Milli Məclisin Səhiyyə komitəsi daha iki qanun layihəsini plenar iclasa tövsiyə edib
Mayın 19-da Milli Məclisin Səhiyyə komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclası açan Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov bu günlərdə Milli Məclisdə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi iclasın keçirilməsinin əhəmiyyətindən danışıb. Parlamentin bu tədbiri yüksək səviyyədə təşkil etməsini xüsusi vurğulayan komitə sədri xüsusi iclasda böyük şəxsiyyət və müdrik rəhbər Heydər Əliyev haqqında Sahibə Qafarovanın geniş məruzəsini, xarici ölkə parlamentləri sədrlərinin, parlamentlərin vitse-spikerlərinin, komitə sədrlərinin, parlamentlərarası dostluq qrupları rəhbərlərinin, beynəlxalq təşkilatların başçılarının çıxışlarını yüksək dəyərləndirib.
Sonra komitənin iclasının gündəliyi barədə məlumat verən Əhliman Əmiraslanov gündəliyə iki məsələ - “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə və “Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrinin daxil edildiyini bildirib.
Qanun layihələri barədə məlumatı Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin əməkdaşı Seymur Əşrəfli təqdim edib.
O bildirib ki, “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində dəqiqləşdirmə xarakterli dəyişiklik təklif olunur. Belə ki, qüvvədə olan qanunun vətəndaşların tibbi-sosial yardım almaq hüququnu təsbit edən müvafiq maddəsində “Müvafiq icra hakimiyyəti orqanları” anlayışının “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” anlayışı ilə əvəz olunması təklif edilib.
“Özəl tibb fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin “Nağdsız hesablaşmalar haqqında” Qanunun icrası məqsədilə hazırlandığını deyən S.Əşrəfli bildirib ki, sənəddə nağdsız hesablaşmaların əhatə dairəsi genişləndirilərək bu sıraya tibb müəssisələri ilə yanaşı, özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən tibbi xidmətlər üzrə bir əməliyyat çərçivəsində beş yüz manatdan artıq olan ödənişlərin də əlavə edilməsi təklif olunub.
Sənədlər barədə fikrini bildirən komitə sədri Əhliman Əmiraslanov vurğulayıb ki, qanun layihələrində təklif olunan dəyişikliklər qüvvədə olan normativ hüquqi aktlara uyğunlaşdırma xarakteri daşıyır.
Deputatlar hər iki qanun layihəsini müzakirə olunmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə ediblər.
Sonra iclasda cari məsələlərin müzakirəsi aparılıb.
Komitə sədri Əhliman Əmiraslanov komitədə nəzərdə tutulan dinləmələrin keçirilməsi haqqında danışıb. Komitə sədrinin müavini Rəşad Mahmudov, deputatlar Soltan Məmmədov, Sədaqət Vəliyeva, İlham Məmmədov çıxış edərək bu barədə qeyd və təkliflərini diqqətə çatdırıblar.
İclasda deputatlar Kamilə Əliyeva, Kəmaləddin Qafarov, Müşfiq Məmmədli, Anatoliy Rafailov və digər rəsmi şəxslər də iştirak ediblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Macarıstanın Baş naziri yenə də Aİ rəhbərliyini istefaya çağırıb
20 Aprel
ABŞ xaricdə izləmə proqramının fəaliyyətini daha iki il uzadır
20 Aprel
Rəvan Həsənov: Niyyətimiz Qafqaz Albaniyasının tarixinin yalnız elmi müstəvidə öyrənilməsidir ...
20 Aprel
Rusiyalı üç paraşütçü stratosferdən Şimal Qütbünə enib
20 Aprel
Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb
20 Aprel
Mədəniyyət naziri Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarı ilə görüşüb
20 Aprel
Azərbaycan BMT ilə əlaqələri və COP29 çərçivəsində əməkdaşlığı müzakirə edib
20 Aprel
I Türk Dövlətləri Kardioloji Qurultayı ölkələrin tibb icmaları arasında əlaqələrin yeni mərhələyə ke...
20 Aprel
Ötən gün Xankəndi şəhərində 7 avtomat silahı və digər sursatlar aşkarlanaraq götürülüb ...
20 Aprel
Ərəb mediası Ermənistanın 4 kəndi Azərbaycana qaytarması barədə xəbərlər dərc edib
20 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!