçevir Turizm Kollecinin adları da qoşa yazılmışdır.
“Peşəkar təhsil müəssisələrinin əmək bazarının tələblərinə uyğun inkişafı” adlı beynəlxalq konfransda Sankt-Peterburq Təhsil Komitəsi sədrnin müavini Yuri Solyannikov, komitənin peşəkar təhsil üzrə aparıcı mütəxəssisi Yuliya Kovalyova və Rusiyanın əməkdar müəllimi, Sankt-Peterburq Turizm və Hotel Servisi Kollecinin direktoru Svetlana Antonova çıxış edərək müzakirə olunan mövzunun önəmindən danışdılar.
Mingəçevir Turizm Kollecinin direktoru, iqtisad elmləri doktoru, professor Əyyub Əyyubov rəhbərlik etdiyi kollektiv, kollecin maddi texniki bazası, tədris imkanları, qazanılan uğurlar və geniş şəbəkəli beynəlxalq əməkdaşlıq əlaqələrı barədə xüsusi slayd vasitəsi ilə ətraflı məlumat verdi. Əyyub Əyyubovun “Sosial əməkdaşlıq tədrisin inkişafına təsir edən əsas amillərdən biridir” mövzusunda məruzəsi də konfrans iştirakçılarının böyük marağına səbəb oldu. O, turizm sənayesinin inkişafı üçün kadr hazırlığı prosesində elmi, nəzəri və praktik yeniliklərin tətbiq olunmasının vacibliyindən ətraflı bəhs etdi.
Konfransda İtaliyanın Kazarqo şəhərinin meri “School CFPA” hotelinin əməkdaşı Skarpa Pina, İtaliyanın “İPS Veccari” təhsil müəssisəsinin direktoru Petro Rapizarda və həmin təhsil ocağının müəllimi Nikola Klaudia Aleccandra, həmçinin Finlandiyanın Savonlinna şəhərinin “SAMLedu” kollecinin müəllimləri Mika Nenonen, Timo Leso və həmin kollecin beynəlxalq təhsil proqramlarının rəhbəri Yuti Noora da çıxış etmişlər.
İki gün davam edən konfrans yaddaqalan və faydalı olmuşdur. Belə ki, kollec rəhbərliyinin konfransın təşkilindəki fəal rolu və faydalı təklifləri, keçirdiyi fərdi görüşləri sayəsində Mingəçevir Turizm Kollecinə iştirakçı tərəflərdən maraq daha da artırdı. Finlandiya və İtaliya təhsil müəssisələri ilə əməkdaşlıq sazişinin imzalanması barədə ilkin müzakirələr aparıldı.
Konfrans iştirakçıları Sankt-Peterburq şəhərinin müxtəlif tarixi yerləri, Sankt-Peterburq Turizm və Hotel Servisi Kollecinin maddi-texniki bazası, tədris və təcrübə sahələri ilə yaxından tanış olmuşlar.
Lazım QULİYEV,
“Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!