Milli Məclisdə görüş
İyunun 24-də Milli Məclisin Sədri Oqtay Əsədov Koreya Respublikasının Milli Assambleyasında təmsil olunan hakim Saenuri partiyasının üzvlərindən ibarət nümayəndə heyəti ilə görüşmüşdür.
Sədr müstəqil Azərbaycanın Koreya Respublikası ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirdi. Qeyd edildi ki, dövlət başçılarının qarşılıqlı səfərləri və görüşləri zamanı aparılan danışıqlar münasibətlərimizin gələcək inkişafı üçün yaxşı zəmin yaratmışdır. Bugünədək ölkələrimiz arasında 46 sənəd imzalanmış, 12 sənəd üzərində isə iş aparılır.
Spiker Yeni Azərbaycan Partiyasının dəvəti ilə Koreyanın hakim "Senuri" partiyasının deputatlardan ibarət nümayəndə heyətinin Azərbaycana səfərini yüksək qiymətləndirdi. Qeyd edildi ki, iqtidar partiyaları arasında bu münasibət dövlətlərarası əlaqələrin də dərinləşməsinə öz müsbət təsirini göstərir.
Milli Məclisin Sədri əməkdaşlığımızın inkişafında parlamentlərin rolunu xüsusi vurğulayaraq hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qruplarının fəaliyyət göstərməsini təqdirəlayiq hesab etdi.
Spiker bu gün Azərbaycanda Koreyanın Samsunq, LG, Hyunday kimi şirkətlərinin səmərəli fəaliyyət göstərdiyini söylədi. Bildirildi ki, Avropanın enerji təhlükəsizliyi sistemində özünəməxsus yeri olan Azərbaycan Koreya ilə həyatın ən müxtəlif sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
Spiker Cənubi Qafqaz iqtisadiyyatının 80 faizinin Azərbaycanın payına düşdüyünü qonaqların diqqətinə çatdıraraq əldə edilmiş nailiyyətlərlə yanaşı, ölkənin Dağlıq Qarabağ kimi probleminin olduğunu da söylədi. Bildirildi ki, problemin həlli ilə ATƏT-in Minsk qrupu məşğul olsa da, indiyədək real nəticə yoxdur. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə ədalətli həllinə tərəfdarıq. İnanırıq ki, bu sahədə imkanlar hələ tükənməyib.
Səmimi görüş üçün minnətdarlığını bildirən Koreya nümayəndə heyətinin rəhbəri Yu Ki Cun Yeni Azərbaycan Partiyasının dəvəti ilə ölkəmizə səfərdən və burada keçirdikləri görüşlərdən razı qaldıqlarını ifadə etdi. Qonaq Milli Məclis Sədrinin 2007-ci ildə Koreyaya səfərini xatırladaraq parlament nümayəndə heyətlərinin bu cür görüşlərinin təcrübə və informasiya mübadiləsi baxımından əhəmiyyətini vurğuladı. O, ölkəsinin Cənubi Qafqazda söz sahibi olan Azərbaycanla iqtisadiyyatın ən müxtəlif sahələrində əməkdaşlıqda maraqlı olduğunu dedi. Koreya şirkətlərinin Azərbaycandakı fəaliyyətindən söz açan qonaq gübrə zavodu, yol-nəqliyyat infrastrukturunun yenidən qurulması sahəsində bu şirkətlərin fəaliyyətini müsbət dəyərləndirdi.
Söhbətdə Dağlıq Qarabağ münaqişəsindən söz açan Yu Ki Cun ölkəsinin problemin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu söylədi.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, deputat Asəf Hacıyev, Koreya Respublikasının ölkəmizdəki səfiri H.E.Mr. Choı Suk-inn və digər rəsmi şəxslər iştirak edirdilər.
Milli Məclisin mətbuat xidməti
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gələcək mühəndislərlə sənaye müəssisələri arasında əlaqə yaradılır
05 May
Azərbaycanın zamanı qabaqlayan enerji siyasəti
05 May
FAO COP29-un yüksək səviyyədə keçməsi üçün Azərbaycana dəstək verməyə hazır olduğunu bildirib...
05 May
Azərbaycan COP29 çərçivəsində Şərqlə Qərb arasında körpü olacaq
05 May
Mina terroruna görə Ermənistan dünya birliyi tərəfindən qınanılmır
05 May
Regionun gündəliyi Azərbaycan tərəfindən müəyyənləşdirilir
05 May
Beynəlxalq təşkilatlar delimitasiya və demarkasiya prosesini dəyərləndirirlər
05 May
Azərbaycanın təşəbbüsləri bəhrəsini verir
05 May
"Bakı Prosesi" bir daha göstərdi ki, Azərbaycan dünya üçün tolerantlıq nümunəsidir
05 May
Dünyanın çalxalanması fonunda ölkəmizdə sabitliyin olmasının xüsusi önəmi var
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!