Prezident
Səfərlər
Birinci vitse-prezident
Qəbullar
Fərmanlar
Sərəncamlar
Məktublar
Qanunlar
Tədbirlər
Əlaqə
Azərbaycan Respublikası, Bakı ş., Mətbuat pr. 529-cu məhəllə, 4-cü mərtəbə
(+994 12) 539 49 20, 538-31-11
İyunun 28-də Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin 2024-cü ilin növbədənkənar sessiyasında sonuncu plenar iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyi qəbul edildikdən sonra cari məsələlərlə əlaqədar müzakirələr aparılıb.
Müzakirələr zamanı Azərbaycanda parlamentarizm ənənələrinin formalaşmasında Ümummilli Lider Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Çıxışlarda, habelə VI çağırış Milli Məclisin səmərəli fəaliyyətindən söhbət açılıb, ötən müddət ərzində görülən işlər təqdirəlayiq hesab edilib, parlament diplomatiyasının ölkə Prezidentinin müəyyənləşdirdiyi istiqamət üzrə uğurla davam etdirildiyi bildirilib.
Sonra parlamentin sədri Sahibə Qafarova gündəliyə 15 məsələnin daxil edildiyini, ilk iki məsələnin möhtərəm Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olduğunu, hər iki qanun layihəsinin beynəlxalq sənədlərin təsdiqi ilə bağlı olduğunu və “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun tələbinə əsasən bir oxunuşda baxılıb qəbul ediləcəyini bildirib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə “Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında Azərbaycan-Qırğız İnkişaf Fondunun yaradılması haqqında Sazişə dəyişikliklərin edilməsi haqqında Əlavə Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verib.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov sənədin əhəmiyyətindən danışaraq, onun türk dünyasında əlaqələrimizin inkişafına xidmət etdiyini, rəhbərlik etdiyi komitənin məsələyə dair müsbət rəy verdiyini söyləyib.
Komitə sədri Siyavuş Novruzov məsələ barədə öz fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Elnur Allahverdiyev “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsini təqdim edib.
Səməd Seyidov fikirlərini açıqlayaraq sənədin iqtisadi məsələlərlə yanaşı, həm də siyasi əhəmiyyətə malik olduğunu deyib, ölkə Prezidentinin ümumtürk iqtisadi, mədəniyyət məkanının yaradılması, ümumtürk geosiyasi fenomeninin dünya siyasətinə təqdim edilməsi ilə bağlı ardıcıl siyasət apardığını vurğulayıb.
Səməd Seyidov rəhbərlik etdiyi komitənin rəyini bildirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra gündəlikdə üçüncü olan növbəti 10 məsələsinin müzakirəsi aparılıb.
İnzibati Xətalar Məcəlləsində, Vergi Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Gömrük tarifi haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda, Ailə Məcəlləsində, “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Fərdi məlumatlar haqqında” qanunlarda, Torpaq Məcəlləsində, Əmək Məcəlləsində, Vergi Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında”, “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında”, “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə”, “Dövlət qulluğu haqqında”, “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” qanunlarda, “Yol hərəkəti haqqında” Qanununda və İnzibati Xətalar Məcəlləsində, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanunda, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda, həmçinin “Auditor xidməti haqqında” Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri müzakirə olunaraq hər biri ayrı-ayrılıqda qəbul edilib.
Gündəliyin 13-cü məsələsi olan “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 oktyabr tarixli 1007-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumatı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov təqdim edib.
O bildirib ki, layihə lisenziyalar və icazələr sahəsində prosedurların daha da təkmilləşdirilməsi, eyni zamanda, səmərəliliyin artırılması məqsədilə hazırlanıb. Bu kontekstdə sənəd üç istiqamətdə dəyişiklikləri özündə ehtiva edir. Vüqar Bayramov layihədə təklif olunan dərman vasitəsinin xarici (beynəlxalq) qeydiyyatının tanınması müddətlərinin yenilənməsi, dövlət rüsumunun ödənilməməsinin hüquqi nəticələrinin genişləndirilməsi, bir sıra termin və ifadələrin dəqiqləşdirilməsi ilə bağlı təklif olunan dəyişikliklərdən danışıb.
Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc dəyişikliklərlə əlaqədar bu komitələrin rəylərini diqqətə çatdırdıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Sonra Milli Məclis sədrinin müavini, parlamentin Gənclər və idman komitəsinin sədri Adil Əliyev “Bədən tərbiyəsi və idman haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib. Bildirilib ki, “Bədən tərbiyəsi və idman haqqında” Qanunun 59-cu maddəsinə təklif olunan dəyişiklik paralimpiya sahəsində yüksək nəticə göstərmiş idmançıların və idman işçilərinin əməyinin qiymətləndirilməsini və paralimpiya təqaüdlərinin təsis olunmasını nəzərdə tutur.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Gündəliyin sonuncu məsələsi - “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair Regional məsələlər komitəsinin üzvü Səbinə Xasayeva məlumat verib.
