14 Sentyabr 2012 12:09
384
CƏMİYYƏT
A- A+
Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar vətənə sədaqət andı içmişlər

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar vətənə sədaqət andı içmişlər

 

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Heydər Əliyev adına Akademiyasına yeni qəbul olunmuş kursantlar vətənə sədaqət andı içmişlər. MTN İctimai Əlaqələr Mərkəzindən AzərTAc-a bildirmişlər ki, akademiyanın döyüş bayrağı hərbi marşın sədaları altında sıra meydanına gətirilmiş, Azərbaycanın dövlət himni səsləndirilmişdir.

Akademiyanın rəis müavini general-mayor İsgəndər Allahverdiyev kursantları və onların valideynlərini bu əlamətdar gün münasibətilə təbrik etmiş, hərbi andın vətənə, xalqa, müstəqil Azərbaycana sədaqət andı olduğunu bildirmişdir. Qeyd olunmuşdur ki, ümummilli lider Heydər Əliyevin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinin kursantı olmağa layiq görülmüş gənclər çətin və şərəfli peşənin sirlərinə yiyələnərək əsl zabit kimi yetişməlidirlər. Milli maraqların etibarlı təmin olunması sahəsində qarşıya qoyulmuş bütün vəzifələri peşəkarlıqla yerinə yetirməlidirlər. Bunun üçün daim öz üzərində işləmək, təhsildə və xidmətdə yüksək nəticələr göstərmək, nizam-intizamlı olmaq lazımdır.

Azərbaycanda ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərdən danışan İ.Allahverdiyev MTN-in Heydər Əliyev adına Akademiyasının təşkili və formalaşmasında ümummilli liderin misilsiz xidmətlərini qeyd etmişdir. Ulu öndərin siyasi kursunun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən milli təhlükəsizlik orqanlarına göstərilən diqqəti və qayğını xüsusi vurğulamışdır. Bildirilmişdir ki, akademiyada kursantların və dinləyicilərin istifadəsinə verilmiş tədris korpusları, yataqxanalar, yeməkxanalar, klublar və İdman Sağlamlıq Kompleksi ən yüksək standartlara cavab verir.

İ.Allahverdiyev akademiyaya göstərilən yüksək diqqət və qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə akademiyanın rəhbərliyi və şəxsi heyət adından dərin təşəkkürünü bildirmişdir.

Çıxış edən kursantlar ümummilli liderin adını daşıyan bu xüsusi təyinatlı ali təhsil müəssisəsinə daxil olduqları üçün qürur duyduqlarını bildirmiş, təlim-tədris və hərbi-fiziki hazırlıq üzrə ən yüksək göstəricilərə nail olacaqlarına söz vermişlər.

Valideynlər də çıxışlarında akademiyada yaradılmış hərtərəfli şəraitə görə Ali Baş Komandan İlham Əliyevə və Milli Təhlükəsizlik Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildirmiş, övladlarının yüksək təhsil alacaqlarına və gələcəkdə hazırlıqlı zabit kimi yetişərək vətənə layiqli xidmət edəcəklərinə əmin olduqlarını söyləmişlər.

Tədbirin sonunda akademiyanın rəhbərliyi valideynlərlə görüşmüş, onların suallarını cavablandırmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!