Milli Məclisdə üç ölkənin parlamentləri arasında əməkdaşlığa dair yeni protokol imzalandı
Aprelin 22-də Milli Məclisdə Azərbaycan, Türkiyə və Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü keçirilmişdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov bu görüşün xüsusi əhəmiyyət daşıdığını bildirmişdir. Qeyd etmişdir ki, üç dost və qardaş ölkənin parlamentlərinin komitə sədrlərinin bu görüşündə regionda baş verən proseslər və qarşılıqlı əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılacaqdır. S.Seyidov bu görüşün hər üç ölkə üçün tarixi toplantı olduğunu vurğulamışdı. Bir müddət əvvəl üç ölkənin xarici işlər nazirlərinin görüşdüyünü xatırladan komitə sədri bildirmişdir ki, bu toplantılar ölkələrimiz arasında sıx əməkdaşlığın mövcudluğunun göstəricisidir.
Gürcüstan parlamentinin xarici əlaqələr komitəsinin sədri Tedo Caparidze isə demişdir ki, bu toplantı dost, qardaş və mehriban qonşu olan üç ölkənin parlament nümayəndələrinin görüşüdür. T.Caparidze belə görüşlərin davamlı olaraq keçirilməsinin önəmini vurğulamışdır. O, demişdir ki, qarşıya çıxan problemlər ayrı-ayrılıqda deyil, birgə əməkdaşlıq şəraitində daha tez və səmərəli həll olunar. Buna görə də belə görüşlər bu istiqamətdə müzakirələrin aparılması baxımından əhəmiyyətlidir. Diqqətə çatdırılmışdır ki, üç ölkənin birgə strateji əməkdaşlığı regionun inkişafı üçün çox önəmlidir. Azərbaycan bu gün regionda təhlükəsizliyin və sabitliyin, iqtisadi inkişafın əsas təminatçısıdır.
Türkiyə Böyük Millət Məclisinin xarici əlaqələr komitəsinin sədri Volkan Bozkır qeyd etmişdir ki, bu gün Azərbaycan, Türkiyə və Gürcüstan arasında münasibətlər strateji xarakter daşıyır. Üç ölkənin parlament nümayəndələri arasında belə bir görüşün keçirilməsi çox faydalıdır. V.Bozkır bildirmişdir ki, Azərbaycan artıq beynəlxalq birliyin önəmli ölkələrindəndir, dünyanın əksər inkişaf etmiş ölkələrinin maraq dairəsindədir: "BMT-nin Təhlükəsizlik Şurasına qeyri-daimi üzv olduğu müddətdə Azərbaycan çox böyük uğurlara imza atmışdır. Həmin müddətdə bir çox önəmli məsələlərin uğurlu həllində Azərbaycan önəmli rol oynamışdır".
V.Bozkır vurğulamışdır ki, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun əsas göstəricilərindən biri də Birinci Avropa Oyunlarının məhz qardaş ölkədə keçirilməsidir. Görüşdə Milli Məclisin deputatları Azərbaycan, Türkiyə və Gürcüstan arasında geniş spektrdə əməkdaşlığın mövcud olduğunu qeyd etmiş, bu tərəfdaşlığın təməlində möhkəm dostluq və qardaşlıq əlaqələrinin durduğunu bildirmişlər. Deputatlar bu cür önəmli görüşün keçirilməsinin davamlı xarakter alacağına əminliklərini ifadə etmişlər. Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır. Görüşdə ildə iki dəfə belə toplantıların keçirilməsi barədə razılıq əldə olunmuşdur. Növbəti görüşün Gürcüstanda keçirilməsi qərara alınmışdır. Sonda hər üç ölkənin parlamentləri arasında əməkdaşlığa dair protokol imzalanmışdır.
R.BAXŞƏLİYEV,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Zelenski: Ukraynaya 10 il ərzində dəstək vermək üçün ABŞ-la danışıqlar aparılır
29 Aprel
İrpendə “Azərbaycan Günü” keçirilib
28 Aprel
Prezidentin Mətbuat xidmətinin məlumatı
28 Aprel
QDİƏT PA-da Türkiyə heyətinin rəhbəri: Ankara ABŞ və Aİ-nin Cənubi Qafqaza münasibətindən narahatdır...
28 Aprel
Ukrayna ordusu Donetskin 3 yaşayış məntəqəsindən geri çəkilib
28 Aprel
“Nizami” Kino Mərkəzində “Azərbaycanda Rusiya Kinosu Günləri”nin bağlanış mərasimi keçirilib...
28 Aprel
Premyer Liqa: "Qəbələ"nin mövsümü sonuncu pillədə bitirməsi dəqiqləşib
28 Aprel
Türkiyənin aparıcı partiyalarından birinə yeni sədr seçilib
28 Aprel
Akademik avarçəkmə üzrə Azərbaycan millisinin üzvü “Paris-2024”ə lisenziya qazanıb
28 Aprel
Bəzi dağlıq ərazilərdə havanın qısamüddətli az yağıntılı olacağı gözlənilir
28 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!