Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib
Mayın 18-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası olub, hakimlərin təyinatı ilə əlaqədar 7 məsələyə baxılıb.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr komitəsindən AZƏRTAC-a bildiriblər ki, iclasda Milli Məclisin sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli son illər dövlətimizin başçısının rəhbərliyi ilə ölkəmizdə islahatların yeni mərhələsinin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, məhkəmə-hüquq sistemi də bu islahatlardan kənarda qalmayıb. İlk növbədə, qanunvericilik islahatları aparılıb, əlaqədar qurumlar tərəfindən çox əhəmiyyətli qanun layihələri hazırlanaraq Milli Məclisə təqdim edilib və parlamentdə müzakirəyə çıxarılaraq qəbul olunub. Növbəti mərhələdə Məhkəmə-Hüquq Şurası tərəfindən nizam-intizamın gücləndirilməsi, şəffaflığın artırılması ilə bağlı mühüm işlər görülüb. Çox vacib olan üçüncü istiqamət isə kadr islahatlarını əhatə edib.
Əli Hüseynli bildirib ki, bugünkü komitə iclasında parlamentə Azərbaycan Prezidentinin imzası ilə daxil olan, Ali Məhkəməyə və regional apellyasiya məhkəmələrinə hakimlərin təyinatı ilə bağlı təqdimat müzakirə ediləcək.
Sonra iclasda Məhkəmə-Hüquq Şurası Aparatının rəhbəri Cavid Hüseynov islahatlar dövründə qurumun həyata keçirdiyi işlər barədə danışıb. Məhkəmə fəaliyyətinin və ədalət mühakiməsinin səmərəliliyinə təsir göstərən amillərdən söz açıb. Aparılan kadr islahatları, yerlərdə inşa olunan məhkəmə kompleksləri və digər işlər barədə ətraflı məlumat verib.
Bildirib ki, pandemiya ilə əlaqədar ötən il məhkəmə sistemi məhdud fəaliyyət göstərib. Bununla əlaqədar olaraq Məhkəmə-Hüquq Şurası elektron məhkəmə-informasiya sistemi vasitəsilə işlərə baxılması üçün əlavə proqram təminatı hazırlayıb və həmin proqram sayəsində öncə yalnız mülki xarakterli işlərə baxılması mümkün olub. Ötən ilin iyununda Milli Məclisdə müvafiq qanun qəbul edildikdən sonra pandemiya şəraitində cinayət işlərinə də elektron qaydada baxılması təmin edilib.
İclasda İnsan hüquqları komitəsinin sədri Zahid Oruc ölkəmizdə gedən məhkəmə-hüquq islahatları ilə bağlı rəhbəri olduğu Sosial Tədqiqatlar Mərkəzinin statistik məlumatlarını nəzərə çatdırıb.
Komitə üzvləri Bəhruz Məhərrəmov, Fəzail Ağamalı, Elşən Musayev, Erkin Qədirli, Tahir Kərimli, Kamal Cəfərov və Nizami Səfərov gündəlikdəki məsələlərlə bağlı fikirlərini açıqlayıblar, təkliflərini diqqətə çatdırıblar, hakimliyə namizədlərə müsbət münasibətlərini ifadə ediblər.
Cavid Hüseynov deputatları maraqlandıran məsələlərə aydınlıq gətirdikdən sonra Milli Məclis sədrinin birinci müavini, komitə sədri Əli Hüseynli müzakirələri yekunlaşdırıb.
Komitədə baxılan məsələlər – Azərbaycan Respublikası Ali Məhkəməsi və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi, Bakı, Sumqayıt və Şirvan Apellyasiya məhkəmələri hakimlərinin təyin edilməsi, Gəncə və Şəki Apellyasiya məhkəmələri hakimlərinin təyin və azad edilməsi haqqında təqdimatlar Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Rusiyalılar may bayramlarında əsasən Türkiyə və Azərbaycana səfər edəcəklər
29 Aprel
Fövqəladə hallar zamanı Azərbaycan və Türkiyənin müvafiq qurumlarının aviasiya qüvvələrinin birgə fə...
29 Aprel
COP25-in vitse-prezidenti: Qarabağ və Şərqi Zəngəzur xalis sıfır emissiya zonasına çevrilə bilər – M...
29 Aprel
İtaliya portalı: Azərbaycan Avropanın qaz bazarını fəth edir
29 Aprel
Keniyada bəndin dağılması nəticəsində 42 nəfər həyatını itirib
29 Aprel
Akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyi münasibətilə beynəlxalq elmi-praktik konfrans...
29 Aprel
Geomaqnit sahəsinin qeyri-stabil olacağı gözlənilir
29 Aprel
ANAMA: Ötən həftə 1245 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
29 Aprel
DSX: Mina partlayışı nəticəsində xəsarət almış hərbçiyə zəruri tibbi yardım göstərilib ...
29 Aprel
“Azərbaycanda ətraf mühitin sağlamlaşdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” – konfrans ...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!