Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib
Sentyabrın 19-da Milli Məclisin regional məsələlər komitəsinin iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, komitənin sədri Arif Rəhimzadə iclasın gündəliyi barədə məlumat verib.
İclasda regional məsələlər komitəsinin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə görülən işlər barədə hesabat dinlənilib.
A.Rəhimzadə bildirib ki, regional məsələlər komitəsi Milli Məclisin 2017-ci il yaz və növbədənkənar sessiyaları dövründə yaz sessiyasının qanunvericilik işləri planına və komitənin 24 yanvar tarixli iclasında təsdiq olunmuş iş planına uyğun fəaliyyət göstərib. Komitənin 8 iclası keçirilib və 12 məsələ müzakirə olunub. Onlardan 7-si qanun layihəsidir.
Qeyd olunub ki, ölkəmizdə gənc təsisatlardan biri olan yerli özünüidarəetmə orqanları son illər inkişaf edib, respublikamızda geniş vüsət alan quruculuq işlərində mühüm rol oynayıblar. Bələdiyyələrin fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi daim diqqətdə saxlanılaraq çoxsaylı tədbirlər həyata keçirilib, bir sıra normativ hüquqi aktlar qəbul edilib. Yerli özünüidarənin inkişafı, bələdiyyələri fəaliyyətində qanunçuluğun təmin edilməsi məqsədi ilə Ədliyyə Nazirliyi tərəfindən maarifləndirici tədbirlər həyata keçirilib, seminar, təlim və kurslarda 12 minədək bələdiyyə üzvü və qulluqçusu iştirak edib. 2016-cı ildə inzibati nəzarət qaydasında baxılması üçün 62 min 228 bələdiyyə aktı daxil olub ki, bu da 2015-ci ildəkindən 5,6 faiz çoxdur. Daxil olmuş aktlardan 58 min 923-ü qanunvericiliyə uyğun hesab edilib, 3 min 87 aktın dəyişdirilməsi və ya ləğv edilməsi üçün müvafiq bələdiyyələrə müraciət olunub.
Bildirilib ki, hesabat dövründə “Bələdiyyə üzvlərinin etik davranış qaydaları haqqında” qanun layihəsi komitənin iclaslarında müzakirə edilib və Milli Məclisin plenar iclasında təsdiq olunub. Bildirilib ki, komitənin təqdim etdiyi 7 qanun layihəsinin 6-sı Milli Məclisdə qəbul olunub.
Milli Məclisin yaz və növbədənkənar sessiyaları ərzində komitənin ünvanına daxil olmuş 178 müraciət, təklif, ərizə və şikayətin 94-ü araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Komitənin üzvləri seçicilərlə görüşlər keçirib, onların müraciətləri ilə əlaqədar müvafiq tədbirlər görüblər.
Sonra deputatlar komitənin 2017-ci il payız sessiyasında görüləcək tədbirlər və qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
Səhiyyə Nazirliyinin rəhbərliyi görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın xatirəsini ehti...
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!