O bildirib ki, layihədə təklif edilən dəyişiklikləri şərti olaraq iki qrupda birləşdirmək olar. Belə ki, bir qrup dəyişikliklər bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi üçün hüquqi əsasların yaradılması, ikinci qrup dəyişikliklər isə yuxarıda göstərilən qanunlarda bəzi maddələrin qanunvericiliyin tələblərinə uyğun təkmilləşdirilməsi, normaların daha aydın və birmənalı ifadə edilməsi, icra müddətlərinin dəyişdirilməsi məqsədi ilə hazırlanıb.
Müzakirədə parlamentin komitə sədrləri Fazil Mustafanın və Siyavuş Novruzovun, deputatlar Razi Nurullayevin və Kamran Bayramovun fikirləri dinlənildikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Müzakirələrdən sonra çıxış edən Milli Məclisin sədri Sahibə Qafarova iyunun 30-nun Beynəlxalq Parlamentarizm Günü qeyd edildiyini bildirib. Deyib ki, ölkəmizdə müasir peşəkar parlamentin formalaşmasında və inkişafında Ulu Öndər Heydər Əliyevin müstəsna xidmətləri olub. Ulu Öndərin başladığı işləri əzmlə davam etdirən Prezident İlham Əliyev ölkəmizdə parlamentarizm ənənələrinin inkişafına böyük töhfələr verib. Azərbaycanda parlamentarizmin inkişafında Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da rolu xüsusi qeyd edilib.
Daha sonra Milli Məclisin sədri növbədənkənar sessiya barədə qısa hesabat verib. Deyib ki, iyirmi bir gün davam edən bu sessiyada Milli Məclisin beş iclası keçirilib, otuz bir qanun və qərar qəbul edilib. Parlamentdə bu dövrdə “Sağlam ailə modeli və nikah hüququ” mövzusunda ictimai dinləmə keçirilib.
Sonda Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Milli Məclisin növbədənkənar sessiyası başa çatıb.
Meksikada narkokartelin 19 üzvü öldürüldü
ABŞ və Yaponiya genişmiqyaslı təlimlərə başladı
Qurban Qurbanov: "Ayaks"la matçda çəkinmədən mübarizə aparacağıq
Pərviz Şahbazov çinli və iranlı həmkarları ilə enerji əməkdaşlığını müzakirə edib
BRICS-in tərəfdaşları siyahısına 13 dövlət daxil olub
Türkiyə Prezidenti BRICS sammitində iştirak etmək üçün Kazana yola düşüb
Azərbaycan dəmir yollarında üztanıma ilə ödənişlərə başlanılacaq
Azərbaycan ilə Qırğızıstanın Müdafiə nazirlikləri arasında 2025-ci il üçün hərbi əməkdaşlıq planı imzalanıb
Almaniya səfiri Rusiya XİN-ə çağırıldı
Kvaratsxeliya mövsümə 6 milyon avro qazanacaq
Ukraynanın baş prokuroru istefa verdi
Xavi "Mançester Yunayted"də?
Böyük Britaniya və Almaniya arasında saziş imzalanacaq
Oktyabrın 24-də ölkə ərazisində hava əsasən yağmursuz olacaq
Emin Mahmudov: "Açıq deyim ki, fiziki baxımdan çox zəifik”
BMT-nin baş katibi BRİCS sammitinə getdi
Paşinyan BRİKS sammitində iştirak edəcək
Baydendən hərbi xərclərlə bağlı açıqlama
Braziliyada qırıcı qəzaya uğradı
Azərbaycan Prezidenti İlham Əliyevin Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi ilə görüşü olub YENİLƏNƏCƏK
DİN “ASAN xidmət” mərkəzlərində göstərdiyi xidmətlər üzrə vəzifələrə müsabiqə elan edir
Gözlərindəki tiri görməyənlər11 Oktyabr 2024
Tarixi əməkdaşlıq və müttəfiqlik10 Oktyabr 2024
İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur"09 Oktyabr 2024
Milli Məclisdən ABŞ-yə etiraz09 Oktyabr 2024
Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib Azərbaycan Prezidenti İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB-408 Oktyabr 2024
Həqiqətlər və oyunbazlıqlar08 Oktyabr 2024
"Azərbaycan"-ın 1918-1920-ci illərdə dərc olunan nömrələrinin transliterasiyası
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!